Əvvəllər dram dərnəyində çalışan Səyavuş Aslan 1954-cü ildə dövlət statusu olmayan
1984-cü il oktyabr ayının 5-də Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb.
1994-cü il fevralın 4-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib.
1996-cı ilin oktyabrında bədii rəhbər vəzifəsindən istefa verən aktyor yenidən Akademik Milli Dram
Teatrına qayıdıb. (Qeyd: Aktyorun bu sənət ocağındakı fəaliyyəti əvvəlki dərslərdə göstərilib).
yaradıcılığında xüsusi yer tutur. Buna görə aktyorun bu teatrdakı fəaliyyətini və oynadığı rolların
daha uğurlularını təqdim edirəm. Muxtar bəy və Kəblə Heydər, Orduxan bəy ("Evliykən subay" və
"Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov), Şubay və Məhəmməd ("U1-duz", Sabit Rəhman və
Süleyman Ələsgərov), Hamlet ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava), Ohan
yüzbaşı ("Hacı Qara", Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Şəmsi
Bədəlbəyli. Bəstəkarlar Vasif Adıgözəlov ilə Ramiz Mustafayev), İbişov və Murtuzov, Eynəkli,
Alanzadə ("Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu" və "O1madı elə, oldu belə", Şıxəli
Qurbanov və Süleyman Ələsgərov), Fəqan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf
Abbasov), Firuzbala ("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman
Məmmədov), Həsən bəy, Hambal və Məşədi İbad, Vəli ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir
bəy Hacıbəyov), Səlyanski ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Qulu Rəhimli
("Nənəmin şahlıq quşu", Əliağa krrçaylı və Vasif Adıgözəlov), Kəblə Hüseynəli ("Beş manatlıq
gəlin", Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Qoşun ("Toy kimindir?", Məhərrəm Əlizadə və
Ağası Məşədibəyov), Çako ("Keto və kote", Vladimir Dolidze), Dadaşbala ("Hicran", Sabit Rəhman
və Emin Sabitoğlu), Türbətəli ("Təzə gəlin", Seyfəddin Dağlı və Cahangir Cahangirov), Qazı,
karapet ağa, Naçalnik, Kərbəlayı Cəfər ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadənin
eyniadlı əsəri əsasında libretto müəllifi Cənnət Səlimova və bəstəkar Oqtay Kazımov).
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında bədii rəhbər işlədiyi dövrdə Səyavuş Aslan
"Beş manatlıq gəlin" (17 may 1994), "Əlli yaşında cavan" (23 may 1995) operettalarını tamaşaya
hazırlayıb.
Dostları ilə paylaş: