Azərbaycanın tanınmış rejissoru, teatr rəhbəri Şəmsi Bədəlbəy oğlu Bədəlbəyli 23 fevral
(Bədəlbəyli) milli dram və musiqi teatrımızın dirçəlişində böyük işlər görmüşlər. Bədəl bəy həm
müəllimlik edir, həm də aktyor kimi səhnəyə çıxır, operetta, opera və dram əsərlərinin tamaşalarında
Şəmsi Bədəlbəylinin böyük qardaşı Əfrasiyab Bədəlbəyli yeniyetmə yaşlarından Milli Dram
Teatrında işləyib, görkəmli bəstəkardı.
Orta məktəbi qurtarandan sonra Şəmsi Bədəlbəyli atasının yolu ilə gedərək 1923-cü ildən
1927-ci ilin mayına qədər Bakı Pedaqoji Texnikumunda təhsil alıb. Tələbə vaxtı həvəskar aktyor
kimi tamaşalarda oynayıb. 1927-ci ildə o, Azərbaycan Dövlət konservatoriyasının xalq çalğı alətləri
sinifinə daxil olub. Sonra Üzeyir bəy Həcıbəyovun rəhbərlik etdiyi kompozisiya nəzəriyyəsi
sinifində təhsilini davam etdirib.
Tələbə ola-ola Milli Dram Teatrının kiçik orkestrində tar çalıb. Yaş fərqlərinə baxmayaraq
burada dramaturq Cəfər Cabbarlı, aktyor-rejissor İsmayıl Hidayətzadə ilə, rejissor-pedaqoq
Aleksandr Tuqanovla dostluqları başlayıb. 1932-ci ildə rejissor assistenti kimi bir neçə tamaşanın
hazırlıq prosesində iştirak edib.
Şəmsi Bədəlbəylinin sənət qabiliyyətini nəzərə alaraq Xalq Maarif komissarlığı onu 1933-cü
ildə Moskvaya təhsil və təcrübə keçməyə göndərib. Gələcək rejissorun sənət müəllimləri SSRİ-də
tanınmış sənətkarlar Kote Marcanaşvli və Aleksey Popov olub. Moskvadakı Malı Teatrda tamaşaya
hazırlanan Fridrix Şillerin "Don Karlos" tamaşasında rejissor assistenti kimi çalışıb.
Təhsilini başa vurub Bakıya qayıdan Şəmsi Bədəlbəyli Akademik Milli Dram Teatrının
rejissor heyətinə işə götürülüb və 1941-ci ilə qədər bu kollektivdə çalışıb.
1930 - 1932-ci ildə "Gənc işçi" qəzetində işləyən, teatr-şünas kimi də fəaliyyət göstərən
Şəmsi Bədəlbəyli 1941-ci ilin axırlarında "Vətən yolunda" ("Vətən uğrunda") qəzetinin əməkdaşı
kimi İranın Təbriz şəhərinə ezam edilib. Qəzetdə əsasən mədəniyyət mövzusunda məqalələr yazan
Şəmsi Bədəlbəylinin Təbrizdə teatr həvəskarları ilə Üzeyir bəyin "Arşın mal alan", Zülfüqar bəy
Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay" operettalarını tamaşaya hazırlayıb. Təbriz
peşəkar teatrının yeni yaradıcılıq mərhələsinə qədəm qoymasında bəhrəli işlər görüb, kollektivin
aktyor truppasını yenidən və daha sağlam ruhda təşkil edənlərdən biri olub.
Şəmsi Bədəlbəyli 1942-ci ildə Vətənə qayıdıb və Azərbaycan Dövlət Musiqili Komediya
Teatrına (1943 - 1949) bədii rəhbər təyin olunub. Tetrda 1956 - 1961-ci illərdə baş rejisor və 1965 -
1974-cü illərdə də bədii rəhbəri işləyib. (Xatırladım ki, teatr 1949-1956-cı illərdə bağlanmışdı).
1949-cu ildə teatr bağlananda o, Azərbaycan Dövlət Filarmoniyasına direktor təyin edilib. Bu
vəzifədə 1974-1976-cı illərdə də çalışıb. 1976 - 1981-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin
(indiki Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri seçilib. 21 noyabr 1986-cı ildə fəxri təqaüdə çıxıb.
Yaradıcılığı Musiqili Komediya Teatrı ilə daha sıx bağlı olan Şəmsi Bədəlbəyli bu
kollektivin geniş yaradıcılıq yoluna çıxmasında böyük işlər görüb. Teatrın tərəqqisi bir rejissor və
bədii rəhbər kimi ilk növbədə Şəmsi Bədəlbəylinin adı ilə bağlıdır.
Şəmsi Bədəlbəylinin bu teatrda hazırladığı əsas tamaşalar: "Əlli yaşında cavan", Zülfüqar
bəy Hacıbəyov (2 sentyabr 1943, 18 iyun 1959), "Ürəkçalanlar", Məmməd Səid Ordubadi və Fikrət
Əmirov (18 mart 1944), "Məşədi İbad", Üzeyir bəy Hacıbəyov (10 aprel 1945 və 22 noyabr 1964),
"Durna", Süleyman Rüstəm və Səid Rüstəmov (28 aprel 1947, 28 avqust 1956 və 17 mart 1959),
"Bayadera", İmre Kalman. Tərcümə edəni Sabit Rəhman (25 sentyabr 1948), "Ulduz", Sabit
Rəhman və Süleyman Ələsgərov (30 dekabr 1948, 9 may 1957 və 20 noyabr 1960), "Arşın mal
alan", Üzeyir bəy Hacıbəyov (1 avqust 1956, 21 mart 1958, 25 fevral 1959 və 16 may 1972),
"Məşədi İbad", Üzeyir bəy Hacıbəyov (3 noyabr 1956), "Toy kimindir?", Məhərrəm Əlizadə və
Ağası Məşədibəyov (8 dekabr 1956), "Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov (Birinci
tamaşanı rejissor Səftər Turabovla birgə hazırlayıb. 28 dekabr 1957 və 4 dekabr 1976), "Hacı Qara"
("Xəsis"), Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin librettosu. Bəstəkarlar
Vasif Adıgözəlov və Ramiz Mustafayev (11 iyul 1958), "Rəisin arvadı", Məhərrəm Əlizadə və Səid
Rüstəmov (24 yanvar 1961), "Bizə bircə xal lazımdır", Qulamrza Cəmşidi ilə Bəşir Səfəroğlu və
Telman Hacıyev (rejissor Niyaz Şərifovla birgə hazırlayıb. 19 sentyabr 1967), "Ləpələr", Əliağa
Kürçaylı və Arif Məlikov (29 dekabr 1967), "Sevindik qız axtarır", Şıxəli Qurbanov və Süleyman
Ələsgərov (7 mart 1970), "Nənəmin şahlıq quşu", Əliağa Kürçaylı və Vasif Adıgözəlov (27 mart
1971), "Həmişəxanım", Salam Qədirzadə və Süleyman Ələsgərov (30 sentyabr 1971), "Keto və
Kote", Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli (20 yanvar 1973), "Hicran", Sabit
Rəhman və Emin Sabitoğlu (rejissor Vaqif Ağayevlə birgə hazırlayıb. 31 mart 1973).
1957-ci ildə Aşqabad şəhərində Mahtumqulu adına Türkmənistan Dövlət Opera və Balet
Teatrında Üzeyir bəy Hacıbəyovun "Koroğlu" orerasına, ADOBT-də bir sıra əsərlərə monumental
quruluşlar verib.
Şəmsi Bədəlbəylinin tamaşaları əlvan cazibədarlığı, koloritli forma həlli, həssas musiqi
duyumu, bütöv aktyor ansamblı ilə səciyyəvi idi.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının formalaşmasında, aktyor truppasının
təkmilləşməsində Şəmsi Bədəlbəylinin xidmətləri böyükdür.
İstedadlı gənclərin teatra cəlb olunmasında, təcrübəli aktyorların yeni-yeni yaradıcılıq
keyfiyyətlərinin üzə çıxıb formalaşmasında Şəmsi Bədəlbəylinin rejissor-pedaqoq kimi müstəsna rol
oynayıb.
Görkəmli rejissor, bacarıqlı inzibatçı Şəmsi Bədəl oğlu Bədəlbəyli musiqili teatr sənətimizin
inkişafında, onun tərəqqi yolunda göstərdiyi böyük xidmətlərə görə 17 iyun 1943-cü ildə
Azərbaycan Respublikasının əməkdar artisti və 29 iyul 1964-cü ildə xalq artisti fəxri adları ilə təltif
olunub. Bir sıra bədii filmlərə çəkilib.
Bakıda 23 may 1987-ci ildə vəfat edən sənətkar ikinci Fəxri xiyabanda dəfn olunub. Adina
Bakıda küçə var.
Dostları ilə paylaş: