Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə361/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   357   358   359   360   361   362   363   364   ...   470
NƏSİBƏ ZEYNALOVA  

(20.4.1916- 10.3.2004) 

 

Azərbaycan teatrsevərləri arasında "qaynana" kimi sevilən, milli Musiqili Komediya teatrının 



inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə 

çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir 

tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz 

Cahangir Zeynalov olub. İlk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. 

Ancaq bu arzusunun gerçəkiiyini görmək ataya nəsib olmayıb. 

1918-ci ilin mart ayında erməni daşnakiarı Bakıda kütləvi qırğınlar törədəndə Cahangir 

Zeynalov ailəsi ilə  İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan 

Cahangir Zeynalov qısa müddətdə  rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Buna 

baxmayaraq o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist 

aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib. 

Yaradıcılığının mayası gülüş  və musiqi ilə yoğrulmuş  Nəsibə xanım orta məktəbdən 

rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb və lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə 

Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel 

ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə 

başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd 

təsər-rüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı. Bir il burada aktrisalıq edən 

Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Te-

atrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq 

aktyorluq təhsili alıb. 

Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə 

Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina ("Şıltaq qızın yumşalması", Vilyam Şekspir), 

Elvira ("Don Juan", Jan Batist Molyer), Yelizaveta ("Mariya Stüart", Fridrix Şiller) rollarını 

oynayıb. 

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə 

truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən 

ayrılmayıb. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm ("Ər 

və arvad", "Arşın mal alan" və "Məşədi  İbad", Üzeyir bəy Hacıbəyov), Mələk xanım və  Kələk 

xanım ("Əlli yaşında cavan", Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış 

edib. 

Aktrisanın zəngin rollar qalereyasında tərcümə  əsərlərində ifa etdiyi kabato və Barbale 



("Keto və Kote", Vladimir Dolidze. Tərcümə edəni  Şəmsi Bədəlbəyli), Ziraldina ("iki ağanın bir 

nökəri", Karlo Haldoni və musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanım ("Məhəbbət gülü", 

türamən dramaturqu Muxtar Hüseynov və Süleyman Ələsgərov), Alma ("Şirin arzular". Tərcümə 

edənləri  Ə.Süleymanov və Abdulla Qüdrət), Qesiya ("Tiflis nəğməsi", Levon Cubabiriya və  Şota 

Milorava. Tərcümə edəni Adil Babayev), Gülbadam ("Qız anası", ("Sevgilimin anası"), Georgi 

Xuqayev və A.Ovanov) rollarının xüsusi yeri var. 

Nəsibə Zeynalovanın yaradıcılığının  ən parlaq dövrü isə çağdaş  bəstəkarların müasir 

mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların 




ifası ilə bağlıdır. Bu baxımdan aktrisanın Xanpəri ("Dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə və 

musiqi tərtibçisi  Şəmsəddin Fətullayev), Nargilə ("Gözün aydın", Məhərrəm  Əlizadə  və Fikrət 

Əmirov), Şərəf və Nisə ("Durna", Süleyman Rüstəm və Səid Rüstəmov), Məsmə ("Toy kimindir?", 

Məhərrəm  Əlizadə  və  Ağası  Məşədibəyov), Züleyxa ("Ulduz", Sabit Rəhman və Süleyman 

Ələsgərov), Tükəz ("Hacı Qara". Mirzə  Fətəli Axundzadənin  əsəri  əsasında  Şəmsi Bədəlbəylinin 

işləməsi və  bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev), Tərlan ("Ürəkçalanlar", Məmməd 

Səid Ordubadi və Fikrət  Əmirov), Zemfira ("Kəndimizin mahnısı", Kərim Kərimov və Zakir 

Nərimanov), Rəxşəndə ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Münəvvər ("Bir 

dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Kəblə Fatma ("Hacı Kərimin Aya səyahəti", 

Qulamrza Cəmşidi ilə Əbülfəz Hüseyni və Azər Rzayev), Şölə xanım, Xeyransa, Matan ("Özümüz 

bilərik", "Sevindik qız axtarır" və "O1madı elə, oldu belə",  Şıxəli Qurbanov və Süleyman 

Ələsgərov), Mərcan ("Səndən mənə yar olmaz", Məhərrəm Əlizadə və Əşrəf Abbasov), Cəhri xala 

("Altı qızın biri Pəri", Məhərrəm Əlizadə və Tofiq Bakıxanov ilə Nəriman Məmmədov), Əsınət ("Ev 

bizim, sirr bizim", Novruz Gəncəli və Şəfiqə Axundova), Cənnət xala ("Qaynana", Məcid Şamxalov 

və Zakir Bağırov), Gülyanaq ("Haradasan, ay subaylıq?", Salam Qədirzadə  və Süleyman 

Ələsgərov), Fatma xala ("Axırı yaxşı olar", Rəfiq Zəka Xəndan və Ramiz Mustafayev), Rəxşəndə 

("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Zeynəb, Cəmilə ("Boşanaq, evlənərik" 

və "Nənəmin  şahlıq quşu",  Əliağa Kürçaylı  və Vasif Adıgözəlov), Cəlbi ("Beş manatlıq gəlin", 

Məmməd Səid Ordubadi və  Səid Rüstəmov), Səltənət ("Dağlar qoynunda", Ədil  İsgəndərov və 

Əşrəf Abbasov), Qızbacı ("Hicran", Sabit Rəhman və Emin Sabitoğlu), Nazxanım ("Nazxanım naz 

eləyir" Məhərrəm  Əlizadə  və Nazim Əliverdibəyov), Güləndam ("Qonşumuzda bir oğlan var", 

Məhərrəm  Əlizadə  və Ramiz Mustafayev), Fatma ("Həyətim mənim, həyatım mənim", Cahangir 

Məmmədov və Tofiq Bakıxanov ilə  Nəriman Məmmədov), Ballı ("Qızıl toy", Ramiz Heydər və 

Oqtay Kazımov), Qəmər ("Nəğməli Könül", Xalidə Hasilova və Emin Sabitoğlu) rollarının əvəzsiz 

ifaçısı sayılır. 

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları  zəngin ifadə vasitələri, yumorun milliliyi, 

təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. 

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, 

intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin "Azərbaycanfilm"in çoxlu ekran əsərlərinə 

çəkilib. Kino obrazları içərisində Fatmanisə ("Ögey ana"), Telli ("Böyük dayaq"), Züleyxa 

("Ulduz"), Cənnət xala ("Qaynana"), Gülsüm ("Molla Fətəlinin sərgüzəşti"),  Əsli xala ("Bəyin 

oğurlanması") rolları daha canlı və daha şöhrətlidir. 

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə 

Azərbaycan Respublikasının  əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. 

"Hicran" musiqili komediyasındakı  Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır. 

1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə "Aktrisanın təbəssümü" televiziya filmi 

çəkib. 

Nəsibə Zeynalovanın obrazları həyatiliyi və real bədii təsvirləri ilə həmişə orijinal görünüb. 

Aktrisa gözlənilməz, ancaq mənalı  və ifadəli, dadlı  və  şirəli ifadə vasitələrilə cilvələnən 

improvizənin mahir ustası idi. 

Rəqs, mahnı (yaxud reçitativ) və hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək 

peşəkarlıqla istifadə edib. Xalq yumorunun, "Qaravəlli" oyun tamaşalarının, lətifə söyləmələrinin 

estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb. 

Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib və bu 

istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib. 

Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş  və sairə) koloritli tərzdə verməkdə 

muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb. 

Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi və təhrifə, yaxud 

əlavəyə  qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun 



sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu 

axtarış tamaşadan-tamaşaya davam edər, bəzi  əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapmtılar 

cilalanardı. 

Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. 

Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə 

edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu. 

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   357   358   359   360   361   362   363   364   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin