Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə421/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   417   418   419   420   421   422   423   424   ...   470
AZƏR PAŞA NEMƏT (13 AVQUST 1947) 

 



Azər Paşa Nemət (Nemətov) 13 avqust 1947-ci ildə Bakıda doğulub. Güclü musiqi duyumu 

olan Azər Paşa Bülbül adına orta musiqi məktəbində  təhsil alıb (1953 - 1964). Bir il Azərbaycan 

Dövlət konservatoriyasında Qara Qarayevin sinifində oxuyub. ADİİ-nin rejissorluq fakültəsini 

bitirib (1965 -1970). Diplom işi "Qardaşım klarnet çalır" (Anatoli Aleksin. Şeirlər Robert 

Rojdestvenskinin, musiqisi Oleq Feltsmanındır) Gənc Tamaşaçılar Teatrının rus bölməsində 

göstərilib. 

1972-ci ildə GTT-də əvvəl rejissor assistenti, sonra quruluşçu rejissor işləyib. Arada Sankt-

Peterburqun eyni tipli teatrında çalışıb (1974 - 1977). Gənc yaşlarından  şöhrət qazanaraq 1977-ci 

ildə Bakıya qayıdıb, GTT-də rejissor və baş rejissor (1983 - 1990) işləyib. 1990-cı il aprel ayının 20-

dən Akademik Milli Dram Teatrının quruluşçu rejissorudur. 

Rejissor Bakıdakı GTT-nin rus bölməsində Yevgeni Şvartsın "İki ağcaqayın" (1973), Kim 

Meşkovun "Pin və Qvin" (1974), Yevgeni Miteonun və Yuri Mixaylovun "Bum-baraş" (1977), 

Vladimir Tendryakovun "Buraxılışm son gecəsi" (1978), Şandor  Şamadi Tootun "Necəsən, cavan 

oğlan?", Anarın "Keçən ilin son gecəsi" (1979), Aleksey Tolstoyun "Buratinonun səfehlər ölkəsində 

macəraları" (1980), Aleksandr Ostrovskinin "Öz adamlarımızdır, dil taparıq" (1982), Redyard 

kiplinqin "Öz kefinə gəzən pişik", Rüstəm İbrahimbəyovun "Təmas" (1983), Beqalinin "Onun on üç 

yaşı olacaqdı", Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" (1984), Valentin 

Zoşşenkonun "Şapkinin sərsəm günü", Çerviskinin "Tap tapış..." ("Xaçlar və sıfırlar". 1985), Karlo 

Qotsinin "Yeikənlər üzərində nəğməli kü1ək" (1987) pyeslərini tamaşaya hazırlayıb. 

Rejissor Azərbaycan bölməsində  Cəlil Məmmədquluza-dənin "Danabaş  kəndinin məktəbi" 

(1983), Mirzə  Fətəli Axundzadənin "Müsyö Jordan və  dərviş  Məstəli  şah", Çingiz Aytınatov və 

Kotley Məhəmmədovanın "Fudzi dağında qonaqlıq" (1984), İsgəndər Coşqunun "Komissarlar", 

Rəhman  Əlizadənin "Sabah çoxdan başlanıb" (1987), Kamal Aslanovun "Yuxulama" (1989) 

dramlarının tamaşalarına əlvan janrlı quruluşlar verib. 

 

*   *   * 



 

GTT-nin yarandığı gündən indiyədək Azərbaycan və rus bölmələrində müxtəlif baş 

rejissorlar və quruluşçu rejissorlar işləmişlər.  İlk illərdə Qriqori kornelli gənc kollektivdə kiçik-

həcmli pyeslərə səhnə quruluşu verib. Soltan Dadaşov opera teatrı ilə yanaşı, burada da quruluşlar 

verib.  Ələsgər  Şərifov, Nəsir Sadıqzadə, Fikrət Sultanov, Cənnət Səlimova, Vaqif Ibrahimoğlu, 

Mərahim Fərzəlibəyov, Bəhram Osmanov dəvətlə GTT-də tamaşalar hazırlayıblar. 

Repertuarda Müharib Tağıyevin, Həsən  Əblucun, Möhsün Mürsəlovun, Vaqif Əsədovun, 

Rafiq  Əliyevin hazırladıqları uzunömürlü tamaşalar olub. Rus bölməsinin  ən məhsuldar rejissoru 

Aleksandr Varşavski sayılıb. Həmin truppa ilə  Kərim Həsənov, Ulduz Rəfili, Zəfər Nemətov da 

xeyli tamaşalar hazırlayıblar. Bununla belə, GTT-nin rejissor yaradıcılığından danışanda bəzi 

rejissorların sənət yolunda yer tutan müəyyən tamaşaları göstərmək olar. 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin