Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə316/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   312   313   314   315   316   317   318   319   ...   470
LÜTFİYAR İMANOV (17APREL 1928) 


 

Lirik-dramatik tenor, xalq mahnılarının, milli və dünya bəstəkarlarının müxtəlif janrlı musiqi 

əsərlərinin ifaçısı və opera solistidir. 

Lütfiyar Müslüm oğlu  İmanov Sabirabad rayonunda doğulub. Yeniyetmə vaxtlarında 

rayondaıu Dövlət Dram Teatrında aktyorluq edib. 1956-cı ildə Asəf Zeynallı adına Musiqi 

Məktəbini bitirib. Musiqi məntəbində  təhsil almaqla yanaşı, Azərbaycan televiziyasının xorunda 

oxuyub (1954 - 1956). 

Təhsilini başa vuran ili onu Azərbaycan Dövlət Orkestrinə solist götürüblər. Bir il burada 

işləyən Lütfiyar İmanov 1957-1959-cu illərdə Musiqili Komediya Teatrında aktyorluq edib. 

Aktyor-müğənni bu teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan" (Vəli və Əsgər ) və "O 

olmasın, bu olsun" (Sərvər və kəblə Nəsir) operettalarında, dramaturq Sabit Rəhmanın və bəstəkar 

Süleyman  Ələsgərovun "Ulduz" (Şubay), dramaturq Süleyman Rüstəmin və  bəstəkar Səid 

Rüstəmovun "Durna" (Murad), dramaturq Məhərrəm  Əlizadənin və  bəstəkar Fikrət  Əmirovun 

"Gözün aydın" (Alay), dramaturq Məhərrəm  Əlizadənin və  bəstəkar Ağası  Məşədibəyovun "Toy 

kimindir?" (Mehman və Aşıq İbiş) musiqili komediyalarında müxtəlif rollar oynayıb. 

Səsinin tembri, səhnə görkəmi maestro Niyazinin diqqətini cəlb edib və o, müğənnini 

direktoru olduğu Opera və Balet Teatrına solist dəvət edib. 1959-cu ildə Lütfiyar İmanov Moskvada 

keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında (ongünlüyündə) Üzeyir bəyin eyniadlı 

operasında Koroğlunun partiyasını ifa edib. Elə o vaxtdan opera teatrının solisti olan sənətkar milli 

bəstəkarlarımızın operalarında əsas partiyaları oxuyub. 

Lütfiyar  İmanov bir sıra dünya klassiklərinin bəstələdikləri opera incilərinin tamaşalarında 

da rus və Azərbaycan dillərində  çıxış edib. Həmin  əsərlərdəki obrazlar opera müğənnisinin və 

istedadlı aktyorun yaradıcılığında xüsusi yer tutur.  

Təqdim olunan obrazların siyahısı Lütfiyar İmanovun yaradıcılıq diapazonunun genişliyini, 

səs və ifa imkanlarının möhtəşəmliyini təcəssüm etdirir. Müğənni-aktyor Koroğlu ("Koroğlu", 

Üzeyir bəy Hacıbəyov),  Əlyar ("Nərgiz", Müslüm Maqomayev), Balaş ("Sevil", Fikrət  Əmirov), 

Ayaz ("Azad", Cahangir Cahangirov), Bahadır ("Bahadır və Sona", Süleymaı  Ələsgərov), Vaqif 

("Vaqif", Ramiz Mustafayev), İsgəndər ("Ölülər", Cəlil Məmmədquluzadə), Vüqar ("Söyüdlər 

ağlamaz",  Əfrasiyab Bədəlbəyli),  Əsgər ("Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Radames 

("Aida", Cüzeppe Verdi), Hersoq Mantuanski, Manriko, Ottello ("Riqoletto", "Trubadur" v "Otello", 

Cüzeppe Verdi), Xoze ("Karmen", Jorj Bize), Hof man ("Hofmanın nağılları", Jak Offenbax), Faust 

("Faust" Şarl Quno), Mario Kavaradossi ("Toska", Cakoma Puççini) German ("Qaratoxmaq qadın", 

Pyotr Çaykovski), Sayat Nova ("Sayat Nova", tərcümə operası), Gənc qaraçı ("Aleko", Sergey 

Raxmaninov) obrazlarının bacarıqlı ifaçılarından sayılır. Yaradıcılığının  əsas istiqaməti opera 

solistliyi ilə bağlı olan Lütfiyar İmanov Moskvadakı Böyük Teatrda (1965) və İtaliyanın La Skala 

sənət ocağında vokal ifaçılığı təcrübəsi keçib. 

Aktyor-müğənni Radamesin ("Aida") və Germanın ("Qaratoxmaq qadın") partiyalarını 

Ankara Dövlət Opera və Balet Teatrında uğurla ifa edib. 

Keçmiş SSRİ-nin qabaqcıl teatrlarında da müxtəlif operalarda əsas partiyaları oxuyub. 

Hindistanda, Norveçdə, Kubada, Almaniyada, Yaponiyada, Fransada, İtaliyada, 

Yunanıstanda, İspaniyada, Hollandiyada, Belçikada, Küveytdə, Suriyada, Macarıstanda, Malta da... 

müğənni və opera solisti kimi qastrollar verib. 

Silsilə kamera əsərləri onun repertuarında ayrıca bölmə təşkil edir. 

Lütfiyar  İmanovun parlaq dramatik temperamenti, məlahəti, səhnə görkəmi, yüksək 

aktyorluq məharəti var. 

Lütfiyar İmanov səhnədə müxtəlif ifa məktəblərinə mənsub partiyaları zərif musiqi duyumu 

ilə tamaşaçılara çatdırır. 

Lütfiyar  İmanovun səsi qüvvətlidir, nadir tembrin bütün çalarlarından yaradıcılıqla istifadə 

edir. 



Lütfiyar  İmanov tamaşanın  ən dramatik vəziyyətlərində oxuya-oxuya çətin səhnə 

hərəkətlərini ustalıqla icra edə bilir 

İfaçılıq sənətində qazandığı nailiyyətlərə görə Lütfiyar İmanov 10 iyun 1959-cu ildə 

Azərbaycan Respublikasının  əməkdar artisti, 7 iyul 1967-ci ildə xalq artisti və 20 yanvar 1977-ci 

ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb. 

Azərbaycan Ali Sovetinin deputatı olub. Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib (1986 

- 1991). 

Azərbaycan Dövlət Teatr İnstitutunda musiqili komediya fakültəsində vokal sənətindən dərs 

deyib. 

Lütfiyar İmanov 1990-cı illərin əvvəllərində Türkiyədə işləyib. Hazırda Azərbaycan Dövlət 

Opera və Balet Teatrında məşqçi-pedaqoqdur. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   312   313   314   315   316   317   318   319   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin