Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə315/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   311   312   313   314   315   316   317   318   ...   470
QƏRINƏ KƏRİMOVA (16 İYUN 1964) 

 

Teatrın  şöhrətli aktrisalarındandır. Səs tembri sopranodur. Nəfəsi güclü, ifası ifadəli, 



diapazonu genişdir. Qənirə Rəhim qızı Kərimova Bakıda doğulub. 1986-cı ildə ADK-nı bitirib və 

həmin ildən ADOBT-nin solistidir. 

Sənətdə qazandığı nailiyyətlərə görə Azərbaycan Respublikasının  əməkdar artisti (17 may 

1991) və xalq artisti (24 may 1998) fəxri adları ilə təltif olunub. Vokal ustasının repertuarında milli 

bəstəkarlarımızın və dünya klassiklərinin müxtəlif janrlı musiqi əsərləri var. 

Qənirə Kərimovanın "Aida" (Aida), "Toska" (Toska), "Karmen" (Mikaella), "Çio Çio San" 

(Çio Çio San), "Sevil" (Sevil), "Koroğlu" (Nigar) operalarında oxuduğu partiyalar teatrın ifaçılıq 

ənənəsinin formalaşmasında dəyərli yer tutur, fərdi estetik çalarlarına görə seçilirlər. 

Aktrisa Toskanın partiyasını Moskvanın Böyük Teatrının aktyorları ilə də ustalıqla ifa edib. 

 

*  *  * 



 

Bu dövrdə teatrın truppasında 1930-1940-cı illərdə  təcrübə toplamış  və kollektivdən 

ayrılmayan ifaçılar da vardı. Eyni zamanda vaxtaşırı truppanın yaradıcı heyəti yeniləşib. Qadın 

sənətkarlardan Rumiyyə  Kərimova, Leyla Təhmasib, Aliyə Terequlova, Gülzar İsgəndərova, 

Məleykə  Şahmərdanova,  Şəfiqə Qasımova, Zeynəb  Əliyeva, Sima Haşımlı, Olqa Olimpiyeva, 

Safurə  Əzimi, Gülnarə  Əhmədova, Afəridə  Əlixanova, Inarə Babayeva, Tatyana Bədirova,  İya 

Aksanova, Vera Abişeva, Mariya Titarenko, İvetta Karasyova, Piama Vasilevskaya kimi müxtəlif 

səs tembrlərinə malik solistlər, ifaçılar, xor artistləri müəyyən müddətlərdə teatrda fəaliyyət 

göstəriblər. 

Truppada kişi solistlər Kamal Kərimov, Kazım Məmmədov, Süleyman Məmmədov, Kamal 

Hüseynov, İbrahim Cəfərov, Kamal Yaqubov, Mustafa Topçiyev, İbrahim Cəfərov, Hüseyn Əliyev

Ağarəhim Hüseynov, Qafar Əliyev, Əli Haqverdiyev, Vaqif (Valeri) Qurbanov, Urşan Rufullayev, 

Bəhram  Əliyev,  İsmayıl  Ələkbərov, Adil Axundov, Azər Zeynallı, Həsən Enami, Əli  Əsgərov, 

Vitali Popçenko opera ifaçılığının formalaşmasında müəyyən səmərəli işlər görüblər. Bunların 

bəziləri ində də teatrda işləyirlər. 

Hazırda teatrda gənclik dövrünü yenicə keçmiş və orta yaş həddini ötmüş istedadlı solistlər 

var. Xalq artisti Azər Zeynallının (13 dekabr 1964) Balaş ("Sevil"), Əsgər ("Arşın mal alan"), Alfred 

("Traviata"),  əməkdar artistlər Valentina Paşayevanın (19 dekabr 1947) Aida ("Aida"), Nigar 

("Koroğlu"), Sevil ("Sevil"), Toska ("Toska"), Mlkaella ("Karmen"), Elxan Əhədzadənin (30 yanvar 

1948) Qacar ("Vaqif"), Bəhram ("Solğun çiçəklər"), Süleyman ("Arşın mal alan"), Aslan şah ("Şah 

İsmayıl"), Nofəl ("Leyli və  Məcnun"), Silvio ("Məzhəkəçilər"),  Əli  Əsgərovun (25 noyabr 1961) 

Don Bazilio ("Sevilya bərbəri"), Markiz ("Traviata"), Misir şahı ("Aida"), Sparafuçille ("Riqoletto") 

partiyaları fərdi sənətkarlıq xüsu-siyyətlərilə seçilirlər. 

 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   311   312   313   314   315   316   317   318   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin