Qurğuşun eramızdan 3 min il əvvəldən insanlara məlumdur. Qədim Romalılar ondan su borularının hazırlanmasında və şərab istehsalında istifadə edirdilər. Qədim Çində qurğuşundan pul kəsilməsində istifadə olunub. XI və XII əsrlərdə Avropada tikintilərin aparılmasında istifadə olunurdu.
Qurğuşunun təbiətdə tapılması
Qurğuşun yer qabığının çəki ilə 1 x 10-4
faizini təşkil edir. Qurğuşun təbiətdə qalenit PbS, anqizit PbSO4 serrusit PbCO3, krokoit PbCrO4 mineralları şəklində rast gəlinir.
Qurğuşunun alınması
Qurğuşun Qalenitdən (PbS) alınır.
Bu iki hissəli reaksiyadır.
2 PbS + 3O2 → 2PbO + 2 SO2↑
2 PbO + C → 2 Pb + CO2↑
Proses zamanı əmələ gələn qurğuşun-2 oksidin bir hissəsi qurğuşun-2 sulfidlə də reaksiya olunur.
2PbO+PbS=3Pb+SO2
QALENİT
Qurğuşunun fiziki xassələri
Qurğuşun yumşaq metaldır. Ərimə temperaturu 327.46 °C-dir. Elektriki gümüşə nisbətən pis keçirir. Qaynama temperaturu 1749 °C-dir. Rəngi göyümtul ağ rəngli qarışığıdır. Təbiətdə 4 izotopu var: 204Pb, 206Pb, 207Pb,208Pb
Qurğuşun adi temperaturda təsirsizdir. Havada qaldıqda qurğuşunun səthində əmələ gələn oksid təbəqəsi qoruyucu örtük rolunu oynayır.
Qurğuşun rütubətli havada qaldıqda oksigenin və karbon qazının iştirakı ilə daha asan oksidləşir.
Pb+O2 = 2PbO
2Pb+O2+2H2O = 2Pb(OH)2
Pb+CO2=PbCO3
Qurğuşunun kimyəvi xassələri
Yüksək temperaturda qurğuşun bir sıra qeyri-metallarla qarşılıqlı təsirdə olaraq əasasən +2 oksidləşmə dərəcəsi göstərir.
Pb + Cl2 → PbCl2
Pb + S → PbS
Qurğuşun çox aktiv metallarla birləşir.
2Mg+Pb= Mg2Pb
Qızdırdıqda HCl və H2SO4 ilə reaksiyaya girir.
Pb + 2HCl → H2 + PbCl2
Pb + H2SO4(duru) → PbSO4 + H2
Qurğuşun qaynar qələvi məhlulda həll olur
Pb+2KOH+2H2O=K2[Pb(OH)4]+H2
Qurğuşunun Oksidləri
PbO- Sarı rəngli tozdur, suda həll olmur, amfoter xassəlidir. PbO qurğuşunu qızdırdıqda alınır.
2Pb+O2=2PbO
PbO2- tünd qonur rəngli tozdur və dolayı yolla alınır.
Pb(CH3COO)2+CaOCL2+H2O=PbO2+CaCl2+CH3COOH
Pb3O4+4HNO3= PbO2+2Pb(NO3)2+2H2O
Pb(OH)2- ağ rəngli çöküntüdür. Amfoter xassəlidir ona görə də həm turşu həm də qələvilərlə reaksiyaya girir.
Pb(OH)2+2HNO3=Pb(NO3)2+2H2O
Pb(OH)2+2NAOH=Na2PbO2+H2O
PbO2
Qurğuşunun istifadəsi
Qurğuşundan turşulu batareyalar hazırlanır. Bu batareyalar avtomobil akkumlayatorlarında istifadə olunur. Batareya işləyən zaman aşağidakı reaksiya gedir.
Pb+ PbO2 + 2H2SO4 → 2PbSO4 + 2H2O
Həmçinin qurğuşundan süxurların yaşının təyin olunmasında, silah istehsalında, istifadə olunur.
Xalq arasında "kristal" kimi adlandırdığımız maddə, qurğuşun dan hazırlanır. Amma, adi kalium şüşədəki kalsium qurğuşunla əvəz olunur. Büllur şüşə kütləcə 18-40 % qurğuşun(II)oksid (PbO) təşkil edir, hansı ki, günümüzdə hazırlanan müasir qurğuşun kristallar (keçmişdə onları tərkibindəki silisiumun çoxluğuna görə rəngsiz şüşə və ya çaxmaqdaşı adlandırırdılar) minimum 24% PbO-dən təşkil olunur. Qurğuşun şüşə dekorativ xüsusiyyətinə görə daha çox arzu ediləndir.
Qurğuşun bitkilərə təsiri
Adətən bitkilərdə qurğuşunun miqdarı az olur: külün çəkisinin təxminən 1-2 mində bir faizi qədər. Qurğuşunun miqdarının son həddi müəyyənləşdirilməmişdir. Bitki məhsulları heyvan məhsullarına nəzərən daha çox qurğuşuna malik olurlar. Səbəbi yay yarpaq tökülməsi və havada qurğuşunun yüksək miqdarda olmasıdır. Amma, qurğuşunu toplayaraq bitkilər havanı təmizləyirlər.
Qurğuşunun miqdarı çox olduqda yonca və yulafın böyüməsi ləngiyir.
Qurğuşun zəhərlənməsi uşaqların inkişafını ləngidir, onların əqli qabiliyyətlərinin pozulmasına gətirib çıxarır, bəzi hallarda isə ölümə səbəb olur. Qurğuşun xüsusilə azyaşlı uşaqlar üçün çox təhlükəlidir, çünki bu zərərli maddə böyüklərə nisbətən onların orqanizminə 3-4 dəfə daha artıq təsir göstərir. Qurğuşun ilk növbədə beyində, qaraciyərdə, böyrəkdə, sümüklərdə, hətta dişlərdə yığılır. Qurğuşunun uşaq sağlamlığına mənfi təsirlərinin aşkar olunmasına baxmayaraq bir çox ölkələr hələ də boyalarda onun istifadəsini davam etdirir.