Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə317/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   313   314   315   316   317   318   319   320   ...   470
FİRƏNGİZ ƏHMƏDOVA  

(29 sentyabr 1928) 

 

Səs tembri lirik-dramatik sopranodur. Zil, cingiltili, çoxçalarlı və lətafətlidir. Məşhur opera 



müğənnisidir və kamera-vokal əsərlərinin ifaçısı kimi də böyük şöhrət qazanıb. 

Üzeyir bəy Hacıbəyovun "Sənsiz", Asəf Zeynallının "Ö1kəm" romansları, Niyazinin "Arzu", 

Əşrəf Abbasovun "Heyran olmuşam", Ağabacı Rzayevanın "Oxuma, gözəl" mahnıları, Pyotr 

Çaykovskinin, Sergey Raxmaninovun mürəkkəb sənət nümunələri müğənninin məharətli ifasında 

radionun qızıl fondunda saxlanılır. 

Firəngiz Yusif qızı Əhmədova 23 sentyabr 1928-ci ildə Bakıda doğulub. Əvvəl Asəf Zeynallı 

adına Musiqi Məktəbində  təhsil alıb və vokal sənətinin ilkin xüsusiyyətlərinə yiyələnib. Eyni 

zamanda Azərbaycan Dövlət Radiosunun xorunda solist işləyib. Burada klassik dünya 

bəstəkarlarının xor əsərlərində əsas solo partiyaları oxuyub. Müğənni əlvan repertuarla Moskvada, 

Kiyevdə, Tiflisdə, Orta Asiya respublikalarında qastrol səfərlərində olub. 

BMM-də birinci kursda oxuyanda kurs imtahanları zamanı Üzeyir bəy Hacıbəyov onu 

dinləyib. Bəstəkarın tövsiyəsi ilə ifası heyranlıq doğuran gənc müğənni Azərbaycan Dövlət 

konservatoriyasının hazırlıq şöbəsinə götürülüb. Qısa müddətdə dərs proqramını sürətlə mənimsəyib 

və  səriştəli mütəxəssislərin tövsiyəsi ilə konservatoriyanın vokal ifaçılığı üzrə  tələbəsi olub. 

Marqarita Kolotovanın sinifində təhsil alıb. 

Səsinin məlahət və cazibəsinə, sözləri aydın və ifadəli, səlist ifa etMəsmə, mahnıların 

psixoloji ruhunu həssaslıqla duymasma, daxili dramatizmınə və emosional oxu tərzinə görə 1951-ci 

ildə ikinci kurs tələbəsi Firəngiz  Əhmədova Opera və Balet Teatrına solist dəvət edilib. Teatr 

səhnəsinə ilk qədəmini baş rolla atıb. Müslüm Maqomayevin "Nərgiz" operasında Nərgizin 

partiyasında elə ilk tamaşadan uğur qazanıb. Uzun illər bu partiyanın ən mahir ifaçısı sayılıb. 

Teatrda təcrübə toplayan, fərdi ifaçılıq xüsusiyyətlərini radio çıxışlarında, möhtəşəm konsert 

salonlarında  əlvan repertuarla cilalayan Firəngiz  Əhmədova 1955-ci ildə konservatoriyanı bitirib. 

Güclü və ecazkar səsi, yüksək səhnə  mədəniyyəti onu tezliklə Azərbaycanın, müasir və klassik 

dünya bəstəkarlarının operalarının tamaşalarında  əsas partiyaların ifaçısına çevirib. Opera solisti 

kimi teatrın səhnəsində özünün klassik ifası ilə zəngin bədii tutumlu obrazlar silsiləsi yaradıb. 

Firəngiz  Əhmədova teatrda milli bəstəkarlarımızdan Üzeyir bəy Hacıbəyovun "Koroğlu" 

(Nigar), Müslüm Maqomayevin "Şah İsmayıl" (Gülzar), Fikrət Əmirovun "Sevil" (Sevil), Cahangir 

Cahangirovun "Azad" (Səriyyə), Ramiz Mustafayevin "Vaqif" (Xuraman), Vasif Adıgözəlovun 

"Ölülər" (Nazlı), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Sona) operalarının müxtəlif 

quruluşlarında baş partiyaları ifa edib. "Arşın mal alan" operettasının tamaşasında uzun illər 

Gülçöhrənin ifaçısı kimi şöhrət qazanıb. 



Onun hər bir səhnə obrazı  səmimiyyəti, lirik emosionallığı, cazibədar ecazkarlığı ilə 

fərqlənib, sənətkarın şöhrətini dünyaya yayıb. 

Dünya klassiklərinin şah operalarında da Firəngiz Şərifova sanballı sənət nailiyyətləri qazana 

bilib. Bu baxımdan Maro ("Daisi", Zaxari Paliaşvili), Floriya Toska ("Toska", Cakomo Puççini), 

Leanora, Aida, Dezdemona ("Trubadur", "Aida" və "Otello", Cüzeppe Verdi), Şahsənəm 

("Şahsənəm", Reynqold Qlier), Zemfira ("Aleko", Sergey Raxmaninov), Tamara ("Demon", Anton 

Rubinşteyn), Mlkaela ("Karmen", Jorj Bize), Yaroslavna ("Knyaz İqor", Aleksandr Borodin) 

obrazlarının partiyaları aktrisanın yaradıcılığında xüsusi yer tutur. 

Azərbaycan dilinə  tərcümə olunmuş "Sayat Nova" (Anna) və "Anuş" (Anuş) operalarında 

baş partiyaların ifası ilə də yüksək sənətkarlıq nümayiş etdirib. Bir sıra partiyaları həm rus, həm də 

Azərbaycan dillərində oxuyub. 

Firəngiz  Əhmədova opera səhnəsində  və solist-ifaçı kimi qazandığı  sənət uğurlarına görə 

Azərbaycan Respublikasının əməkdar artisti, xalq artisti və SSRİ xalq artisti (1967) fəxri adları ilə 

təltif olunub. Dünyanın bir sıra şöhrətli sənət ocaqlarında çıxışlar edib. 

Onun zəngin yaradıcılığının müxtəlif özəl səciyyələri, fərqlənən estetik mahiyyəti vardır. 

Firəngiz  Əhmədova ifa etdiyi partiyaları  həm vokal xüsusiyyətlərinin, həm də dramatik 

aktyorluq tələblərinin ahəngdar sintezində yaradıb. 

Sözün dramatizmıni musiqinin fəlsəfi dərinliyi, hadisələrin psixoloji ovqatı ilə  məharətlə 

əlaqaləndirə bilib. 

Müxtəlif tarixi dövrləri və müxtəlif xalqların həyat tərzini təcəssüm etdirən obrazların milli 

koloritlərini, xarakterik davranış tərzlərini öz oyununda heyranlıqla canlandırıb. 

Səhnədə çox diqqətli olub. Buna görə eyni operada ayrı-ayrı yaradıcılıq üslublarına malik 

solistlərlə bacarıqla yöndaşlıq edib. 

Səsinin cazibəsini və  məlahətini ifa etdiyi obrazın xarakterinə uyğun tərzdə, ifadəli 

emosionallıqla dəyişməkdə böyük təcrübəsi var. 

Son illər teatrda məşqçi-pedaqoq kimi çalışır. Bir sıra istedadların uğurlar qazanmalarında 

xüsusi xidmətlər göstərib. 

 




Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   313   314   315   316   317   318   319   320   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin