Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü IL tarixli 816 saylı əmri ilə təsdiq olunub


VLADİMİR PLETNYOV (8.12.1946-21.2.1988)



Yüklə 3,58 Mb.
Pdf görüntüsü
səhifə320/470
tarix25.12.2016
ölçüsü3,58 Mb.
#2849
növüDərs
1   ...   316   317   318   319   320   321   322   323   ...   470
VLADİMİR PLETNYOV (8.12.1946-21.2.1988) 

 

Mənalı dramatizmi, əzələlərinin zərifliyi, cazibəli səhnə görkəmi,  şairanə ifaları ilə seçilən 



Vladimir (Volodya) Nikolayeviç Pletnyov 8 dekabr 1946-cı ildə Azərbaycanın Göyçay rayonunda 

qulluqçu ailəsində doğulub. Ailəsini erkən itirən Pletnyov Bakıya gələrək baba və  nənəsinin 

himayəsində yaşayıb. 1953-cü ildən 1961-ci ilədək o, Həzi Aslanov adına Zabitlər evində  rəqs 



dərnəyinə gedib. Burada bir sıra kiçik balet partiyalarını ifa edən Vladimir Pletnyov müəllimlərinin 

tövsiyəsi ilə 1957-ci ildə Bakı Xoreoqrafiya Məktəbinə daxil olub və oranı 1966-cı ildə bitirib. 

Xoreoqrafiya məktəbinin üçüncü sinifində oxuyarkən Pyotr Çaykovskinin "Yatmış gözəl" 

baletindəki karabos onun Azərbaycan Dövlət Opera və Balet Teatrında debütü olub. Qazandığı 

uğura və istedadının parlaqlığına görə son kursdan onu balet truppasına solist qəbul ediblər. 

Onun solist işlədiyi on üç il ərzində ifa etdiyi əsas partiyalar bunlardır: Xuliqan ("Xanım və 

xuliqan", Dmitri Şostakoviç), Dezire, Şahzadə Ziqfrid ("Yatmış gözəl" və "Sonalar gölü", Pyotr 

Çaykovski),  Şahzadə ("Zoluşka", Sergey Prokofyev), Gənc ("İlham", Leonid Vaynşteyn), Albert 

("Jizel", Adolf Adan), Bazil, Kavaler Brand ("Don kixot" və "Paxita", Lüdviq Minkus), Bəhram, 

Kerd, Məcnun ("Yeddi gözəl", "İ1dırımlı yollarla" və "Leyli və  Məcnun", Qara Qarayev), Gənc, 

Nəsimi ("Şur" və "Nəsimi dastanı", Fikrət Əmirov), Oğlan ("Muğam", Nazim Əliverdibəyov), Polad 

və Cahangir xan ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Fərhad və Vəzir ("Məhəbbət əfsanəsi", Arif 

Məlikov), Rəssam ("Qobustan kölgələri", Fərəc Qarayev). 

Vladimir Pletnyov 1973-cü ildən Bakı Xoreoqrafiya məktəbində  dərs deyib. Fikrət 

Əmirovun "Nəsimi dastanı" baletinin tamaşasındakı  Nəsiminin partiyasına görə 1974-cü ildə 

Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı olub. 1975-ci ildə isə  "Əfsanələr aləmində" 

film-baletinə çəkilib. 

Azərbaycan balet sənətinin inkişafındakı xidmətlərinə görə Vladimir Pletnyov 21 may 1970-

ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 9 yanvar 1978-ci ildə xalq artis-ti adlarına layiq 

görülüb. 

1978-ci ildə  ağır ayaq xəstəliyi ilə bağlı Opera və Balet Teatrına məşqçi-pedaqoq təyin 

olunan Vladimir Pletnyov bir sıra gəncləri hazırlayaraq repertuardakı tamaşalara daxil etmişdir. 

Vladimir Pletnyov 21 fevral 1988-ci ildə dünyasını dəyişib. 

 

 



 

 


Yüklə 3,58 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   470




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin