41
40
Çoxhüceyrəli orqanizmlər.
Onların hüceyrələri arasında ixtisas-
laşma mövcuddur. Hüceyrələrin bir qismi qida-
lanmağa, bəziləri tənəffüsə, digərləri çoxalma
kimi proseslərə ixtisaslaşmışlar. Çoxhüceyrəli or-
qanizmlərdə hüceyrələr birləşərək toxumaları,
toxumalar isə orqanları əmələ gətirir. Orqanlar
da öz növbəsində orqanlar sistemini təşkil edir-
lər. Lakin yosunlar, göbələklər, heyvanlardan isə
süngər və bağırsaqboşluqlular kimi orqanizmlər-
də toxuma və orqanlar olmur. Çoxhüceyrəlilər-
dən ən ali quruluşlu orqanizmlər ali bitkilər və
xordalı heyvanlar hesab olunur.
Çoxhüceyrəli or-
qanizmlər bitki, heyvan və göbələklər aləminə da-
xildirlər.
Cədvəli dəftərinizə çəkin və tamamlayın:
Öyr
Öyr e e ndikl rinizi
ndikl rinizi
edin
edin
e e
t tbiq
t tbiq
e e
N
N e e o
oy
yr
r e e n
nd
d iin
n ii z
z
O
Oy
yr
r e e n
n d
d ii k
k ll e e r
rii n
n iiz
zi
i y
yo
ox
xll a
ay
y n
n
Yaşıl evqlena
Xlamidomonada
yosunu
İnfuzor-tərlik
Adi amöb
1. Şəkildə göstərilən birhüceyrəli orqanizmlərin nə vasitəsilə
hərəkət etdiyini göstərin.
__ bütün həyat prosesləri bir hüceyrə daxi-
lində gedir. __ hüceyrələr arasında ixtisas-
laşma getmişdir.
2. Kolonial və çoxhüceyrəli orqa-
nizmlər arasında oxşar və fərqli
cəhətləri müəyyən edin.
Kolonial
Çoxhüceyrəlilər
12.
Bitkinin törədici, örtük və mexaniki toxumaları
XIX əsrdə alimlər müəyyən etdilər ki, bitki və heyvan orqanizm-
ləri hüceyrələrdən təşkil olunmuşdur. Hüceyrələr orqanizmdə
müxtəlif funksiyaları yerinə yetirirlər. Bunun üçün müəyyən
hüceyrələr birgə işləməli və bir-biri ilə qarşılıqlı əlaqədə olma-
lıdır.
1
Təchizat: çiy və bişmiş kartof.
İşin gedişi:
1. Çiy və bişmiş kartofu hissələrə bölün.
2. Əllə onun dəriciyini doğranmış hissələrdən ayırmağa çalışın. Qabıq
və yumşaq hissələr bir-birindən quruluşuna görə nə ilə fərqlənir?
3. Kiçik parçaları əllə yarıya bölün, onları ovmağa çalışın.
· Çiy və bişmiş kartofla olan nəticəni müqayisə edin. Bunu nə ilə izah et-
mək olar?
Nəticəni müzakirə edək:
Toxuma.
tirən hüceyrələr qrupu və hüceyrəarası maddə —
toxuma adlanır.
Toxumalara həm bitkilərdə, həm də heyvanlarda rast gəlinir.
Bitki toxumaları. Törədici, əsas, örtük, ötürücü, mexaniki və
ifra-
zat toxuma qruplarını ayırırlar.
Törədici və ya meristem toxuması (yun. “
meristes” – bölünən).
Hüceyrələri kiçik, nazik qılaflı və iri nüvəli olub bölünmə qabiliyyəti-
nə malikdir. Digər toxumaların hüceyrələrinə başlanğıc verərək bitki-
lərin bütün ömrü boyu böyüməsini və inkişafını təmin edir.
Örtük toxuması. Bitkini xaricdən örtərək onu ətraf mühitin əlve-
rişsiz təsirindən qoruyur. Yarpaqların və cavan zoğların səthi örtük to-
xumasının bir növü olan
dəricik və ya
epiderma (yun. “
epi” – üstündə
və “
derma” – dəri) ilə örtülür.
Quruluş və mənşəcə eyni olan və oxşar funksiya yerinə ye-
· Nə üçün hüceyrələr müxtəlif funksiyaları yerinə yetirirlər?
Hüceyrələrin birgə fəaliyyət göstərməsinin səbəbi nədir?
·
Dostları ilə paylaş: