Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə256/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   252   253   254   255   256   257   258   259   ...   262
2-ci movzu demoqrafiya

SAB-ın yekcins
məhsulların toplusundan ibarət olan “xalis” sahələr üzrə tərtib olun­
ması daha məqsədəuyğundur. 
Mövcud hesabatlarda isə məlumatlar 
“təsərrüfat” sahələri üzrə toplanır.
Göründüyü kimi, SAB-ı tərtib etmək üçün hesabatlarda bəzi məlu­
matları tapmaq olar. Lakin hələlik heç bir hesabatda bu məqsəd üçün 
lazım olan məlumatları tam və münasib şəkildə tapmaq mümkün deyildir. 
Odur ki, hesabatlarda olan məlumatlarla yanaşı, iqtisadiyyatın bütün 
müəssisə və təşkilatlarında birdəfəlik xüsusi seçmə müayinələri 
aparmaqla lazım olan əlavə məlumatları da əldə etmək gərəkdir. Aparılan 
müayinələrin məlumatları iqtisadiyyatın ayrı-ayrı sahələrində istehsala 
sərf olunan ümumi xərcləri (növlər üzrə) SAB-da bölüşdürməyə imkan 
verir. Belə tədqiqatların heç olmasa beş ildə bir dəfə (genişləndirilmiş 
sxem üzrə SAB-ın tərtib olunması planlaşdırılan ildə) aparılması məq­
sədəuyğun olardı. Müayinənin məlumatları genişləndirilmiş sxem üzrə 
SAB-ı tərtib etmək üçün çatışmayan informasiyaların əldə edilməsinə 
imkan verə bilər. Belə müayinələr keçmiş SSRİ-də də (1959, 1966, 1972, 
1977, 1982, 1987-ci illərdə) aparılmışdır. Müayinənin aparıldığı dövrlər 
arasındakı illərin hər birində qısa sxemlə SAB tərtib olunur.
Beynəlxalq statistika təcrübəsinə uyğun olaraq 1990-cı illərdə MDB
385


ölkələri, o cümlədən də Azərbaycan Respublikası MHS metodologiyası 
ilə SAB-ı genişləndirilmiş sxemlə tərtib etmək üçün seçmə müayinələ­
rinin aparılması qaydasına keçmişlər. SAB-ı tərtib etmək üçün (“xərclər -
məhsul buraxılışı”, yaxud da “resurslar və onlardan istifadə” cədvəlləri) 
müayinəyə iqtisadiyyatın əksər sahələri cəlb olunur.
MDB ölkələrində statistika orqanları tərəfindən birdəfəlik müayinə­
lərin aparılması üçün müəssisə və təşkilatlar seçilərkən hesabat 
i l i n i n
yanvar ayının 1-nə onların registri (siyahısı) tərtib edilir. Seçilmiş müəs­
sisələrin toplusu (seçmə toplusu) həmin sahədəki bütün müəssisələri (baş 
toplu) səciyyələndirməlidir. Bu, müəssisə və təşkilatlar tipik proporsional 
seçmə (hər qrup daxilində mexaniki seçmə aparılmaqla) metodu ilə 
seçildikdə mümkün olur.
SAB-m tərtib olunması üçün əsas problemlərdən biri istehsala sərf 
olunan xərclərin və son istifadə kateqoriyasının strukturu haqqında məlu­
matların əldə edilməsidir. Bununla əlaqədar olaraq ikinci məhsul 
buraxılışı və onun istehsalına sərf olunan xərclər haqqında məlumatların 
toplanması məsələsi həll edilməlidir. 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin