171
6.6. İşçi qüvvəsinin hərəkəti göstəriciləri
Ayrı-ayrı müəssisə və təşkilatlarda işçilərin sayı daim dəyişir. Bu,
işçilərin işə qəbulu və işdən çıxarılması ilə əlaqədar olaraq baş verir.
Ayrı-ayrı müəssisələr, sahələr və regionlar arasında işçi qüvvəsinin
yenidən bölgüsünə gətirib çıxaran prosesə işçi qüvvəsinin hərəkəti
deyilir. İşçi qüvvəsinin hərəkəti həmişə baş verir və bunun bir çox
səbəbləri vardır. Bunlardan biri demoqrafik xarakter daşıyır. Bu, ondan
ibarətdir ki, təbii proses olaraq insanların bir hissəsi əmək qabiliyyətli
yaşa daxil olur, bir hissəsi isə pensiya yaşma çatır. İqtisadiyyatda baş
verən dəyişikliklər işçilərin sahələr və ərazilər arasında yenidən bölgü
sünə, iqtisadi konyunkturanın dəyişməsi isə yeni yaradılmış iş yerlərinin
ixtisar olunmasına gətirib çıxarır. Bu, həmçinin işçilərin özlərinin
maraqları və tələbatları ilə əlaqədardır. Bu məlumatlara əsasən kadrların
hərəkəti (işçi qüvvəsi balansı) balansını tərtib etmək olar (cədvəl 6.6).
Cədvəl 6.6
Müəssisədə kadrların hərəkəti balansı
İşçi
kateqo
riyaları
qrupları
Dövrün
əvvəlinə
mövcud
dur
D övr ərzində daxil
olmuşdur
Dövr ərzində
xaric olm uşdur
Dövrün
axırına
mövcuddur
0 cüm
lədən bü
tün dövr
ərzində
işləmişlər
c
ə
m
i
O cümlədən
mənbələr
üzrə
c
ə
m
i
0 cümlədən
istiqamətlər
üzrə
İşçi qüvvəsinin daxil olduğu mənbələr içərisində müəssisənin təşəb
büsü, məşğulluq xidməti orqanlarının göndərişləri, ali məktəbi bitirdikdən
sonra isə göndərilmə, digər müəssisələrdən köçürmələr xüsusi yer tutur.
İşçilərin işdən çıxarılmaları istiqamətlərinə xarakteristika vermək üçün
müxtəlif yanaşmalar vardır. Məsələn, bunlardan biri fizioloji xarakterli
səbəblərlə əlaqədar xaric olmalardır. Bu səbəblərə işçilərin vəfat etməsi,
uzun müddət xəstə olması, səhhəti ilə əlaqədar hamin müəssisədə işi
davam etdirə bilməməsi, pensiya yaş həddinə çatması aiddir. İşçi qüv
vəsinin zəruri və artıq dövriyyəsi də onun xaricolma səbəblərindəndir.
İşçi qüvvəsinin zəruri dövriyyəsinə onların qanunla müəyyən edilmiş
qaydada müqavilə müddəti başa çatması, hərbi mükəlləfiyyətə çağırıl
ması, istehsalatdan ayrılmaqla ali və ya orta ixtisas təhsili müəssisələrinə
daxil olması, seçkili orqanlara vəzifəyə seçilməsi, başqa müəssisələrə
172
köçürülməsi, ərinin (arvadının) yaşadığı yerə getməsi və s. əlaqədar işdən
çıxarılması aiddir. Artıq işçi qüvvəsinin dövriyyəsinə - kadr axıcılığına
(Beynəlxalq təcrübədə «axıcılıq» anlayışı ilə «işçi qüvvəsinin hərəkəti»
anlayışları eyniləşdirilir və sinonim sözlər kimi işlədilir) gətirib çıxaran
səbəblərə bilavasitə qanunda nəzərdə tutulmayan, işçilərin özləri ilə
əlaqədar olan səbəblər (işçinin öz arzusu ilə işdən çıxması, əmək
intizamını pozduğuna görə işdən çıxarılması) aiddir. Artıq işçi qüvvəsi
dövriyyəsinin ayrıca müəyyən edilməsi axıcılıq əmsalının hesablanma
sına imkan vermişdir. Axıcılıq əmsalı kadr axıcılığı ilə əlaqədar işdən
çıxarılanlarının sayının işçilərin orta siyahı sayma olan nisbəti kimi
müəyyən edilir. Bu göstəricidən müəssisənin kadr siyasətinə qiymət
vermək üçün istifadə oluna bilər.
İşçi qüvvəsinin hərəkətini öyrənərkən ona təsir edən amillərin təhlilinə
xüsusi diqqət yetirilir. Bu məqsədlə işçi qüvvəsinin dövriyyəsini ifadə
edən mütləq və nisbi göstəricilər hesablanır. Mütləq göstəricilərə
aşağıdakılar aiddir:
-kadrların dövriyyəsi. Bu, işə qəbul edilmiş (siyahı tərkibinə daxil
edilmiş) və işdən çıxarılmış işçilərin toplusu deməkdir;
- işdən xaricolma üzrə dövriyyə. Bu, hesablama aparılan dövrdə bütün
səbəblərdən işdən xaric olunanların sayı deməkdir;
- işə qəbul üzrə dövriyyə. Bu göstərici hesablama aparılan dövrdə
əmrlə müəssisəyə işə qəbul olunan şəxslərin sayını ifadə edir.
İşə qəbul olunan və işdən çıxarılan işçilərin tərkibinə dövlət
təşkilatları ilə bağlanmış xüsusi müqavilə ilə cəlb edilmiş (hərbçilər və
azadlıqdan məhrum olunduqlarına görə cəza çəkənlər), xaricdən gəlmiş
və əvəzçiliklə işləyən, işi mülki-hüquqi xarakterli müqavilələrlə yerinə
yetirən şəxslər daxil edilmir.
İşə qəbul üzrə dövriyyəni müəyyən edərkən daxilolma mənbələri
aşağıdakı xüsusi qruplara ayrılır: 1) məşğulluq və işədüzəltmə mərkəz
lərindən göndərilənlər; 2) müəssisənin özünün təşəbbüsü ilə işə götürü
lənlər; 3) digər müəssisə və təşkilatlardan köçürülənlər; 4) ali və orta
ixtisas təhsili müəssisələrini bitirib işə göndərilənlər.
İşçilər aşağıdakı səbəblərə görə işdən çıxarıla bilər: 1) ordu sıralarına
çağırıldıqda; 2) başqa müəssisələrə köçürüldükdə; 3) bağlanmış müqa
vilənin vaxtı başa çatdıqda; 4) pensiyaya çıxdıqda (pensiya yaşma
çatdığına, əlilliyə görə); 5) işçi vəfat etdikdə; 6) ştatlar ixtisar olunduqda;
7) öz xahişi ilə; 8) proqul və əmək intizamının pozulmasının başqa
hallarında.
Əmək ehtiyatlarının hərəkətini təhlil etmək üçün aşağıdakı nisbi
173
göstəricilərdən də istifadə olunur:
1) İşçi qüvvəsinin sayı indeksi:
Dövrün axırına işçilərin
T
=
sayı
say
Dövrün əvvəlinə işçilərin sayı
x 100
Dostları ilə paylaş: |