Qeyd etmək lazımdır ki, işlənilmiş vaxt haqqında məlumatlara əsasən
iş gününün faktiki orta uzunluğuna xarakteristika vermək üçün aşağıdakı
iki göstərici hesablana bilər:
1)
İş vaxtının faktiki orta uzunluğu. Bu, işlənilmiş adam-saatların
ümumi miqdarı ilə işlənilmiş adam-günlərin ümumi miqdarı arasındakı
nisbət kimi müəyyən edilir; 2) iş günü ərzində faktiki işlənilmiş vaxtın
orta uzunluğu. Bu, faktiki işlənilmiş adam-saatlarm miqdarı ilə faktiki
işlənilmiş adam-günlərin miqdarı arasındakı nisbət kimi müəyyən olunur.
İş günündən istifadə dərəcəsi təhlil olunarkən məhz iş günü ərzində
faktiki işlənilmiş vaxtın orta uzunluğu göstəricisi tətbiq edilir.
Ə
iş dövründən
istifadə
İş günü ərzində faktiki işlənilmiş vaxtın orta uzunluğu ^
İş gününün müəyyən edilmiş orta uzunluğu
İş dövründən və iş günündən istifadə əmsallarına əsasən “iş vaxtından
istifadənin ümumi göstəricisi”ni (Əamumi) hesablamaq olar:
/~ ч
л
s ~ \
i л л
^ ümumi — ^ iş dövründən istifadə * ^ iş günündən istifadə *
İş vaxtından istifadənin ümumi əmsalı ümumi iş vaxtı itkisinin xüsusi
çəkisini (bunun
bir hissəsi gündəlik, digəri isə növbədaxili itkilərdir)
müəyyən etməyə imkan verir.
Xarici ölkələrin statistikalarında müntəzəm olaraq iş həftəsinin faktiki
orta uzunluğunu səciyyələndirən göstərici hesablanır. Bu göstəricidən
iqtisadi konyunkturam təhlil edərkən istifadə olunur. Bu göstəricinin
əhəmiyyəti ondan ibarətdir ki, ona əsasən ölkədə iqtisadi konyunkturanın
dəyişməsi haqqında mühakimə yürütmək, nəticə çıxarmaq mümkün olur.
Növbə rejimində işləyən müəssisələrdə və sahələrdə «növbəlik göstə
ricisi» hesablanır. Bu göstərici istər növbə rejimindən,
istərsə də
müəssisədə olan iş yerlərindən tam istifadə olunmasını səciyyələndirir.
Bu göstərici adətən fəhlə kateqoriyası üçün hesablanır. Həm də bu zaman
aşağıdakı göstəricilər müəyyən edilir: a) növbəlik əmsalı; bjnövbə
rejimindən istifadə əmsalı; c) ən çoxsaylı növbədə iş yerlərindən istifadə
əmsalı; d) iş yerlərindən ümumi istifadə göstəricisi. Bu göstəricilər ya
müəyyən bir tarixə, yaxud da təqvim dövrü üçün hesablana bilər.
Müəyyən tarixə növbəlik əmsalı aşağıdakı kimi hesablanır:
q
Bütün növbədərdə işləmiş fəhlələrin ümumi sayı
(müəyyən tarixə)
Ən çoxsaylı növbədə işləmiş fəhlələrin sayı
180
2) Təqvim dövrü üzrə növbəlik əmsalı belə müəyyən edilir:
q
B ütün növbədərdə işlənilmiş adam - günlərin sayı _ ^ ^
“təqvim dövrü)
Ən çoxsaylı növbədə işlənilmiş adam - günlərin sayı
Bunu misalla izah edək.
Tutaq ki, üç növbəli iş rejimində işləyən
müəssisədə iyun ayı üzrə aşağıdakı məlumat verilmişdir: fəhlələr
tərəfindən birinci növbədə 8700 adam-gün, ikinci növbədə 5300 adam-
gün, üçüncü növbədə isə 2200 adam-gün işlənilmişdir. İş
rejiminə görə
aydakı iş günlərinin sayı 20, iş yerlərinin sayı 480-ə bərabərdir. Növbəlik
əmsalı belə müəyyən edilir:
^
8700 + 5300 + 2200
16200 ,
Ə = ----------------------- = --------= 1
ö
6
"
8700
8700
3) Növbə rejimindən istifadə əmsalı aşağıdakı kimi hesablanır:
Ə
növbo rcjimindon istifado
= — x 100
ns
Burada: ns - müəssisədəki iş rejiminə görə növbələrin sayı deməkdir.
Nəzərdən keçirilən müəssisə üzrə bu göstərici belə müəyyən edilir:
Э.,„Ьач„.,„.п„ „ ы . - ^ х 1 0 0 - б 2 %
Bu o deməkdir ki, müəssisədə növbə rejimindən yalnız 62% istifadə
olunur.
Ən çoxsaylı növbədə bütün iş yerlərindən istifadə olunmadıqda,
aşağıdakı düsturla ən çoxsaylı növbədə iş yerlərindən istifadə əmsalı
hesablanır:
a)
müəyyən bir tarixə
Ən çoxsaylı növbədə ihləmiş fəhlələrin sayı ^ ^
ç's'IU'y'''
İş yerlərinin sayı
b) təqvim dövrü üzrə
Ən çoxsaylı növbədə işlənilmiş adam - günlərin sayı ^ ^
qq
ç.s.n.ı.y.ı.
jş yeridinin sayr x dövrdəki iş günlərinin sayı
181