Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əmək miqrasiyası statistikası



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə107/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   103   104   105   106   107   108   109   110   ...   262
2-ci movzu demoqrafiya

6.9. Əmək miqrasiyası statistikası
Əhalinin, xüsusilə də əmək ehtiyatlarının sürətlə hərəkət etməsi həm 
işsizlik səviyyəsinin yüksək olduğu, həm də işçi qüvvəsinin azlıq etdiyi 
regionlarda istehsal proseslərinin səmərəli idarə edilməsi və bu əsas üzə­
rində iqtisadi səmərəliliyin yüksəldilməsi ilə əlaqədar bir sıra tədbirlərin 
həyata keçirilməsini zəruri edir. Bu, həm də əmək miqrasiyasına aiddir. 
Əmək miqrasiyası ölkənin sosial-iqtisadi vəziyyətinə fəal təsir göstərir. 
Bu, öz ifadəsini ÜDM-in və məşğulluğun artmasında, həyat səviyyəsinin 
yüksəldilməsində tapır. Əks əlaqə də mövcuddur, başqa sözlə, siyasi 
sabitlik pozulduqda, istehsalın səviyyəsi aşağı düşdükdə miqrantların 
ölkəyə gəlməsi azalır.
Miqrasiyanın ölkənin sosial-iqtisadi inkişafına təsirini öyrənərkən 
onun həm müsbət, həm də mənfi cəhətlərini nəzərə almaq lazımdır. Mə­
185


sələn, birmənalı şəkildə demək olar ki, başqa ölkələrdən gələn işçi qüv­
vəsi əmək bazarında gərginlik yaradır, yerli işçilərin əmək haqqının azal­
masına səbəb olur, işsizliyi artırır. Məlum olduğu kimi, işçi qüvvəsinin 
immiqrasiyası milli əmək bazarındakı konkret şəraitlə əlaqədardır, sahə 
və region çərçivəsində tələblə təklif arasındakı uyğunsuzluğu aradan 
qaldırmaqla tarazlıq yaradır.
Bununla birlikdə immiqrasiya proseslərinin, xüsusilə də qeyri-fəal 
immiqrasiyanın mənfi cəhətləri də vardır. Belə ki, qeyri-fəal immiqrantlar 
bəzi hallarda gəldikləri ölkədə qeyri-qanuni kommersiya fəaliyyəti ilə 
(qaçaqmalçılıqla silah və ya narkotik maddələrin gətirilməsi və s.) məşğul 
olmaqla iri şəhərlərdə, sərhədyanı ərazilərdə, ayrı-ayrı etnik qrupların 
yığcam yaşadığı rayonlarda kriminal vəziyyət yaradırlar.
Əmək miqrasiyasınm dəqiq və tam nəzarətdə saxlanması xeyli dərə­
cədə hüquqi bazanın vəziyyətindən asılıdır. MDB ölkələrində ümumi 
əmək bazarının mərhələli şəkildə formalaşdırılması, işçi qüvvəsinin 
sərbəst yerdəyişməsi üçün şərait yaradılması sahəsində görülən ilk 
tədbirlərdən biri 1994-cü ildə əmək miqrasiyası və miqrantların sosial 
müdafiəsinin təşkili haqqında əməkdaşlığa dair razılaşma olmuşdur. Bu 
razılaşmada aşağıdakı məsələlərin tənzimlənməsi nəzərdə tutulmuşdur: 
işçilərin əmək fəaliyyətinə cəlb edilməsi qaydaları; diplomların, iş stajı­
nın tanınması; əmək gəlirlərindən vergitutulmalar; sosial təminat; tibbi 
xidmət və i.a. Lakin qeyd etmək lazımdır ki, razılaşmanın bir çox müd­
dəaları de-yure mövcud olmuş, de-fakto isə istifadə olunmamışdır.
Əmək miqrasiyası iş yerinin dəyişməsi ilə əlaqədar olaraq məşğul əha­
linin yerdəyişməsi deməkdir. Məlum olduğu kimi, daxili və xarici əmək 
miqrasiyaları bir-birindən fərqlənir. Ölkə daxilində əmək miqrasiyasının 
statistik təhlili əmək üzrə cari və illik hesabatlara əsaslanır. Bu zaman işçi 
qüvvəsinin miqrasiyasının (hərəkətinin) miqyası və istiqamətləri region­
lar (şəhər və kəndlərə ayrılmaqla), sahələr və mülkiyyət formaları üzrə 
müqayisə aparılması və gələn (artma) və gedənlərin (azalma) sayının 
saldosunun müəyyən edilməsi yolu ilə həyata keçirilir. Əmək ehtiyatla­
rının hərəkəti xüsusi təşkil olunmuş seçmə müşahidəsinin köməyilə daha 
dərindən öyrənilə bilər. Bunun vasitəsilə işçi qüvvəsinin miqrasiyası 
(axıcılığı), onun sahələr və bölmələr arasında yenidən bölgüsü prosesində 
meydana çıxan səbəb-nəticə əlaqələrini təhlil etmək mümkün olur.
Əmək miqrasiyasının növlərindən biri gündəlik miqrasiyadır. Bu, 
işçinin hər gün iş yerinə getməsi və iş yerindən evinə qayıtmasını ifadə 
edir. Gündəlik miqrasiyanın saldosu (qalığı) həmin regiona işə gələnlərin 
sayı ilə həmin regiondan başqa regiona işə gedənlərin sayı arasındakı fərq
186
kimi müəyyən edilir. Gündəlik miqrasiya həmin ərazi vahidində işçi qüv­
vəsinin formalaşması mənbələrindən biridir. Onun həcmi və istiqamətləri 
müəyyən dərəcədə ölkənin ayrı-ayrı regionlarında işçi qüvvəsi artıqlığı­
nın olmasını, yaxud da çatışmadığım qiymətləndirməyə imkan verir. Bu 
informasiyalardan isə haqqında danışılan prosesi tənzimləmək üçün 
istifadə edilir.
Gündəlik miqrasiya haqqında məlumatları işləyən şəxslərin iş və 
yaşayış yerləri üzrə ayrılıqda başdan-başa aparılan birdəfəlik uçotaalın- 
masınm materiallarına əsasən müəyyən etmək olar. Gündəlik miqrasiya­
nın miqyası haqqında informasiya mənbələrindən biri də ev təsərrüfat­
larının məşğulluq problemləri üzrə seçmə müayinəsi nəticəsində əldə 
edilən materiallar ola bilər.
Xarici əmək miqrasiyası əhalinin iqtisadi fəaliyyətlə məşğul olmaq 
üçün ölkədən başqa ölkələrə getməsinə deyilir. Əmək miqrasiyasının sayı 
və axını, əhalinin cinsinə, yaşma, peşələrinə, iqtisadi fəaliyyət növlərinə 
görə bölgüsü haqqında məlumatlara müasir dövrdə daha böyük ehtiyac 
vardır.
Xarici ölkələrdən işçi qüvvəsinin ölkə iqtisadiyyatına cəlb edilməsinin 
müxtəlif formaları vardır. Bu formalardan istifadə olunması öz əksini 
statistika hesabatlarında tapır. Statistika hesabatlarını tərtib edərkən aşağı­
dakı əsas anlayış və müddəalardan istifadə olunur:
- xarici əməkçi - miqrantlar. Bunlar öz ölkələrindən kənarda, yaxud 
da xarici işverənlərlə bağlanmış mülki-hüquqi müqavilələr əsasında işin 
yerinə yetirilməsini (xidmət göstərilməsini) həyata keçirən vətəndaşlar­
dan ibarətdir. Əməkçi-miqrantlar adətən qısa müddətə cəlb olunurlar. 
Lakin iqtisadi fəaliyyətlə məşğulolma müddəti uzadıla bilər;
- mövsümi işçilər. Bunlar xarici ölkələrdə işverənlərin təşkil etdikləri 
istehsal prosesinin mövsümi xarakter daşıması ilə əlaqədar öz ölkələrin­
dən kənara işləməyə gedən şəxslərdir. Onların yerinə yetirdikləri işlər 
ilin müəyyən hissəsində həyata keçirilir;
- sərhədyanı işçilər. Bunlar hər gün və ya hər həftə daimi yaşadığı 
yerə qayıtmaq şərtilə əmək fəaliyyətini həyata keçirmək üçün yaşadığı öl­
kədən qonşu ölkənin ərazisinə keçən şəxslərdən ibarətdir. Sərhədyanı 
işçilər əslində gündəlik miqrantlara bənzəyir. Çünki xarici işverənin ya­
nında işləməyinə baxmayaraq hər gün və ya hər həftə daimi yaşadığı 
ölkəyə qayıdır. Başqa ölkələrdə yaşayan və ya digər ölkələrə işləməyə 
gedib və geri qayıdan şəxslər də sərhədyanı işçilərə aiddir.
- muzdla işləyən stajçılar. Bunlara özlərinin peşə səviyyələrini yük­
səltmək məqsədilə xaricdəki işverənlərin yanında muzdla çalışan işçilər
187


aid edilir. Stajkeçənlər iqtisadi fəal miqrantların xüsusi qrupudur. Ona 
görə ki, onların xaricdə işləməkdə əsas məqsədləri ixtisaslarım yüksəlt­
məkdir. Lakin buna baxmayaraq onların yerinə yetirdikləri işlərin əhə­
miyyəti danılmazdır. Bunun əhəmiyyəti stajkeçən stajlı işçi olduqda 
xüsusilə artır.
MDB ölkələrində beynəlxalq əmək miqrasiyası üzərində statistik 
müşahidənin aparılmasına 1995-ci ildən başlanılmışdır. Hazırda bu 
ölkələrdə əsas informasiya mənbəyi müəssisələrin məlumatlarıdır. Ölkə 
vətəndaşlarının xaricdə gördükləri işlərdə statistik müşahidənin obyekti 
xarici ölkə vətəndaşlarının əməyindən istifadə etməyə icazə (lisenziya) 
almış və podrat müqaviləsi bağlamış hüquqi şəxslərdən (müəssisə və 
təşkilatlar) ibarətdir. Xarici işçi qüvvəsini cəlb edən statistik müşahidə 
obyekti hüquqi şəxslər və onların əlahiddələşmiş bölmələri və xüsusi 
icazəsi olan fiziki şəxslərdir. Azərbaycanda əmək miqrasiyası üzərində 
nəzarəti Respublika Miqrasiya xidməti həyata keçirir.
Əmək miqrasiyası ilə əlaqədar tərtib olunan müşahidə sənədlərində bir 
sıra göstəricilər nəzərdə tutulmuşdur. Sənədin xaricdə işləyən milli kadr­
lar hissəsində ölkədən xaricə getmiş şəxslərin yaş tərkibi, hansı ölkələrə 
getmələri, işin müddəti, iqtisadiyyatın sahəsi, peşəsi və miqrantların kate­
qoriyaları (cəlb olunma forması) göstərilir. Milli iqtisadiyyatda məşğul 
olan xarici vətəndaşlar hissəsində onların yaş tərkibi, iqtisadiyyatın sa­
həsi, hansı ölkələrdən gəlmələri, cəlbolunma və işədüzəlmə formaları 
qeyd edilir.
Bunlar əmək miqrasiyası üzrə aşağıdakı informasiyaların hazırlanma­
sına imkan verir: ölkədən kənarda çalışan işçilərin (işçiləri qəbul edən öl­
kələr üzrə) sayı üzrə; iqtisadiyyatın sahələri üzrə (işçi-miqrant, mövsümi 
işçilər, stajkeçənlər və i.a.) üzrə; ölkədən gedən anda peşə tərkibi. Əcnəbi 
işçilər haqqında ayrı-ayrı ölkələr, onların haradan gəlmələri, iqtisadiy­
yatın sahələri, cəlbolunma formaları (məsələn, DIN-nin icazəsinə uyğun 
olaraq, yaxud da icazə tələb olunmayan formalarda), işədüzəlmə qayda­
ları (xarici hüquqi şəxslərlə bağlanmış podrat müqavilələrinin, həmin 
ölkənin hüquqi və fiziki şəxsləri ilə əcnəbi vətəndaşlar arasındakı əmək 
müqavilələrinin reallaşdırılması çərçivəsində və i.a.) üzrə məlumatlar 
hazırlanır.
Miqrasiya proseslərinin tənzimlənməsi aşağıdakıların müəyyən 
olunmasını zəruri edir:
- işçi qüvvəsinin cəlb edilməsi, istiqamətləndirilməsi, işə düzəldilmə­
sinin təşkili formalarının müəyyən edilməsi;
- əcnəbi işçi qüvvəsinin cəlb olunacaq iqtisadiyyatın və fəaliyyət
188
növlərinin prioritet sahələrinin müəyyən edilməsi;
- işçi qüvvəsinə olan ümumi tələbat haqqında proqnoza əsasən yaradı­
lacaq iş yerlərinin baş sxeminin işlənib hazırlanması;
- ölkənin demoqrafik potensialı, kvotalaşdırma mexanizminin təkmil­
ləşdirilməsi, müəyyən peşələr üzrə ixtisaslı kadrların cəlb olunması 
nəzərə alınmaqla maliyyə-iqtisadi “vasitə”lərin yaradılması;
- beynəlxalq tələblər nəzərə alınmaqla əmək şəraiti və onun mühafizə­
si sahəsində bir-biri ilə əlaqələndirilməsi mümkün olan tədbirlər siste­
minin müəyyən edilməsi;
- miqrantların sərhədyanı zonalarda sadələşdirilmiş qaydada işləmələ­
rinə imkan verən xüsusi saziş (müqavilə) bağlanması.
Əmək miqrasiyasının miqyasına qiymət vermək üçün aşağıdakı 
mənbələrdən istifadə oluna bilər:
1) əhalinin siyahıyaalma məlumatları;
2) informasiyaların inzibati mənbələri;
3) əmək miqrasiyası məsələləri ilə əlaqədar ölkələrin qarşılıqlı 
əlaqələri.
Nəticə
- əmək bazarı statistikasının əsas anlayışlarına iqtisadi fəal əhali, məş­
ğulluq və işsizlik, iş vaxtı və ondan istifadə, əmək münaqişələri və s. 
daxildir;
- bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq ölkəmizdə əmək statis­
tikasının göstəricilər sistemində və onların hesablanması metodologi­
yasında ciddi dəyişikliklər baş vermişdir;
- əmək bazarı statistikası bir sıra çox mühüm vəzifələri yerinə yetirir;
- məşğul və işsiz əhali ikisi birlikdə “iqtisadi fəal əhali”ni əmələ 
gətirir;
- əmək bazarı statistikasında “əhalinin iqtisadi fəallığı”, “məşğulluq”, 
“işsizlik” əmsalları hesablanır;
- beynəlxalq miqyasda müqayisə aparmaq üçün məşğul əhalinin 
sayının müəyyən edilməsində müxtəlif metodlardan istifadə olunur;
- iqtisadi fəal əhali kateqoriyası ilə yanaşı, iqtisadi qeyri-fəal əhali 
kateqoriyası da vardır və o, müxtəlif cəhətlərdən öyrənilir;
-ə h a li məşğulluq statusuna görə 1993-cü ildə qəbul edilmiş 
beynəlxalq standartlara uyğun olaraq təsnifləşdirilir və bu zaman müxtəlif 
işçi kateqoriyalarından istifadə olunur;
189


- məşğul əhali ilə yanaşı işsiz əhali də təsnifləşdirilir;
- iqtisadiyyat rəsmi və qeyri-rəsmi bölmələrə ayrılır. Bu bölmələrdə 
fəaliyyət göstərən iqtisadi vahidlər müxtəlif əlamətlərə görə qruplaş­
dırılır;
- əmək bazarı statistikasında işçilərin siyahı sayı, orta siyahı sayı, 
kənardan cəlb edilmiş əvəzçiliklə işləyənlərin, mülki-hüquqi xarakterli 
müqavilə əsasında iş görənlərin orta sayı və s. göstəricilər hesablanır. Bu 
zaman müxtəlif metodlardan istifadə edilir;
- ayrı-ayrı ölkələrdə qeyri-rəsmi bölmədə məşğulluğun hüdudlarının 
müəyyən edilməsində bir sıra fərqlər vardır. Lakin bütün ölkələrdə bu 
sahədə vahid meyardan istifadə edilməsi tövsiyə olunur;
- qeyri-rəsmi bölmədə məşğul olan əhali bir sıra əlamətlərə (yaşayış 
yerlərinə, şəhər və kənd əhalisi, məşğulluq statusuna, demoqrafik xüsu­
siyyətlərinə - cins və yaşa, təhsil səviyyəsinə) görə qruplaşdırılır;
- əmək ehtiyatlarına olan tələbatın və onun təmin olunması mənbə­
lərinin öyrənilməsində balans metodundan geniş istifadə olunur. Əmək 
ehtiyatları balansını tərtib etmək üçün lazım olan məlumatlar müxtəlif 
mənbələrdən götürülür; müəssisə və təşkilatlarda işçilərin sayı daim 
dəyişir. Bu, bir sıra səbəblərlə əlaqədardır. Odur ki, baş verən prosesləri 
təhlil etmək üçün «müəssisədə kadrların hərəkəti balansı» tərtib olunur;
- işçi qüvvəsinin hərəkətinə müxtəlif amillər təsir göstərir. Buna xa­
rakteristika vermək üçün işçi qüvvəsinin dövriyyəsini ifadə edən mütləq 
və nisbi göstəricilərdən istifadə olunur. Mütləq göstəricilərə: a) kadrların 
dövriyyəsi; b) işdənçıxarılma üzrə dövriyyə; c)işə qəbul üzrə dövriyyə. 
Nisbi göstəricilərə isə: a) işə qəbul üzrə dövriyyə əmsalı; b) işdən 
çıxarılma üzrə dövriyyə əmsalı; c) işçi qüvvəsinin ümumi dövriyyəsi 
əmsalı; d) axıcılıq əmsalı; e) tərkibin sabitliyi əmsalı daxildir.
- statistikada aşağıdakı iş vaxtı fondları bir-birindən fərqlənir: a) 
təqvim üzrə iş vaxtı fondu; b) tabel üzrə iş vaxtı fondu; c) maksimum 
mümkün olan iş vaxtı fondu. Bunları hesablamaq üçün əsas məlumat 
mənbəyi «iş vaxtı balansı»dır. Balansın məlumatlarına əsasən iş 
vaxtından istifadəni səciyyələndirən çox mühüm göstəricilər hesablanır;
- iqtisadi vahidlərdə işverənlərlə işçilər arasında müxtəlif səbəblərin 
təsiri ilə əmək münaqişələri baş verir. Əmək münaqişələri onları törədən 
səbəblər üzrə təsnifləşdirilir;
- əmək münaqişələrinin sayı müəyyən olunarkən müxtəlif meyarlar­
dan istifadə edilir;
- əmək münaqişələri haqqında məlumatları beynəlxalq səviyyədə mü­
190
qayisə edərkən bir sıra göstəricilər hesablanır;
- müasir dövrdə iqtisadi həyatın beynəlmiləlləşməsinin güclənməsi ilə 
əlaqədar olaraq ölkələrarası əmək miqrasiya geniş vüsət almışdır. Əmək 
miqrasiyasına bir çox amillər təsir edir və onun müxtəlif növləri vardır. 
Həmçinin əmək miqrasiyası hər iki ölkədə, yəni işçi qüvvəsinin getdiyi 
və onu qəbul edən ölkədə sosial-iqtisadi vəziyyətə təsir göstərir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin