üçün istifadə olunur. Həm də onların əmək haqqı xidmət etdikləri fəh
lələrin əməyinin nəticələrindən birbaşa asılı olur.
- akkord əmək haqqı sistemi. Bu sistemdə əmək haqqı yerinə
yetirilmiş hər əməliyyata görə deyil, bütün kompleksə görə ödənilir.
Son dövrlərdə əmək haqqının ödənilməsinin tarifsiz sistemindən də
istifadə olunur. Bu, hər bir işçinin fərdi əmək haqqının əmək haqqı
fondunda, onun iştiraketmə əmsalı ilə müəyyən olunan paymı göstərir.
Büdcə təşkilatlarında əməyin ödənilməsi vahid tarif sistemi əsasmda
həyata keçirilir.
Əmək haqqının statistik yolla öyrənilməsi aşağıdakı istiqamətlərdə
aparılır:
- əmək haqqı fondu və onun tərkibi müəyyən edilir;
- orta əmək haqqının səviyyəsi müəyyən olunur;
- əmək haqqının dinamikası təhlil olunur;
- əmək haqqındakı fərqlər öyrənilir.
Əmək haqqının səviyyəsi bir işçinin orta əmək haqqı ilə səciyyələnir.
Statistika işləri təcrübəsində müəssisə və təşkilatlarda həm
bütün işçilər,
həm də ayrı-ayrı işçi kateqoriyaları üzrə orta aylıq və orta illik əmək
haqqı göstəriciləri hesablanır.
İşçilərin orta aylıq əmək haqqı hesablanmış əmək haqqı fondunu
onların (yəni işçilərin ) orta aylıq siyahı sayma bölmək yolu ilə müəyyən
edilir. Lakin sahələr üzrə orta əmək haqqını müəyyən edərkən əmək
haqqı fondundan işçilərin orta siyahı sayma
daxil edilməyən işçilərə
hesablanan əmək haqqı nəzərə alınmamalıdır. Müəssisə və təşkilat səviy
yəsində işçilərin orta aylıq əmək haqqı hesablanarkən əvəzçiliklə işləyən
lər nəzərə alınmır. Bu zaman hesablanmış əmək haqqı fondundan əvəz
çiliklə işə qəbul edilmiş şəxslər üçün hesablanmış əmək haqqı məbləğini
çıxmaq, sonra isə əldə edilmiş kəmiyyəti əvəzçiliklə işləyənlərin sayı
nəzərə alınmadan işçilərin orta siyahı sayma bölmək lazımdır.
Saatlıq orta əmək haqqı hesablanmış əmək haqqı məbləğinin işlənil
miş adam-saatlarm miqdarına nisbəti kimi müəyyən edilir. Bu göstərici
müəssisə və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə hesablanır.
Ayrı-ayrı peşə qrupları üzrə orta əmək haqqının hesablanması xüsusi
maraq doğurur. Beynəlxalq statistikada bu sahədə müsbət təcrübə toplan
mışdır. Beynəlxalq Əmək Bürosu (BƏB) bu problemlə məşğul olan
statistiklərin birinci beynəlxalq konfransının (1923)
tövsiyələrinə əsasən
1925-ci ildən başlayaraq hər il peşələr və ərzaq məhsullarının qiymətləri
ilə əlaqədar əmək haqqmın və iş həftəsinin uzunluğunun öyrənilməsinə
198
dair oktyabr tədqiqatları aparır.
Yaşlı işçilərin əmək haqqı və iş həftəsinin uzunluğuna dair oktyabr
tədqiqatları ilk dəfə 48 peşə və 39 növ ərzaq məhsulunun qiyməti üzrə
aparılmışdır. 1985-ci ildə proqram yenidən nəzərdən
keçirildikdən sonra
oktyabr tədqiqatları 49 iqtisadi fəaliyyət sahəsindən 159 peşəni və 93
adda ərzaq məhsullarının pərakəndə satış qiymətini əhatə etmişdir.
İqtisadi fəaliyyət sahələrinə bu dərsliyin üçüncü fəslindəki 3.1 cədvə-
lindəki “İqtisadi fəaliyyət növlərinin təsnifləşdirilməsinin beynəlxalq
standartlarf’nda nəzərdə tutulmuş sahələr aiddir. Hər bir sahədə ən geniş
yayılmış və tipik peşələr isə öz əksini “Məşğulluğun təsnifləşdirilməsinin
beynəlxalq standartlarında (MTBS-88) tapmışdır. Hazırda bu ümum-
dünya tədqiqatında Azərbaycan Respublikası da daxil olmaqla 160-dan
çox ölkə iştirak edir.
Ayrı-ayrı məşğulluq növləri üzrə aşağıdakı məlumat toplanır:
- tam bir ay işləmiş işçilərin sayı (nəfər);
- bir ay üçün hesablanmış əmək haqqı (manat);
- işçilərə bir ayda tarif üzrə hesablanmış əmək haqqı (manat).
Tarif üzrə əmək haqqına işlənilmiş vaxtın (görülmüş işlərin) müqa
bilində tarif qiymətləri və vəzifə maaşı əsasında hesablanmış əmək haqqı,
iş şəraiti və peşə mənsubiyyətinə görə hesablanan
və daimi xarakter
daşıyan əlavələr daxildir. Müəyyən edilmiş vaxtdan artıq, yaxud da bazar
və bayram günlərində işlənilmiş vaxta, rayon əmsallarına, fəxri adlara,
fərdi xarakter daşıyan qarışıq ixtisasda işləməyə görə verilən əlavələr tarif
maaşlarına daxil edilmir:
- ay ərzində işlənilmiş adam - saatın miqdarı;
- rayon əmsallarına uyğun olaraq işçilərə hesablanan məbləğlər.
Oktyabr tədqiqatlarının nəticələrinə əsasən aşağıdakı göstəriciləri
hesablamaq mümkün olur:
- orta aylıq əmək haqqı;
- tarif üzrə orta aylıq əmək haqqı;
- orta saatlıq əmək haqqı;
- tarif üzrə orta saatlıq əmək haqqı;
- ay ərzində orta hesabla bir işçi tərəfindən işlənilmiş adam-saatın
miqdarı;
- orta hesabla bir işçi tərəfindən həftə ərzində işlənilmiş adam-saatın
miqdarı.
Bu göstəricilər hər bir məşğulluq növü və bütün işçi qrupları üzrə
hesablanır. Məlumatlar hər bir fəaliyyət növü
üzrə daha kütləvi və tipik
199
peşələr üzrə dərc olunur. Oktyabr tədqiqatlarının məlumatlarından region
lar, habelə müəssisələr və müxtəlif mülkiyyət formaları üzrə ayrı-ayrı
peşə işçilərinin əmək haqqını müqayisə etmək üçün İstifadə olunur. Bu
məlumatlar aşağıdakıların həyata keçirilməsi üçün lazımdır: 1) müxtəlif
peşə qruplarına daxil olan işçilərin əmək haqqındakı fərqləri təhlil etmək;
2) eyni bir sahədə m üxtəlif ixtisaslı işçilərin əmək haqqındakı fərqləri
təhlil etmək; 3) müxtəlif peşələr üzrə əmək haqqının dinamikasını
müqayisə etmək. Bu məlumatlar əmək haqqı sahəsində siyasət işlənib
hazırlandıqda əməkçiləri birləşdirən təşkilatlarm maraq dairəsində olur.
Xarici investorlar da bu məlumatlardan geniş istifadə edirlər.
Dostları ilə paylaş: