- natura formasında ödənilmiş məhsulların dəyəri;
- ödənilmə mənbəyindən asılı olmayaraq daimi, yaxud da vaxtaşırı
xarakter daşıyan mükafatlar;
- işçiləri stimullaşdırmaq məqsədilə tarif dərəcələri və vəzifə maaş
larına (peşə ustalıqlarına, qarışıq vəzifələrdə işlədiklərinə görə və i.a.)
edilən əlavələr;
- əmək haqqı vaxtında ödənilmədikdə və istehlak səbətinin dəyəri art
dıqda indeksləşdirmədən əmələ gələn məbləğlər;
- iş rejimi və əmək şəraiti ilə əlaqədar əlavə ödənişlər (insanların səh
həti üçün zərərli işlərdə və təhlükəli şəraitdə, gecə vaxtı və iş vaxtından
artıq işlədikdə, habelə bayram və istirahət günləri
üçün işçilərə verilən
əlavə ödənişlər).
İşlənilmiş vaxta görə əmək ödənişlərinə əvəzçiliklə işə qəbul edilmiş və
işçilərin siyahı sayma daxil edilməyən şəxslərə verilən əmək haqqı aiddir.
İşçilərin siyahı sayma daxil edilməyən işçilərə verilən əmək haqqı statistik
hesabatlarda əmək haqqı fondunun tərkibində deyil, ayrıca göstərilir.
İşlənilməmiş vaxta görə əmək haqqı müxtəlif ödənişlərdən (iş günü
ərzində işlənilməmiş saat, işlənilməmiş adam-gün) ibarətdir. Buna aşa
ğıdakılar daxildir:
- hər il növbəti və əlavə məzuniyyət günləri üçün ödənişlər;
- kollektiv müqaviləyə əsasən verilən (qanunvericilikdə nəzərdə
tutulan məzuniyyət günlərindən başqa) əlavə məzuniyyət günləri üçün
ödənişlər;
- istehsalatdan ayrılmadan təhsil alan işçilərə verilən məzuniyyət
günləri və yeni peşə hazırlığı ilə əlaqədar ödənişlər;
- dövlət və ictimai işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilərin
əməyinin ödənilməsi;
- xəstəliyə görə işə çıxılmayan günlər üçün müəssisənin vəsaiti hesa
bına ödənişlər (əmək qabiliyyətini müvəqqəti
itirdikdə məcburi tibbi
sığorta fondundan verilən vəsaitdən başqa);
-m üdiriyyətin təşəbbüsü ilə tam iş günü işləmədikdə işçilərə müəs
sisə vəsaitindən verilən ödənişlər;
- müəssisədə işin təşkilində yol verilən nöqsanlara görə boş dayanma-
yanlar üçün ödənişlər və i.a.
Birdəfəlik stimullaşdırıcı amillərə aşağıdakılar daxildir: 1) birdəfəlik
verilən mükafatlar; 2) ilin yekunlarına görə verilən əlavə əmək haqqı; 3)
xidmət illərinə görə verilən əmək haqqı; 4) istifadə olunmamış məzuniy
yət günləri üçün ödənişlər; 5) məzuniyyət verilərkən əlavə ödənişlər; 6)
194
bütün işçilərə, yaxud da onların əksəriyyətinə edilən maddi yardımlar; 7)
həvəsləndirici tədbir kimi işçilərə pulsuz verilən səhmlərin dəyəri və s.
İşçilərin yemək, mənzil və yanacaqla təmin edilməsi ilə əlaqədar xərc
lərə aşağıdakılar aiddir: a) qanunvericiliyə uyğun olaraq iqtisadiyyatın
ayrı-ayrı sahələrində işçilərə pulsuz verilən yeməyin və məhsulun dəyəri;
b) işçilərə qanunvericilikdə nəzərdə tutulduğundan artıq pulsuz, yaxud da
güzəştli şərtlərlə verilən yeməyin dəyəri; c) qanunvericiliyə uyğun olaraq
ayrı-ayrı sahələrdə işçilərə
pulsuz verilən mənzilin dəyəri, yaxud da
mənzil pulsuz verilmədikdə pul formasında ödənilən kompensasiyalar; d)
işçilərə pulsuz verilən yanacağın dəyəri.
Əmək haqqı fondu ay, rüb və il üzrə hesablanır. İllik əmək haqqı
fondu aylar üzrə əmək haqqı fondunun cəminə bərabərdir. İstər müəssisə
və təşkilatlar, istərsə də sahələr və bütövlükdə iqtisadiyyat üzrə orta əmək
haqqının səviyyəsi əmək haqqı fonduna əsasən müəyyən edilir. Əmək
haqqı fondu barədə məlumat iş qüvvəsinin dəyərini müəyyənləşdirmək,
MHS-də gəlirlərin əmələ gəlməsi və bölgüsü hesablarını tərtib etmək,
bölgü metodu ilə ÜDM-i hesablamaq üçün lazımdır. Əmək haqqı fondu
barədə məlumatdan istər bütövlükdə iqtisadiyyat, istərsə də onun ayrı-
ayrı sahələri və bölmələri səviyyəsində sahələrarası balansın tərtib
olunması, iqtisadiyyatın
strukturunu, iqtisadi artımı və əhalinin həyat
səviyyəsini təhlil etmək üçün ekonometrikanın istehsal funksiyaları və
digər modellərinin işlənib hazırlanmasında geniş istifadə edilir. Sərf
olunan əməyin haqqının ödənilməsi ilə əlaqədar xərclər məhsulların
istehsalına çəkilən xərclərin ən mühüm, iqtisadiyyatın bəzi sahələrində
hətta çox böyük xüsusi çəkiyə malik olan ünsürlərindən biridir.
Müəssisələrdə əmək haqqı fondu ayrı-ayrı işçi kateqoriyaları üzrə
müəyyən olunur. Ayrı-ayn işçi kateqoriyaları üzrə əmək haqqı fondunun
strukturunda müxtəliflik vardır. Müxtəlif iqtisadi fəaliyyət sahələrində
əmək haqqının strukturunu təhlil edərkən istər bütün işçi heyəti, istərsə də
onun ayrı-ayrı kateqoriyaları üzrə bu fərqlər daha da artır.
Sahələr üzrə
əmək haqqı fondunun strukturu haqqında məlumatlardan əmək sahəsində
siyasətin işlənib hazırlanması və kollektiv müqavilələrin bağlanmasında
istifadə olunur.
Statistikada əmək haqqına daxil edilməyən sosial xarakterli ödənişlər
dən də bəhs olunur. Beynəlxalq tövsiyələrə uyğun olaraq sosial ödənişlərin
bir hissəsi milli hesablarda əsas etibarilə “Sosial sığorta ayırmaları (faktiki
və hesablanan)” maddəsində öz əksini tapır. Sosial xarakterli ödənişlərin
bir hissəsi əmək haqqına daxil edilməsələr də, onlar bu və ya digər
dərəcədə muzdlu işçilərin gəlirlərinin formalaşmasında iştirak edirlər.
195
Sosial xarakterli ödənişlərə aşağıdakılar aiddir:
-m üəssisənin vəsaiti hesabına burada çalışan işçilərin pensiyalarına
edilən əlavələr, yaxud da yeni pensiyaya çıxan işçilərə edilən birdəfəlik
yardımlar;
- bağlanmış sığorta müqaviləsinə əsasən işçilərə
müəssisənin vəsaiti
hesabma verilən sığorta ödənişləri;
- könüllü tibbi sığortaya ödənilən üzvlük haqqı və müəssisənin vəsaiti
hesabma onun işçilərinə səhiyyə təşkilatlarının göstərdikləri xidmətin
dəyərinin ödənilməsi;
- əmək müqaviləsi dayandırıldıqda verilən işdən çıxarma pulu (son
hesablaşma pulu) və müəssisə ləğv olunduqda, yaxud da ştatlar ixtisar
edildikdə işdən çıxarılmış işçilərə ödənilən məbləğlər;
- işə gedib-qayıtma xərclərinin ödənilməsi, ailə vəziyyəti ilə əlaqədar
birdəfəlik maddi yardım;
- müəssisələrin göndərişi ilə gündüz ali və orta ixtisas təhsili müəs
sisələrinə oxumağa göndərilmiş işçilərə verilən təqaüdlər; digər xərclər və
ödənişlər.
Sosial xarakterli ödənişlərin bir hissəsi qüvvədə olan əmək qanunve
riciliyinə əsasən, çox hissəsi isə müdiriyyətlə əməkçi təşkilatları (o cüm
lədən həmkarlar ittifaqları təşkilatları) arasında bağlanmış əmək müqavi
lələri əsasında həyata keçirilir. Müəssisələrin işçiləri əmək haqqı fondu və
sosial xarakterli ödənişlərlə yanaşı səhmlərə, habelə təşkilatın mülkiyyə
tində iştiraka görə də gəlir əldə edə bilər. Müəssisələr pensiya fonduna,
sosial sığorta fonduna və məcburi sığortaya,
dövlət məşğulluq fonduna
müəyyən ödənişləri həyata keçirir. Müəssisələrdə işçilərə pulsuz, yaxud
da güzəştli şərtlərlə paltar, xüsusi geyim və ayaqqabı, müalicə-profilak
tika yeməkləri verilir, tədris, mədəni-kütləvi, idman və digər tədbirlərin
həyata keçirilməsi üçün bina icarəyə götürülür və s.
Müəssisə və təşkilatların çəkdikləri bu xərclər haqqında informasiya
işçilərin ümumi gəlirlərinin müəyyən
edilməsi və MHS-də müvafiq
hesabların tərtib olunması, habelə iş qüvvəsinin dəyərinin hesablanması
üçün lazımdır.
Dostları ilə paylaş: