7.4. Əmək haqqının dinamikası göstəriciləri Əmək haqqının dinamikası indeks metodundan istifadə olunmaqla
təhlil edilir. Bu məqsədlə dəyişən tərkibli əmək haqqı indeksindən daha
çox istifadə olunur:
İ Z E l - H l I /д. £/л ■ “ J T - ' ' S t , ' у т „ • Burada: F0 və F, - əsas və cari dövrdə müəssisədə (sahədə) ayrı-ayrı
işçi kateqoriyaları üzrə hesablanmış əmək haqqı fondunu;
T0 və T, - əsas və cari dövrdə müəssisədə (sahədə) ayrı-ayrı işçi
kateqoriyaları üzrə işçilərin orta siyahı sayını;
f o v ə
f ı ~ əsas və cari dövrdə müəssisədə (sahədə) ayrı-ayrı işçi
kateqoriyaları üzrə orta əmək haqqını göstərir.
Dəyişən tərkibli əmək haqqı indeksi əsas dövrə nisbətən cari (hesabat)
dövrdə əmək haqqının orta səviyyəsinin aşağıdakı amillərin təsiri ilə necə
dəyişməsini əks etdirir:
1) ayrı-ayrı işçi kateqoriyalarının orta əmək haqqının dəyişməsi;
2) əmək haqqının müxtəlif səviyyələrində ayrı-ayrı işçi kateqoriya
larının xüsusi çəkisinin dəyişməsi.
Bu amillərin hər biri orta əmək haqqının səviyyəsinə müxtəlif cür təsir
edir. Struktur amillərinin təsirini aradan qaldırmaq üçün aşağıdakı
düsturla hesablanan sabit tərkibli əmək haqqı indeksindən istifadə olunur: 3
5
Bu indeks struktur amili nəzərə alınmadan, başqa sözlə, əsas dövrə
nisbətən hesabat dövründə yalnız əmək haqqı səviyyəsinin dəyişməsi
nəticəsində onun orta səviyyəsinin necə dəyişməsini göstərir.
Struktur amilinin təsiri aşağıdakı “struktur dəyişiklikləri üzrə əmək
haqqı indcksi”nin köməyi ilə müəyyən olunur:
Bu indeks əmək haqqınm səviyyəsinin müxtəlif olduğu işçilərin
xüsusi çəkisinin dəyişməsinin təsiri ilə əmək haqqının orta səviyyəsinin
necə dəyişdiyini səciyyələndirir. Bu indeksləri Azərbaycan Respublika
sında məşğul əhalinin sayı və nominal orta aylıq əmək haqqı barədə 7.1.
cədvəlində verilmiş məlumatlara əsasən hesablayaq.