Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Milli hesablar sistemində xüsusi təsnifləşdirmə vahidləri



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə48/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   262
2-ci movzu demoqrafiya

3.5. Milli hesablar sistemində xüsusi təsnifləşdirmə vahidləri
MHS-də təsnifləşdirmənin xüsusi vahidləri vardır. Bunlar aşağıdakı 
qruplara bölünür: 1) hüquqi şəxslər (korporasiyalar, kommersiya təşkilat­
ları, dövlət orqanları); 2) fərdlər və ya fərdlərdən ibarət qruplar (ev təsər­
rüfatlarını birgə idarə etmək üçün fərdlər və ya fərdlərdən ibarət qruplar).
Beynəlxalq standartlar və sahələr üzrə iqtisadi fəaliyyətlər aşağıdakı 
kimi də təsnifləşdirilir: 1) müəssisələr (müəssisə qrupları); 2) fəaliyyət 
növləri vahidləri; 3) yerli vahidlər; 4) idarələr.
Həm istehsal, həm də maliyyə məsələlərində müstəqil qərarları qəbul
71


etmək hüquqi olan, öz işlərini sərbəst surətdə planlaşdıran və fəaliyyət 
göstərən ən iri iqtisadi vahid müəssisələrdir. M üxtəlif təyinatlı nemətlər 
məhz müəssisələrdə yaradılır, iqtisadi münasibətlər burada formalaşır, 
bütün mənafelər burada çulğalaşır. Müəssisələr bir-birindən mülkiyyətin 
forma və növlərinə (dövlət, bələdiyyə, xüsusi), istehsalın həcmi və miq­
yasına, təsərrüfat fəaliyyətinin növünə və başqa əlamətlərinə görə 
fərqlənir.
Fəaliyyət növləri vahidləri - hər hansı bir iqtisadi fəaliyyət növünü 
müstəqil həyata keçirən, məhsul istehsalı və xidmət göstərilməsindən əldə 
etdiyi mənfəəti müəyyənləşdirmək üçün uçot işlərinin təşkil olunduğu 
müəssisə, yaxud da onun bir hissəsidir. İstehsal vahidlərinin fəaliyyəti üç 
yerə bölünür: 1) əsas fəaliyyət növü; 2) yardımçı fəaliyyət növü; 3) 
köməkçi fəaliyyət növü. Əsas və yardımçı fəaliyyət növlərinin məhsulları 
bazarda satılmaq, yaxud da qabaqcadan müəyyən edilmiş istifadəçilərə 
əvəzsiz olaraq verilmək üçün istehsal edilir. Yardımçı istehsala sənaye 
müəssisələrinin tərkibində yaradılan və öz işçilərini təmin etmək üçün 
kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan istehsalçıları misal 
göstərmək olar. Köməkçi fəaliyyət növünün məhsulları isə bazarda satıl­
mır, əsas və yardımçı istehsal sahələrinə xidmət edir. Məsələn, ayaqqabı 
fabrikləri bir qayda olaraq istehsal etdikləri ayaqqabıları qablaşdırmaq 
üçün qutu istehsal olunan köməkçi istehsalat yaradırlar.
Yerli vahid dedikdə hər hansı bir inzibati ərazidə (rayonda) həyata 
keçirilən fəaliyyət növlərinin toplusu nəzərdə tutulur.
İdarələr gəlirlərin və sərvətin bölgüsünü həyata keçirir, bütövlüklə 
cəmiyyətə və ayrı-ayrı qruplara, yaxud da fiziki şəxslərə qeyri-bazar 
xidməti göstərirlər.
Beynəlxalq standartlar çoxsəviyyəli olmaqla onun tərkibində bölmə­
lər, yarımbölmələr, qruplar və s. fəaliyyət növləri göstərilir. “Bölmə” an­
layışı “sahə” anlayışından fərqlənir. Məsələn, müəssisə müxtəlif sahələrə 
aid ola bilər. Lakin statistik qruplaşmaya uyğun olaraq onların hamısı bir 
bölməyə aid edilir. Bölmələr iqtisadiyyatın iri (böyük) sahələrindən 
ibarətdir. İqtisadi fəaliyyət sahələrinin təsnifləşdirilməsi bunun bariz 
nümunəsidir (cədvəl 3.1). Belə ki, beynəlxalq standartların sahə təsnifatı 
latın əlifbasının baş hərfləri ilə sıralanan 17 bölmədən ibarətdir.
Bütün iqtisadiyyatı əhatə edən vahidlər aşağıdakı bölmələrdə birləşdiril­
mişdir: 1) qeyri-maüyyə müəssisələri; 2) maliyyə təşkilatları; 3) hökumət 
idarələri; 4) ev təsərrüfatlarına xidmət edən qeyri-kommersiya təşkilatları; 5) 
ev təsərrüfatları; 6) qalan dünya ilə iqtisadi əlaqələr (xarici iqtisadi əlaqələr).
72
Qeyri-maliyyə müəssisələri bölməsinə istehsal xərclərini ödəyə bilən 
qiymətlərlə satmaq üçün əmtəə istehsal edən və qeyri-maliyyə xidmətləri 
göstərən kooperativ, yaxud da onlara bənzər, lakin kooperasiya statusu 
olmayan təsərrüfat subyektləri daxildir. Bunlar öz xərclərini hər şeydən 
əvvəl əmtəə və xidmətlərin satışından əldə etdikləri gəlir hesabına ödə­
yirlər.
Maliyyə təşkilatları bölməsinə əsas vəzifələri maliyyə sahəsində vasi­
təçilik etməkdən ibarət olan banklar, sığorta şirkətləri, investisiya fondları 
və digər maliyyə subyektləri daxildir. Maliyyə vasitəçilərinin əksəriyyəti 
öz xərclərini təklif etdikləri maliyyə ehtiyatları müqabilində aldıqları faiz 
məbləği ilə cəlb etdikləri maliyyə ehtiyatları müqabilində ödədikləri (ver­
dikləri) faiz məbləği arasındakı fərq hesabına maliyyələşdirirlər.
Əsas vəzifələri gəlirlərin və sərvətin bölgüsünü həyata keçirməkdən, 
bütövlükdə cəmiyyətə və ayrı-ayrı qruplara, yaxud da fiziki şəxslərə 
qeyri-bazar xidməti göstərməkdən ibarət olan hökumət idarələri bölmə­
sinin vəsaiti dövlət büdcəsi təsisatlarının vəsaiti hesabına formalaşır.
Qeyri-kommersiya təşkilatları bölməsinə əsas vəzifələri qeyri-bazar 
xidmətləri göstərməkdən ibarət olan ictimai, siyasi, həmkarlar ittifaqları 
və dini təşkilatlar daxildir. Bu təşkilatların xərcləri üzvlük haqları, 
ianələr, mülkiyyətdən əldə edilən gəlirlər hesabına maliyyələşdirilir.
Ev təsərrüfatları bölməsinə istehlak xarakterli fəaliyyət növü ilə 
məşğul olan ev təsərrüfatları; kiçik, heç bir korporasiyaya daxil olmayan 
mağazalar, qəlyanaltılar, emalatxanalar, habelə sərbəst peşə adamları 
daxildir. Bu bölməyə daxil olan təsərrüfat vahidləri öz xərclərini əmək 
haqqı, mülkiyyətdən əldə edilən gəlirlər, yenidənbölgü vasitəsilə daxilol­
malar, habelə korporasiyalara daxil olmayan, lakin bu bölməyə aid edilən 
müəssisələrin məhsul satışından əldə etdikləri gəlir hesabına maliyyə­
ləşdirirlər.
Qalan dünya ilə (xarici ölkələrlə) aparılan iqtisadi əlaqələri və maliyyə 
münasibətlərini uçota almaq üçün milli hesablar sistemində “qalan dünya 
ilə iqtisadi əlaqələr “ bölməsi nəzərdə tutulmuşdur.
Beynəlxalq əmək bölgüsü ölkə ərazisinin iqtisadi maraqlara görə düz­
gün müəyyənləşdirilməsini zəruri edir. Bununla əlaqədar olaraq rezident 
və qeyri-rezident vahidləri bir-birindən fərqləndirmək lazımdır. İqtisadi 
vahidlərin maraqlarının mərkəzi ölkənin iqtisadi ərazisi ilə əlaqədardırsa, 
onda bunlara ölkənin rezidenti deyilir. Yox, əgər belə əlaqə yoxdursa, 
onda bu vahidlər qeyri-rezident adlanır. Qeyri-rezident vahidlərin iqtisadi 
maraqlarının mərkəzi başqa ölkələrin iqtisadi ərazilərinə düşə bilər.
73


Ölkənin iqtisadi ərazisi onun coğrafi ərazisi ilə üst-üstə düşməyə bilər. 
Milli hesablar sistemində iqtisadi əraziyə dövlətin inzibati idarəçiliyi al­
tında olan və əhalinin, əmtəələrin və kapitalın sərbəst hərəkət etməsinə 
imkan verən ərazi daxildir. Hava yolları, ərazi suları və beynəlxalq su- 
lardakı kontinental şelflər də iqtisadi əraziyə aid edilir. Başqa ölkələrdəki 
“ərazi anklavları” da iqtisadi ərazi hesab olunur. Bu, başlıca olaraq digər 
ölkənin ərazisində yerləşən, lakin həmin ölkənin icarə və mülkiyyət 
hüququ ilə elmi, diplomatik və başqa məqsədlər üçün istifadə olunan 
torpaq sahəsidir. Anklavlarda ölkədəki xarici səfirliklər, konsulluqlar, 
ticarət və başqa nümayəndəliklər yerləşdirilə bilər. Başqa ölkələrin və 
beynəlxalq təşkilatların ərazi anklavları onların yerləşdikləri ölkənin 
iqtisadi ərazisinə daxil edilmir. Korporasiyalar və qeyri-kommersiya təş­
kilatları hansı ölkədə yaradılıb və qeydə almıblarsa, həmin ölkənin rezi­
dentləri hesab olunurlar. Korporasiyaların uzun müddət xaricdə fəaliyyət 
göstərən şöbələri, ofisləri, istehsal sahələri yerləşdikləri ölkələrin 
rezidentləri hesab olunurlar.
XIX əsrin axırları - XX əsrin əvvəllərində kapitalist iqtisadiyyatı öz 
inkişafının korporativ mərhələsinə daxil olmuşdur. Bu isə öz növbəsində 
maliyyə sektorunun əmələ gəlməsinə gətirib çıxarmışdır.
Korporativ maliyyə sektoru ölkənin rezidenti olmaqla öz fəaliyyətini 
kommersiya qaydasında həyata keçirən korporasiyaları və onların 
şöbələrini birləşdirir. Bu sektorda korporativ müəssisələrin aşağıdakı 
tipləri bir-birindən fərqləndirilir: 1) Mərkəzi bank; 2) Depozit maliyyə 
təşkilatları; 3) Digər maliyyə vasitəçiləri; 4) Köməkçi maliyyə təşkilat­
ları; 5) Sığorta korporasiyaları və pensiya fondları.
Mərkəzi banklar banknot buraxılmasını həyata keçirir və dövlət müəs­
sisəsi hesab olunurlar. ABŞ-da Mərkəzi bank (Federal ehtiyat sistemi) 
qarışıq mülkiyyətdə, Azərbaycan Respublikasının Mərkəzi bankı isə döv­
lət mülkiyyətindədir. Odur ki, bu bank dövləti idarəetmə sektoruna aid 
edilir.
Depozit maliyyə təşkilatları kommersiya və əmanət banklarından (öl­
kəmizdə “Əmanət bankı” adlı qurum yoxdur. Onun funksiyaları müxtəlif 
banklar, birinci növbədə “Kapital Bank” tərəfindən həyata keçirilir) 
ibarətdir. Maliyyə bazarında vasitəçilik edən rezidentlər maliyyə vasitə­
çiləri hesab olunurlar.
Bazar münasibətlərinin yüksək səviyyədə inkişaf etmiş olduğu 
ölkələrdə qiymətli kağızlarla aparılan əməliyyatları həyata keçirən makler 
kontorları, səhmlərin və digər qiymətli kağızların yerləşdirilməsi ilə məş­
74
ğul olan müvəkkillər (agentlər) də fəaliyyət göstərirlər. Bunlar köməkçi 
maliyyə təşkilatları yarımsektorunu əmələ gətirirlər.
Ümumdövlət idarəetmə sektoruna dövləti idarəetmə orqanlarının və 
dövlət orqanları tərəfindən nəzarət olunan sosial təminat fondunun qeyri- 
kommersiya təşkilatlarını təmsil edən vahidlər aid edilir.
M ərkəzi hökumətin tərkibində olan dövlət idarələri ümumdövlət 
(ümumrespublika) büdcəsindən maliyyələşdirilir. Bunlar əsas etibarilə 
iqtisadiyyatı ölkə miqyasında tənzimləyən və idarə edən, asayişi qoruyan 
respublika orqanları, təhsil, səhiyyə, gənclər və idman, mədəniyyət və 
turizm nazirlikləri, sosial təminat idarələri, elmi-tədqiqat institutları və s.- 
dən ibarətdir. Dövləti idarəetmə orqanlarının tərkibində olan mətbəələr, 
hesablama mərkəzləri, rabitə və başqa xidmət növləri ayrıca vahid hesab 
edilirlər. Ev təsərrüfatları bölməsi rezident təsərrüfatlardan formalaşır. 
MHS-də ev təsərrüfatları ümumi mənzil şəraiti yaratmaq, əmtəə və 
xidmətlərdən birgə istifadə etmək üçün özlərinin gəlirlərini və maddi qiy­
mətlilərini birləşdirən şəxslər qrupu kimi səciyyələndirilir. Onun üzvləri 
ev təsərrüfatları çərçivəsində həm özlərinin istehlakı, həm də satmaq üçün 
məhsul istehsal edə və xidmət göstərə bilərlər. Ev xidmətçiləri ev təsər­
rüfatlarına aid edilmir. Qeyri-kommersiya təşkilatları adətən kooperativ 
müəssisələrinə, dövləti idarəetmə orqanlarına və ev təsərrüfatlarına xid­
mət göstərmək məqsədilə yaradılır. Ona görə də onlar müstəqil bölməyə 
ayrılmır və fəaliyyətinin xarakterindən asılı olaraq iqtisadiyyatın dörd 
bölməsindən birinə aid edilir. Bazar münasibətləri əsasında fəaliyyət gös­
tərən qeyri-kommersiya təşkilatları maliyyə, yaxud da qeyri-maliyyə 
korporativ bölməsinə, təhsil, səhiyyə və digər sahələrdə pullu xidmət 
göstərən qeyri-kommersiya təşkilatlan isə qeyri-maliyyə bölməsinə aid 
edilir. Qeyri-bazar xidməti göstərən qeyri-kommersiya təşkilatları ümum­
dövlət idarəetmə, yaxud da ev təsərrüfatları bölməsinə aid edilir. Bütün 
cəmiyyətə xidmət edən, dövləti idarəetmə orqanları tərəfindən maliyyə­
ləşdirilən və nəzarət olunan kommersiya təşkilatlan ümumdövlət idarə­
etmə, qeyri-bazar xarakterli istehsal ilə məşğul olan və ev təsərrüfatları 
üçün məhsul hazırlayan və xidmət göstərən qeyri-kommersiya təşkilatları 
isə ev təsərrüfatları bölməsinə aid edilir. Ev təsərrüfatlarına xidmət edən 
qeyri-kommersiya təşkilatları bölməsinə aşağıdakılar aid edilir: 1) öz 
üzvlərinə xidmət göstərən təşkilatlar (siyasi partiyalar, elmi cəmiyyətlər 
və s.); 2) xeyriyyəçiliklə məşğul olan qeyri-bazar təşkilatları.
Qalan dünya ilə xarici iqtisadi əlaqələr bölməsi rezident vahidlərlə müəy­
yən iqtisadi əlaqələrə girən bütün qeyri-rezident vahidlərdən ibarətdir. Başqa
75


sözlə, ölkənin ərazisində yerləşən vahidlər, məsələn, xaricdə olan anklavlar 
(səfirliklər, konsulluqlar, hərbi bazalar, beynəlxalq təşkilatlar) aid edilir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin