Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Sosial-iqtisadi statistikada əsas qruplaşdırmalar və işarələr



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə49/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   262
2-ci movzu demoqrafiya

3.6. Sosial-iqtisadi statistikada əsas qruplaşdırmalar və işarələr
sistemi
Sosial-iqtisadi statistikada çox böyük əhəmiyyətə malik olan metodo­
loji məsələlərdən biri də qruplaşdırmadır. Qruplaşdırma dedikdə, öyrə­
nilən obyektin sistemləşdirilmiş şəkildə müxtəlif əlamətlərə görə tərkib 
hissələrinə (qmplara) bölünməsi nəzərdə tutulur. Sosial-iqtisadi statistika­
da qruplaşdırma anlayışı təsnifləşdirmə anlayışının qarşılığı kimi işlədilir.
Sosial-iqtisadi statistikada çoxsaylı qruplaşdırmalardan istifadə olu­
nur. Məsələn, obyektlərə olan mülkiyyət hüququnu aşağıdakı kimi təsnif­
ləşdirmək və kodlaşdırmaq olar: torpaq və digər təbii resurslar, mənzil 
fondu, istehsal vasitələri (investisiya əmtəələri), istehlak malları və başqa 
mülkiyyət obyektləri, həmçinin müəssisə və təşkilatlar. Müəssisə və təş­
kilatlar özlərinin təsis sənədlərinə (nizamnamə, əsasnamə və i.a.) uyğun 
olaraq mülkiyyətin müəyyən təşkilati-hüquqi formasına aid edilməlidir.
Mülkiyyət formalarına görə aparılan qruplaşdırma müəssisələrin, 
əmək, maddi və maliyyə resurslarının bölmələr üzrə strukturunu və dina­
mikasını müəyyən etməyə imkan verir. Məsələn, Azərbaycan Respublika­
sında tətbiq edilən təsnifat sisteminə müvafiq olaraq aşağıdakılardan biri 
eyniləşdirmə kodu ilə mülkiyyətin formalarından (növlərindən) biri kimi 
göstərilə bilər:
- dövlət mülkiyyəti (1);
- xüsusi mülkiyyət (2);
- bələdiyyə mülkiyyəti (3);
- xarici mülkiyyət (4);
- birgə (xarici qarışıq) mülkiyyət (5);
- beynəlxalq təşkilatların mülkiyyəti (6).
“Mülkiyyət formalarının təsnifatf’nda onun hər bir forması təkrəqəmli 
eyniləşdirmə kodu ilə işarə olunur, mülkiyyətin adı və qruplaşdırma apar­
maq üçün məlumatların əldə edilməsinin metodları göstərilir. Mülkiyyət 
formalarının “təsnifatf’nda mülkiyyətin forması dedikdə mülkiyyət 
hüququ ilə mülkiyyətçiyə təhkim olunmasını xarakterizə edən mülkiyyət 
münasibətlərinin qanunvericiliklə tənzimlənməsi nəzərdə tutulur.
Ölkəmizdə dövlət mülkiyyətinə tamamilə, yaxud da qismən mərkəzi 
və ya dövlət hakimiyyəti orqanlarına məxsus olan təsərrüfat subyektləri
76
kompleksi daxildir. İctimai təşkilatların mülkiyyətinə xeyriyyəçilik və 
başqa ictimai fondlar, obyektlər və s. aiddir. Bu təşkilatların fərqləndirici 
cəhəti ondan ibarətdir ki, onların fəaliyyəti kommersiya xarakteri daşımır 
və qarşılarına mənfəət əldə etmək vəzifəsini qoymurlar.
Xüsusi mülkiyyətə isə aşağıdakılar daxildir:
1) vətəndaşların mülkiyyəti (şəxsi həyətyanı təsərrüfatda istifadə 
edilən inventarlar, nəqliyyat vasitələri və daşınmaz əmlak daxil olmaqla);
2) vətəndaş birliklərinin mülkiyyəti;
3) kooperativ və icarə müəssisələrinin, səhmdar cəmiyyətlərinin 
mülkiyyəti;
4) sahibkar birliklərinin (konsern, holdinq, assosiasiya, ittifaqlar və
i.a.) mülkiyyəti;
5) vətəndaşların və hüquqi şəxslərin qarışıq mülkiyyəti.
Mülkiyyətin çoxnövlülüyü işçi qüvvəsinin onlar arasında bölgüsündə
və strukturunun təkmiləşdirilməsində mütərəqqi nəticələrə gətirib çıxara 
bilər. Başqa sözlə, bu, əmək, maddi və maliyyə ehtiyatlarının iqtisadiyya­
tın sahələri arasında bölgüsündə baş verən dəyişiklikləri izləməyə imkan 
verir. Bunu 3.5. cədvəlindəki məlumatlardan daha aydm görmək olar.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin