Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə54/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   262
2-ci movzu demoqrafiya


2
Əhalinin orta illik sayının yaşama müddəti nəzərə alınmaqla hesabi 
orta kəmiyyətin çəkili düsturu ilə hesablanması daha düzgündür:
Burada: s -əhalinin sayını, / - s qədər əhalinin yaşadığı müddəti 
(adətən ayların sayını) göstərir.
Hər hansı bir yaşayış məntəqəsi üzrə əhalinin orta illik sayını müəy­
yən edərkən xronoloji orta kəmiyyətin düsturu ilə hesabi orta kəmiyyətin 
düsturundan 
birlikdə, 
qarşılıqlı 
əlaqədə istifadə 
olunması 
daha 
münasibdir. Bunu şərti misalla izah edək. Tutaq ki, hər hansı bir kurort 
şəhərinin əhalisi ilin əvvəlinə 220 min nəfər, ilin axırına isə 230 min 
nəfər olmuşdur. Bundan başqa, bu şəhərdə üç ay ərzində 25 min, beş ay
87


ərzində isə 40 min nəfər kənardan gəlib istirahət edən əhali olmuşdur. 
Şəhərdə il ərzində yaşamış əhalinin orta illik sayı belə müəyyən olunur:
- daimi əhali: (220+230):2 - 225 min nəfər.
- kənardan gəlib istirahət edən əhali: (25-3) + (40-5): 12 = (75+200): 
12 = 275 : 12 = 23 min nəfər.
- il ərzində şəhərdə yaşamış əhalinin orta illik sayı:
225 + 23 = 248 min nəfər.
Əhalinin saymm düzgün müəyyən edilməsinin başqa bir şərti hesab­
lama aparılan ərazinin düzgün müəyyən olunmasıdır. Çünki, yaşayış 
məntəqələrinin-şəhərlərin, qəsəbələrin, kəndlərin-əraziləri müxtəlif sə­
bəblərə görə dəyişdirilə bilər və dəyişdirilir. Bəzi tarixi hadisələr nəti­
cəsində hətta ölkələrin də əraziləri dəyişir. Əhalinin sayını müəyyən 
etdikdə, buna dair dinamika sıralarını düzəltdikdə və onları təhlil etdikdə 
bütün bunları nəzərə almaq lazımdır.
Yaşayış məntəqələrinin şəhər və kənd yaşayış məntəqələrinə bölün­
məsinə uyğun olaraq əhali şəhər və kənd əhalisinə bölünür. Şəhərlərdə və 
şəhər tipli qəsəbələrdə yaşayan əhali şəhər əhalisinə (fəhlə qəsəbələri və 
kurort şəhərləri də daxil olmaqla), kənd yerlərində yaşayan bütün şəxslər 
isə kənd əhalisinə aiddir. Lakin şəhər və kənd əhalisini kənd təsərrüfatı və 
qeyri-kənd təsərrüfatı əhalisi anlayışı ilə qarışdırmaq olmaz. Çünki 
əhalinin qeyri-kənd təsərrüfatı və kənd təsərrüfatı əhalisinə bölünməsi 
əməyin xarakteri, iqtisadiyyatın ayrı-ayrı sahələrinə bağlılıqla əlaqədar­
dır. Bu və ya digər bir yaşayış məntəqəsinin şəhər yerlərinə aid edilməsi 
qanunvericilik qaydasında həyata keçirilir. Fikrimizi bir qədər də 
dəqiqləşdirsək, məsələn, kənd müəllimləri və həkimləri, kənddə ticarətlə 
məşğul olan şəxslər və s., habelə onların ailə üzvləri kənd əhalisinə 
daxildir, kənd təsərrüfatı əhalisinə isə daxil deyildir. Qeyri-kənd 
təsərrüfatı əhalisinin bir hissəsi şəhərlərdə və şəhər tipli qəsəbələrdə 
yaşaya bilər. Dünya üzrə şəhər əhalisinin xüsusi çəkisi 50%-dən aşağı 
olduğu halda, bəzi ölkələrdə (Avstraliya, Almaniya, Niderland, İspaniya, 
İsrail) bu göstərici 85%-dən çox, bəzi ölkələrdə isə (Birma, Hindistan, 
Vyetnam və i.a.) 25%-dən aşağıdır. 1926-cı ildə respublikamızda əhalinin 
tərkibində şəhər əhalisinin xüsusi çəkisi 28%-ə bərabər olduğu halda, 
hazırda 53%-dən çoxdur. Azərbaycan respublikasında əhalinin şəhər və 
kənd əhalisinə bölünməsini 4.1 cədvəlindəki məlumatlardan aydın 
görmək olar. 8

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin