Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əhalinin sayı və tərkibi göstəriciləri



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə53/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   262
2-ci movzu demoqrafiya

4.2. Əhalinin sayı və tərkibi göstəriciləri
İşləmək üçün müəyyən edilmiş yaş həddində olan əmək qabiliyyətli 
əhali əmək ehtiyatlarının əsas hissəsini təşkil edir. İşləyən pensiyaçılar və 
yeniyetmələr isə ölkədə əmək ehtiyatlarının sayının dəyişməsinə təsir 
edir. Lakin qeyd etmək lazımdır ki, ölkədə əmək ehtiyatlarının dəyişmə­
sinə təsir göstərən əsas amil əmək qabiliyyətli əhalinin sayının artıb- 
azalmasıdır.
Bütün bunlar göstərir ki, əhalinin sayının müəyyən edilməsi olduqca 
mühüm, məsuliyyətli və mürəkkəb bir məsələ olmaqla, sosial-iqtisadi 
statistikanın əsas vəzifələrindən biridir. Ona görə də bu işi uğurla həyata 
keçirmək üçün bir sıra şərtlərə əməl olunmalıdır. Bunlardan biri əhalinin 
sayının müəyyən olunduğu vaxtın dəqiq müəyyənləşdirilməsidir. Məsə­
lən, “2010-cu ildə Azərbaycan Respublikası əhalisinin sayı” anlayışı 
qcyri-müəyyəndir. Başqa sözlə, bu anlayış əhalinin müəyyən tarixə 
(yanvarın 1-nə, oktyabrın 1-nə, yaxud da dekabrm 1-nə) olan sayını, 
yoxsa, hər hansı bir ildə orta illik saymı göstərir? sualı meydana çıxır. 
Bunlar isə müxtəlif anlayışlardır.
Yuxarıda göstərildiyi kimi, əhalinin sayı haqqında əsas məlumat mən­
bəyi onun siyahıya alınmasıdır. Siyahıyaalma zamanı əhalinin sayı hər 
hansı bir tarixə müəyyən edilir. Siyahıyaalmalar arasındakı dövrdə isə 
statistik məcmuələrdə əhalinin sayı haqqında məlumat bir qayda olaraq 
ilin əvvəlinə və ya axırına verilir. Bu məqsədlə axırıncı siyahıyaalınmanın 
ilkin məlumatları hər il doğulanların, ölənlərin, xaricdən gələnlərin və 
xaricə gedənlərin sayı, başqa sözlə, əhalinin təbii və mexaniki hərəkəti
86
nəzərə alınmaqla təshih olunur. Başqa sözlə, ilin əvvəlinə olan əhalinin 
üzərinə il ərzində doğulanların və ölkəyə gələnlərin sayı əlavə edilir
onun üzərindən il ərzində ölənlərin və ölkədən gedənlərin sayı çıxılır və 
beləliklə də ilin axırına olan əhalinin sayı müəyyən edilir.
Bəzi hallarda bir sıra sosial-iqtisadi hadisələri hesablamaq üçün 
əhalinin orta saymın müəyyən edilməsinin zəruriliyi meydana çıxır. Bu, 
məsələn, beynəlxalq müqayisə aparmaq, yəni hər nəfərə düşən məhsul 
istehlakı (ət və ət məhsulları, süd və süd məhsulları, yumurta, taxıl, 
elektrik enerjisi, avtomobil və i.a.) göstəricilərini, habelə əhalinin doğum, 
ölüm, təbii artım əmsallarını hesablamaq üçün lazımdır. Əhalinin orta
illik sayı (S ) (yaxud da hər hansı bir zaman kəsiyi üzrə) onun haqqında 
ilin əvvəlinə (Sə) və axırma (Sa) olan məlumatlara əsasən sadə hesabı 
orta kəmiyyət kimi aşağıdakı düsturla hesablanır:
2
Əhalinin sayı haqqında verilmiş məlumatlar arasındakı intervallar eyni 
olduqda (məsələn, hər ayın 1-i vəziyyətinə) onun orta illik sayı xronoloji 
orta kəmiyyətin aşağıdakı düsturu ilə müəyyən edilir:
S, + S , + S , + ....H— S 

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin