4.5. Əhalinin miqrasiyası, onun növləri və öyrənilməsinin əhəmiyyəti
Ayrı-ayrı yaşayış məntəqələrinin, regionların, ölkələrin əhalisinin sayı
yalnız onun təbii hərəkəti nəticəsində deyil, həm də mexaniki hərəkətinin,
yəni insanların yaşayış
yerlərini dəyişməsi, miqrasiyasının təsiri ilə
dəyişir. Miqrasiya latınca “migratio” sözündən əmələ gəlmiş və yerdəyiş
mə, köçürülmə mənasını verir. Başqa sözlə, əhali daimi yaşadığı yerdən
başqa yerlərə getməklə yaşayış yerini dəyişir. Beynəlxalq və daxili
miqrasiyaları bir-birindən fərqləndirmək lazımdır.
Beynəlxalq miqrasiya
dedikdə əhalinin və işçi qüvvəsinin bir ölkədən başqa bir ölkəyə getməsi
nəzərdə tutulur. Daxili miqrasiya isə əhalinin və işçi qüvvəsinin ölkə
daxilində bir yaşayış məntəqəsindən, iqtisadi və ya inzibati rayondan
başqa bir yaşayış
məntəqəsinə, iqtisadi, yaxud da inzibati rayona getməsi
əsasında yerdəyişməsi deməkdir.
Dünya iqtisadiyyatı qloballaşdıqca, ölkələrin əksəriyyətinin iqtisadi,
sosial və demoqrafik inkişafı üçün beynəlxalq miqyasda işçi qüvvəsinin
və əhalinin miqrasiyası başlıca amilə çevrilir. Bu, beynəlxalq iqtisadi
münasibətlərin ən mürəkkəb ünsürlərindən biridir.
Çünki onun obyekti
insan resurslarıdır və bu, beynəlxalq miqrasiya ilə əlaqədar kəskin
problemlər doğurur.
Beynəlxalq miqrasiya əmək ehtiyatlarının daha əlverişli şərtlərlə işə
düzəlmək üçün sakini olduğu ölkədən başqa ölkələrə getməsi deməkdir.
Buna iqtisadi amillərlə yanaşı, siyasi, etnik, mədəni, ailə münasibətləri də
təsir edir.
Beynəlxalq miqrasiyada iki əsas ünsürü bir-birindən fərqləndirmək
lazımdır. Bunlardan biri daimi yaşamaq üçün
başqa ölkələrə köçübgetmə
(emiqrasiya), digəri isə daimi yaşamaq üçün başqa ölkələrdən köçübgəl-
mə (immiqrasiya) adlanır. Ölkədən köçüb getmiş vətəndaşların öz vətən
lərinə qayıtmaları da (repatriasiya) əhalinin beynəlxalq miqrasiyasına
aiddir. Beynəlxalq miqrasiyanın özü də iki yerə bölünür: 1) qitələrarası
miqrasiya; 2) qitədaxili miqrasiya.
Qitələrarası miqrasiyada əhali və işçi qüvvəsi bir qitədən başqa qitəyə
gedir. Qitədaxili miqrasiyada isə əhali eyni bir qitə daxilində bir ölkədən
başqa ölkəyə “köç edir”.
Beləliklə, əhalinin və əmək ehtiyatlarının sayının mexaniki surətdə
artması əmək qabiliyyətli əhalinin daimi yaşamaq üçün başqa ölkələrə və
ya
iqtisadi rayonlara gəlməsini, azalması isə daimi yaşamaq üçün başqa
ölkələrə və iqtisadi rayonlara getməsini səciyyələndirir. Əmək ehtiyatları
nın ümumi saymm artması onun təbii və mexaniki artmasının, azalması
112
isə təbii və mexaniki azalmasının cəminə bərabərdir. Əhalinin və əmək
ehtiyatlarının mexaniki artımı onun tərkibində həmin ölkəyə və ya
iqtisadi rayonlara gələn və gedənlərin sayı arasındakı fərqlə İfadə olunur.
Beynəlxalq miqrasiya aşağıdakı kateqoriyalara bölünür: 1) ölkəyə qanuni
yolla
gəlmiş mühacirlər; 2) müqavilə üzrə işləyən mühacirlər; 3) qeyri-
leqal mühacirlər. Sənayecə inkişaf etmiş ölkələrin demək olar ki,
hamısında qeyri-leqal mühacirlər vardır. Bunların bir hissəsi sərhədi
qeyri-qanuni
yolla keçməklə gəlir, bəziləri isə qanunla müəyyən edilmiş
müddət qurtardıqdan sonra gəldikləri ölkədə qalır və ən adi işlərdə
çalışırlar; 4) sığınacaq istəyən şəxslər. XX əsrin 80-ci illərinədək bu
kateqoriyadan olan şəxslərin sayı bir qədər az olmuş, sonra isə artmışdır.
İnsanlar sığınacaq haqqında
xahişi siyasi səbəblərlə, yaxud da yaşadığı
ölkədə iqtisadi vəziyyətin ağır olması ilə əlaqələndirirlər; 5) qaçqınlar.
BM T-nin Q açqınlar üzrə Ali K om issarlığının (QAK) Qlobal
tendensiyalara dair 2013-cü il üçün illik m əruzəsində göstərilir ki,
2013-cü ilin sonunadək bütün dünyada qaçqınların, sığınacaq
axtaranların və məcburi köçkünlərin sayı 51,2 milyon nəfərə çatıb,
bu isə 2012-ci ildə qeydə alınmış 45,2 milyondan tam altı milyon
nəfər çoxdur.24 İndiki qaçqınların çoxu müharibə “qurbanları”dır.
Onlar
adətən BMT-nin himayəsi altında olan xüsusi düşərgələrdə yaşayırlar.
Əhalinin yerdəyişməsi (miqrasiyası) aşağıdakı səbəblərlə əlaqədardır:
- təhsil almaq və iş yerinin dəyişdirilməsi ilə əlaqədar olan yerdəyiş
mələr;
- ölkədə işlə təminolma imkanlarının aşağı olması;
- sahibkarlıq və fərdi əmək fəaliyyəti ilə məşğul olmağın mümkün
süzlüyü;
- millətlərarası münaqişələrin kəskinləşməsi;
- yerli (aborogen) əhalinin dilinin öyrənilməsinə məcburetmə;
- kriminal şəraitin pisləşməsi;
- insanların səhhətindəki problemlərlə əlaqədar iqlim şəraitini dəyiş
dirmək məcburiyyətində qalmaları;
- ayrı-ayrı regionlarda və ölkələrdə əhalinin həyat səviyyəsindəki
fərqlər;
- əhalinin həyat səviyyəsi ağır olan kənd yerlərindən şəhərlərə axını;
- əhalinin ailə vəziyyəti ilə əlaqədar daimi yaşayış yerlərini dəyişdir
mək məcburiyyətində qalması;
Dostları ilə paylaş: