- digər səbəblər.
Beynəlxalq bazarda insan resurslarının digər iqtisadi resurslarla müqa
yisəsindən danışarkən onun xüsusiyyətini nəzərə almaq lazımdır. Bu xü
susiyyət
ondan ibarətdir ki, işçi qüvvəsi beynəlxalq iqtisadi münasibət
lərin nəinki obyekti, həm də subyektidir. Bundan başqa, beynəlxalq miq
rasiya prosesi donor və işçi qüvvəsini qəbul edən ölkələrə yalnız iqtisadi
cəhətdən deyil, həm də sosial, demoqrafik və sosial-psixoloji cəhətdən
təsir göstərir.
Təsərrüfat həyatının beynəlmilləşməsi gücləndikcə beynəlxalq miqra
siyanın əhəmiyyəti də artır.
Əhalini (və ya işçi qüvvəsini) qəbul edən ölkələr üçün miqrasiya
mənbələri bir-birindən fərqlənir. Bu, bir tərəfdən,
işçi qüvvəsinin üz
tutduğu ölkənin müasir dünyada oynadığı rol və malik olduğu imkanla,
digər tərəfdən isə onun tarixi, etnik və coğrafi əlaqələri ilə bağlıdır. Bu
nunla əlaqədar olaraq müasir mühacir axınında nəzərə çarpan dəyişik
liklər müşahidə olunur.
Belə ki, son onilliklərdə beynəlxalq miqrasiyada əsas axın ABŞ-a
yönəlmişdir. XX əsrin 70-ci illərində bu ölkəyə açıq şəkildə mühacirət
edənlərin sayı 4,5 mln. nəfərdən çox olmuşdur ki, bu da 60-cı illərdəkin-
dən təqribən 33% çoxdur. XX əsrin 80-ci illərindən mühacirətin miqyası
daha da genişlənmiş və bu, ABŞ əhalisi artımının 40%-ə
qədərini təşkil
etmişdir. Bu dövrdə ölkəyə 6 mln. nəfər leqal, 2 mln. nəfər isə qeyri-leqal
yolla mühacirət etmişdir. Keçən əsrin sonlarında bu səviyyə demək olar
ki, sabit qalmışdır.
Mühacir axınının başqa bir mərkəzi Qərbi Avropadır. Bu ölkələrə hər
il orta hesabla 600 min nəfər mühacirət edir ki, bunların da ailə üzvlərinin
sayı 700 min nəfərə çatır. Avropada Almaniya, Fransa və Böyük Bri
taniya mühacirətin miqyasına görə öncül mövqedədirlər. İşçi qüvvəsinin
miqrasiyasına, yəni daha çox mühacirətetməyə görə regional mərkəzlər
arasında Avstraliyanı xüsusi qeyd etmək olar.
Keçən onilliklər ərzində mühacirlərin təkcə etnik tərkibi deyil, peşə və
təhsil səviyyələri də dəyişmişdir. XX əsrin 80-ci illərində ABŞ-a 1,5 mln.
nəfər ali təhsilli mütəxəssis mühacirət etmişdir. Lakin bütün mühacirlərin
yüksək ixtisas və peşə təhsilinə malik olduqlarını demək düzgün olmazdı.
Belə ki, mühacirlərin 33%-i hətta orta məktəbi belə bitirməmişdir.
Əhalinin və işçi qüvvəsinin beynəlxalq miqrasiyası ayrı-ayrı
ölkələrin
milli qanunvericilikləri və beynəlxalq hüquq normaları ilə tənzimlənir.
Qanunvericilikdə iki meyil özünü göstərir. Bunlardan biri açıq iqtisadiy
yata və buna uyğun olaraq əhalinin və əmək ehtiyatlarının sərbəst surətdə
114
yerdəyişməsi, digəri isə beynəlxalq miqrasiya sahəsində himayədarlıq və
məhdudiyyətlərə əsaslanır.
Hər bir ölkədə milli miqrasiya siyasəti işlənib hazırlanır. Dövlətin
miqrasiya siyasəti ölkədən gedən və ölkəyə gələnlərin, ölkədə yaşamaq
üçün onlara vətəndaşlıq statusu verilməsinin, yaxud da onların vətəndaş
lıqdan məhrum edilməsinin, xarici işçi qüvvəsindən istifadənin, onların
işlədikləri dövrdə qaçqınların sosial müdafiəsinin
təşkili sisteminin
tənzimlənməsinə yönəldilmiş qanunvericilik, təşkilati və digər tədbirlər
kompleksidir.
İnkişaf etmiş ölkələrin çoxu beynəlxalq miqrasiyanın sosial vəziyyətə
və əmək bazarına nəzarət oluna bilməyən təsirinə yol verməmək üçün
özlərinin iqtisadiyyatlarını və əhalisini müdafiə etməyə yönəldilən və
himayədarlığa əsaslanan miqrasiya siyasəti yeridirlər. Məsələn, ABŞ-da
1990-cı ildə qüvvəyə minmiş mühacirət haqqında
qanuna uyğun olaraq
1995-ci ildən başlayaraq ölkəyə hər il 675 min nəfərdən çox mühacir
gəlməsinə yol verilmir. Qanunda həmçinin iş axtarmaq üçün hər il 140
min nəfərin gəlməsi ilə əlaqədar kvota müəyyən edilmişdir.
XX əsrin 90-cı illərində siyasi və demoqrafik qeyri-sabitliyin artması
və mühacirlərin işlə təmin olunmasının mürəkkəbləşməsi ilə əlaqədar ola
raq Avropa ölkələrinin çoxu özlərinin mühacirət haqqında qanunverici
liklərini sərtləşdirmişlər. Məsələn, 1993-cü ildə Fransa ölkəyə yeni
mühacirlərin gəlməsini məhdudlaşdırmışdır. Avstriya, İtaliya, İspaniya və
Portuqaliya da özlərinin mühacirət haqqında qanunvericiliklərində bu
istiqamətdə dəyişikliklər etmişlər. Beynəlxalq konvensiyalar, o cümlədən
1948-ci il dekabrın 10-da BMT tərəfindən qəbul edilmiş insan hüquqla
rına dair ümumi bəyannamədə hər bir şəxsə sərbəst surətdə yaşayış yeri
seçmək hüququ verilir. Bunlarla yanaşı, bəyannamə razılaşma əldə edən,
miqrasiya prosesini tənzimləyən beynəlxalq hüquq normaları
və üçüncü
ölkələrə münasibətdə məhdudiyyətləri müəyyənləşdirir. Məsələn, Avropa
İttifaqı çərçivəsində əhalinin və işçi qüvvəsinin beynəlxalq miqrasiya
axınım tənzimləyən bir sıra konvensiyalar imzalanmışdır. Bunların
içərisində 1957-ci ildə bağlanmış və 1968-ci ildə qüvvəyə minmiş Roma
müqaviləsinin 52-ci yarımfəslində Avropa İttifaqının ilk 6 iştirakçısı olan
ölkələrin işçilərinə (sonra bu qayda Avropa İttifaqının üzvü olan bütün
ölkələrə şamil edilmişdir) həmin ölkələrdə sərbəst surətdə iş axtarmaq
hüququnu verən sənəd, sığınacaq verilməsi qaydalarını müəyyən edən və
1990-cı ildə qəbul edilmiş Dublin konvensiyasını misal göstərmək olar.
Əhalinin, o cümlədən işçi qüvvəsinin beynəlxalq miqrasiyası təkcə iqti
sadi deyil, həm də çox
mürəkkəb siyasi məsələ olmaqla, getdiyi ölkənin
115
əmək ehtiyatlarının tərkibinə əhəmiyyətli dərəcədə təsir edir, əmək
bazarında tələb və təklifin dəyişməsinə, işçi qüvvəsini qəbul edən ölkənin
sosial-iqtisadi həyatında çətinliklərə gətirib çıxarır.
Beləliklə, insanların müxtəlif səbəblər üzündən uzun müddətə və ya
həmişəlik olaraq bir yerdən başqa yerə getməsi nəticəsində həm əmək
ehtiyatlarının, həm məşğul əhalinin (məşğul əmək ehtiyatlarının), həm də
daimi və mövcud əhalinin sayında dəyişikliklər baş verir. Uzunmüddətli
və daimi yerdəyişmələrlə yanaşı, mövsümi, məcburi və gündəlik
miqrasiyalar da vardır.
Əmək qabiliyyətli əhalinin yerdəyişməsi
ilə əlaqədar olan mövsümi
miqrasiya işçilərin və təhsil alanların sahə və ərazi üzrə yerdəyişməsi
olmaqla, onların daimi yaşayış və iş yerlərinin dəyişməsinə səbəb olmur.
Ona görə də müxtəlif iqtisadi hesablamaları apararkən əmək ehtiyatları və
məşğul əhali (məşğul əmək ehtiyatları) göstəricilərinin dəyişməsinə möv
sümi miqrasiyanın təsirini nəinki nəzərə almaq, həm də kəmiyyətcə ifadə
etmək, bəzi hallarda isə hətta onun təsirinin aradan qaldırılması lazım
gəlir. Bütün əhalinin mövsümi miqrasiyası isə yalnız mövcud əhalinin
sayının dəyişməsinə təsir göstərir.
Məcburi miqrasiya, yəni məşğul əmək ehtiyatlarının vaxtaşırı bir ya
şayış məntəqəsindən başqa yaşayış məntəqəsinə getməsi daimi və möv
cud əhalinin sayının dəyişməsinə təsir etmir. Məşğul əmək ehtiyatlarının
məcburi miqrasiyası işçilərin və təhsil alanların daimi yaşayış yerləri ilə
onların işlədikləri və təhsil aldıqları yerlərin bir-birinə uyğun gəlmə
məsinə gətirib çıxarır.
Əmək ehtiyatları ölkənin ayrı-ayrı rayonları üzrə qeyri-bərabər bölün
müşdür. Bu, başlıca olaraq iqtisadi amillərin təsiri ilə izah olunur. Belə ki,
hansı ərazilərdə sənaye inkişaf etmişdirsə, orada daha çox əmək ehti
yatları cəmləşir. Rayonlar üzrə əhalinin sıxlığı haqqında
məlumatlar isə
ölkə ərazisində əmək ehtiyatlarının mövcudluğu haqqında təxmini təsəv
vür verir. Əmək miqrasiyasının bəzi məsələləri dərsliyin “Əmək bazarı
statistikası” mövzusunda nəzərdən keçirilir.
Dostları ilə paylaş: