nin
xəstəlikləri; anadangəlmə anomaliya; travma və zədələnmələr. Alko-
qolizm
və narkomaniya, psixiki pozuntular, vərəm xəstəliyinə tutulanlar
ayrıca uçota almır.
Ayrı-ayrı xəstəliklər üzrə xəstələrin sayı aşağıdakı qruplar üzrə müəy
yən olunur: a) bu və ya digər dövrdə ilk dəfə müəyyən
edilmiş diaqnozla
xəstələnənlərin sayı; b)müalicə müəssisələrində uçotda dayanan xəstə
lərin sayı. Hər iki göstərici həm mütləq ifadədə (cəmi, min nəfər), həm də
əhalinin hər 1000, 10000 və ya 100000 nəfərinə görə (xəstəliyin çox-az
olmasından asılı olaraq) verilir.
“Xəstələnmə səviyyəsi” və “xəstəliyin yayılma dərəcəsi” anlayışlarını
bir-birindən fərqləndirmək lazımdır. Xəstələnmə səviyyəsinə xarakteristi
ka vermək üçün il ərzində ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı dai
mi əhalinin orta illik sayı ilə müqayisə edilir. Xəstəliyin yayılması dərə
cəsini müəyyən etmək üçün həmin növdən olan xəstəliklə xəstələnmiş və
hesabat dövrünün axırma tibbi müəssisələrdə uçota alınmış şəxslərin sayı
daimi əhalinin ilin axırına olan sayı ilə müqayisə edilir.
Statistikada bunlarla yanaşı ayrı-ayrı xəstəliklərlə xəstələnən şəxslərin
yaş strukturu da öyrənilir. Bu zaman aşağıdakı yaş qruplarından
istifadə
olunur: 14 yaşadək, 15-19, 20-39, 40-59, 60 və yuxarı yaş. Bəzi xəstəlik
növləri üzrə daha kiçik qruplardan istifadə olunur. Məsələn, zöhrəvi xəs
təliklər üzrə aşağıdakı yaş qrupları müəyyən oluna bilər: 14 yaşadək, 15-
17, 18-29, 30-39, 40 və yuxarı yaş. Hər yaş qrupu üzrə xəstəlik kişilər və
qadınlar üzrə ayrıca müəyyən olunur. Əhalinin xəstələnməsi haqqmda
məlumatlar
rayonlar üzrə işlənir ki, bu da onların regionların spesifik
xüsusiyyətlərindən, ekologiyanın vəziyyətindən, istehsalın ixtisaslaşdırıl-
masından asılılığını aşkara çıxarmağa imkan verir.
Xroniki xəstəliklər və ya travmalar əmək qabiliyyətinin daimi,
yaxud
da uzun müddət itirilməsinə səbəb olar, başqa sözlə, əlilliyə gətirib çıxara
bilər. Ona görə də statistikada xəstələnmələrin qeydiyyata alınması ilə
yanaşı, ilk dəfə əlil hesab edilən 18 yaşadək uşaqların sayı da müəyyən
olunur. Məsələn, Azərbaycanda ilk dəfə əlil hesab olunan belə uşaqların
sayı 1995-ci ildə 3,7
min nəfər, 2003-cü ildə 9,5 min nəfər, 2008-ci ildə
6,9 min nəfər, 2009-cu ildə isə 6,2 min nəfər, uşaqların hər 10000
nəfərinə görə isə müvafiq olaraq 14,1; 39,6; 27,0 və 24,0 nəfər olmuşdur.
Bu məlumatlar 1995-ci ilə nisbətən sonrakı illərdə uşaqlar arasında ilk
dəfə əlil hesab edilənlərin sayının artdığını göstərir.29
Statistikada əlilliyi ilk dəfə etiraf edilmiş 16 və yuxarı
yaşda olan
Dostları ilə paylaş: