Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


4.7. Əhalinin sosial xarakteristikası statistikası



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə77/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   262
2-ci movzu demoqrafiya

120
4.7. Əhalinin sosial xarakteristikası statistikası
İnsanlar, bir tərəfdən yaşamaq üçün zəruri olan müxtəlif təyinatlı 
nemətlərin təkrar istehsalı prosesinin bilavasitə iştirakçısı, digər tərəfdən 
isə istehsal olunan əmtəə və xidmətlərin istehlakçısıdır. Bu isə o 
deməkdir ki, insanlar həm də istehsalın inkişaf etdirilməsi və daha da 
təkmilləşdirilməsinin başlıca amillidir. Bütün bunlara əsasən demək olar 
ki, insanın öyrənilməsi, sosial-iqtisadi statistikanın öyrəndiyi digər hadisə 
və proseslərlə üzvi surətdə çulğalaşır. Odur ki, əhalini öyrənərkən yalnız 
xalis demoqrafik göstəricilərlə kifayətlənmək olmaz, statistikanın digər 
sahələrinin göstəricilərindən də istifadə etmək lazımdır.
Əhalinin sosial xarakteristikasının əsas göstəricilərindən biri onun 
savadlılıq dərəcəsidir. Bu göstərici 9 və yuxarı yaşda olan əhalinin ümu­
mi sayında yazmağı və oxumağı bacaran şəxslərin xüsusi çəkisi ilə ifadə 
olunur. Həm də bu göstərici siyahıyaalma materiallarına əsasən şəhər və 
kənd əhalisi, kişilər və qadınlar üzrə ayrılıqda hesablanır. Bununla yanaşı, 
15 və daha yuxarı yaşda olan əhali təhsil səviyyəsinə görə qruplara 
bölünür. Əyani və müqayisə edilə bilən olsun deyə bu göstəricilər 
əhalinin hər 1000 nəfərinə görə hesablanır.
Əhalinin təhsil səviyyəsinə xarakteristika verərkən aşağıdakı göstərici­
lərdən istifadə olunur:
- məktəbəqədər daimi müəssisələrin və onlarda təhsil alan uşaqların 
sayı (şəhər və kəndlərdə müvafiq yaşda olan uşaqların ümumi sayında 
mütləq və nisbi göstərici ilə);
-uşaqların məktəbəqədər müəssisələrlə təmin olunması (1-5 yaşında 
olan uşaqların sayına nisbətən, %-lə);
- peşə təhsili müəssislərinin və onlarda təhsil alan şagirdlərin sayı;
- peşələr üzrə texniki peşə məktəblərini bitirənlərin sayı;
- dövlət 
gündüz, 
axşam, 
qiyabi 
və 
məsafədən 
ümumtəhsil 
məktəblərinin və onlarda təhsil alan şagirdlərin sayı;
- orta ixtisas təhsili müəssisələri və onlarda təhsil alan tələbələrin
sayı;
- qeyri-dövlət ali və orta ixtisas təhsili müəssisələri və onlarda təhsil 
alan tələbələrin sayı;
- dövlət və qeyri-dövlət ali məktəblərində təhsil alan xarici tələbələrin 
sayı;
- dövlət və qeyri-dövlət ali məktəblərində çalışan professor-müəllim 
heyətinin sayı;
121


-əhalinin hər 10000 nəfərinə görə ali məktəblərdə hazırlanan 
mütəxəssislərin sayı (dövlət və qeyri-dövlət müəssisələri çərçivəsində);
-elm i-tədqiqat işləmələrini həyata keçirən təşkilatların və onları 
yerinə yetirən işçilərin sayı;
- elmin sahələri üzrə doktorantlarm sayı.
Azərbaycan Respublikasında əhalinin təhsil səviyyəsi haqqında 4.15 
cədvəlindəki məlumatlara əsasən mühakimə yeritmək olar.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin