Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Əhalinin və əmək ehtiyatlarının perspektiv sayının müəyyən



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə73/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   262
2-ci movzu demoqrafiya

4.6. Əhalinin və əmək ehtiyatlarının perspektiv sayının müəyyən
edilməsi
Bəzi hallarda müxtəlif hesablamaları aparmaq üçün yaxın, yaxud da 
uzaq perspektivdə əhalinin və əmək ehtiyatlarının sayında baş verə bilə­
cək dəyişikliklərin müəyyən olunması zəruriliyi meydana çıxır. Bu məq­
sədlə onlarm perspektiv sayı haqqında proqnozlar hazırlanır. Əhalinin və
116
əmək ehtiyatlarının sayının dəyişməsinə isə müxtəlif amillər təsir edir. 
Bunların içərisində əhalinin təbii artımı və miqrasiyası xüsusi yer tutur.
Əhalinin və əmək ehtiyatlarının perspektiv sayı haqqında hazırlanan 
proqnozun etibarlılığını təmin etmək üçün aşağıdakıları nəzərə almaq 
lazımdır: 1) mövcud əmək ehtiyatlarının ümumi sayı; 2) əhalinin ümumi 
sayında əmək qabiliyyətli əhalinin xüsusi çəkisi; 3) əmək qabiliyyətli 
yaşda olan əhalinin ümumi sayında əmək qabiliyyətli əhalinin xüsusi 
çəkisi; 4) əhalinin ümumi sayında əmək qabiliyyətli əhalinin, işləyən 
yeniyetmələrin və pensiya yaşında olan şəxslərin xüsusi çəkisi.
Birinci göstərici əmək qabiliyyətli yaşda olan əhalinin sayı ilə işləyən 
yeniyetmələrin və pensiya yaşında olan şəxslərin sayını cəmləməklə 
müəyyən edilir. Bu göstəricini aşağıdakı kimi də hesablamaq olar:
Əhalinin ümumi sayı - əmək qabiliyyətli yaşda olmayan əhali - əmək 
qabiliyyətli yaşda olub, əmək qabiliyyəti olmayan əhali + işləyən yeniyet­
mələr + pensiya yaşında olan şəxslərin sayı.
İkinci göstərici əmək qabiliyyətli yaşda olan əhalinin sayım əhalinin 
ümumi sayma bölüb, 100-ə vurmaq yolu ilə hesablanır.
Üçüncü göstəricini hesablamaq üçün isə əmək qabiliyyətli əhalinin 
sayını 100-ə vurub, əmək qabiliyyətli yaşda olan əhalinin sayına bölmək 
lazımdır.
Dördüncü göstəricini hesablamaq üçün əmək qabiliyyətli əhalinin, 
habelə işləyən yeniyetmələrin və pensiya yaşında olan əhalinin sayı ilə 
əhalinin ümumi sayı müqayisə edilir.
Bu göstəricilərdən bəziləri mütləq, bəziləri isə nisbi kəmiyyətlə ifadə 
olunur.
Əmək ehtiyatlarının sayının dəyişməsində əmək qabiliyyətli əhalinin 
sayı həlledici rol oynayır. Proqnozlaşdırılan dövrün hər ili üzrə əmək 
ehtiyatlarının perspektiv sayının müəyyən edilməsi üçün isə gələcəkdə 
əhalinin ümumi sayının, yaşa görə strukturunun necə dəyişəcəyi və onun 
elmi cəhətdən əsaslandırılması çox böyük əhəmiyyətə malikdir.
Qarşıya qoyulan vəzifədən, yəni əhalinin ümumi, yaxud da yaş 
qrupları üzrə sayının müəyyən edilməsindən asılı olaraq hər hansı bir 
zaman kəsiyindən sonra onlarm mümkün olan sayının müəyyənləş- 
dirilməsində müxtəlif metodlardan istifadə olunur. Məsələn, hər hansı bir 
dövrün əvvəlinə əhalinin sayı məlumdursa və ümumi artım əmsalı (Əü.a. = 
Əd - Əö + втекал.) hesablanmışdırsa, t qədər ildən sonra əhalinin 
perspektiv sayı aşağıdakı sadə düsturun köməyi ilə hesablana bilər:

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin