29 Azərbaycanın statistik göstəriciləri 2010. Bakı, “Səda” nəşriyyatı, 2010, s. 291. 124 şəxslərin sayı da müəyyən olunur. Bu zaman əlillərin sayı əhalinin hər
1000 nəfəri hesabı ilə, əhalinin ümumi sayma nisbətən faizlə, I, II, III
qrup əlillərin sayı, habelə əmək qabiliyyətli yaşda olan əlillərin sayı və
onların əlillərin ümumi sayında xüsusi çəkisi göstəricilərindən istifadə
olunur.
Statistikada əhalinin həkimlərlə və orta tibb işçiləri, həmçinin xəstəxa
nalarda çarpayılarla və tibb müəssisələri ilə təmin olunması da öyrənilir.
Bu zaman əhalinin hər 10000 nəfərinə düşən həkimlərin və xəstəxana
larda çarpayıların sayı həm ölkə üzrə ümumillikdə, həm də hər bir rayon
üzrə ayrılıqda hesablanır. Məsələn, Azərbaycanda 2014-cü ilin əvvəlində
əhalinin hər 10000 nəfərinə 34,7 nəfər, o cümlədən Bakı şəhərində 88,6
nəfər, Gəncə şəhərində 37,3 nəfər, Daşkəsəndə 10,7 nəfər, Lerikdə 7,3
nəfər, Sabirabadda 8,3 nəfər, Uçarda 10,3 nəfər, Hacıqabulda 10,8 nəfər
həkim düşmüşdür.30
Statistikada əhalinin sağlamlığında çox mühüm rol oynayan idman və
siqaret çəkənlərin sayı və bir sıra digər göstəricilər hesablanır. Məsələn,
Azərbaycanda 2012-ci ildə 15 yaşdan yuxarı əhalinin ümumi sayında id
manla məşğul olanların xüsusi çəkisi 17,7%, siqaret çəkənlərinki isə
16,7%, o cümlədən kişilər və qadınlar üzrə 26,8 və 9,6%, 35,3 və 0,0%
təşkil etmişdir.31
Qocaların və əlillərin daimi yaşamaları üçün nəzərdə tutulan tibbi-
sosial müəssisələr, internat evlər, onlardakı adamların sayı, yerlərin
miqdarı və s. göstəricilər də hesablanır.
Əhalinin sosial xarakteristikasına aid olan göstəricilərin tam olmayan
siyahısı belədir. Ümumiyyətlə, sosial sfera statistikasının göstəriciləri bir
başa və ya dolayısı ilə əhalinin sosial xarakteristikasına aiddir. Qeydiy
yata alınmış cinayətlərin sayı və onların strukturu; cinayəti törədənlərin
(və mühakimə olunanların) cinsinə, yaşına və sosial vəziyyətinə görə
tərkibi; cinayətin növləri və cəza tədbirləri də əhalinin sosial
xarakteristikasına aid göstəricilərdir. Əhalinin sosial xarakteristikasında
həyat səviyyəsi göstəriciləri xüsusi əhəmiyyətə malikdir. Bunlar