Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə83/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   79   80   81   82   83   84   85   86   ...   262
2-ci movzu demoqrafiya

Təhlil üçün suallar
- Demoqrafiyanın nəhəng binasının ilk kərpici kim tərəfindən və nə 
vaxt qoyulmuşdur?
- C.Qrauntun başladığı demoqrafiya məsələlərinə dair tədqiqatlar 
kimlər tərəfindən inkişaf etdirilmişdir?
- demoqrafiya statistikasının cəmiyyətin öyrənilməsində nə kimi 
əhəmiyyəti vardır?
- nə üçün insanların əmək qabiliyyətini müəyyən edən yaş həddi 
şərtidir?
- kişi və qadınların aşağı və yuxarı yaş həddi nə ilə müəyyən edilir?
- əhalinin sayı haqqında məlumatlara olan tələbat nə ilə əlaqədardır və
127


onlar necə toplanır?
- “daimi” və “mövcud” əhali anlayışları dedikdə nə başa düşülür?
- əhalinin orta sayı necə müəyyən edilir?
- əhali statistikasında hansı əsas qruplaşdırmalardan istifadə olunur?
- demoqrafik qocalma nə deməkdir və bu prosesi hansı göstəricilərin 
köməyilə qiymətləndirmək olar?
- əhalinin təbii hərəkətinin əsas göstəricilərini necə səciyyələndirmək olar?
- ümumi və xüsusi doğum əmsalları bir-birindən nə ilə fərqlənir?
- ümumi doğum əmsalı necə hesablanır?
- ümumi və xüsusi ölüm əmsalları haqqında nə deyə bilərsiniz?
- ölüm cədvəlinin hansı əsas göstəriciləri vardır?
- gözlənilən orta ömür uzunluğu necə müəyyən edilir?
- körpə ölümü əmsalı necə hesablanır?
- əhalinin mexaniki hərəkətini səciyyələndirən hansı göstəricilər 
hesablanır?
- əhalinin perspektiv sayı necə müəyyən edilir?
- əhalinin sosial xarakteristikası zamanı hansı göstəricilərdən istifadə 
olunur?
128
V FƏStL
ƏHALİNİN SİYAHIYA ALINMASI
5.1. Əhalinin siyahıya alınmasının metodoloji məsələləri
Əhalinin siyahıya alınması statistika işləri təcrübəsində ən mürəkkəb 
məsələlərdən biridir. Siyahıyaalma ölkədə hər hansı bir tarixə əhalinin 
sayı, habelə demoqrafik, iqtisadi və sosial vəziyyəti haqqında məlumat­
ların toplanması, işlənməsi, qiymətləndirilməsi, təhlili və dərc olunması 
problemlərini əhatə edir. Bu prosesin fərqləndirici cəhəti ondan ibarətdir 
ki, o, heç bir sənəd təqdim olunmadan hər bir şəxsin həyat və fəaliyyətini 
səciyyələndirən məlumatların toplanmasına imkan verir. Əhalinin sayı, 
onun ölkə ərazisində yerləşməsi və tərkibi haqqında dəqiq və ətraflı mə­
lumatın əldə edilməsi, sosial-iqtisadi proqramların işlənib hazırlanması, 
elmi-tədqiqat işlərinin aparılması və s. həyata keçirilməsi üçün lazımdır.
Əhalinin siyahıya alınmasının aşağıdakı səciyyəvi cəhətləri vardır:
- hər bir şəxs fərdi qaydada siyahıya alınır və bununla da ona ətraflı 
xarakteristika vermək mümkün olur;
- ölkədə və ya onun ərazisinin hər hansı bir hissəsində (məsələn, 
iqtisadi rayonlarda) yaşayan əhali tam əhatə olunur;
- siyahıyaalma eyni vaxtda aparılır, əhali haqqında məlumatların kon­
kret olaraq ilin hansı ayına, ayın hansı gününə, günün hansı saatına 
toplanması müəyyən edilir;
- müşahidənin proqramı ilə onun aparılması metodu arasında tam 
qarşılıqlı əlaqə yaradılır. Bu, o deməkdir ki, əldə edilən məlumatların sə­
nədləşdirilməsi və ümumiləşdärilməsinin vahid sistemi işlənib hazırlanır;
- siyahıyaalma mərkəzləşdirilmiş qaydada aparılır. Bütün mərhələlər­
də müəyyən edilmiş işlər nəzərdə tutulmuş müddətlərdə yerinə yetirilir, 
tərtib olunan proqramın istifadə olunan metoda uyğun gəlməsi prinsipinə 
tamamilə riayət edilir;
- siyahıyaalmanın aparılmasının dövriliyinə əməl olunur. Müqayisəli 
məlumatların müəyyən ardıcıllıqla əldə edilməsi üçün siyahıyaalmanın on 
ildə bir dəfədən az olmamaqla (adətən beynəlxalq miqyasda müqayisə 
aparmaq üçün “0”-la (sıfır) qurtaran ildə) aparılması məqsədəuyğun he­
sab edilir. Lakin bəzi ölkələr öz əhalisinin sayı və tərkibində dəyişiklik­
lərin tez-tez baş verməsi ilə əlaqədar olaraq siyahıyaalmanın aparıldığı 
tarixlər arasındakı müddətin azaldılmasını lazım bilirlər;
- siyahıyaalma ilə əlaqədar bütün əməliyyatlar çox qısa müddətdə (bir
129


neçə gün ərzində) həyata keçirilir.
Dünya təcrübəsində siyahıyaalmalarm başdan-başa, yaxud da seçmə 
müşahidəsi formasında aparılması məqsədəuyğun hesab edilir. Çünki bu 
müşahidə növlərinin proqramı aşağıdakı sosial-iqtisadi və demoqrafik 
vəzifələri yerinə yetirməyə imkan verir:

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin