Nəticə
- Əhali statistikası geniş mənada statistika elminin ən qədim sahələ
rindən biridir. Statistikanın bu sahəsinə demoqrafiya statistikası da
deyilir;
- “demoqrafiya” termini iki latın sözünün - “demos” və “qrafıya” -
birləşməsindən əmələ gəlmişdir. Demos - xalq, qrafıya isə - yazmaq
deməkdir;
- olduqca mürəkkəb hadisə olan əmək qabiliyyəti müxtəlif mövqe
lərdən öyrənilə bilər. Bununla əlaqədar olaraq statistikada öz aralarında
qarşılıqlı
əlaqədə olan, lakin spesifik xüsusiyyətlərinə görə bir-birindən
fərqlənən anlayışlardan istifadə edilir;
- “işləmək üçün müəyyən edilmiş yaş həddində olan əhali”, “işləmək
üçün müəyyən edilmiş yaş həddində olan əmək qabiliyyətli əhali”, “əmək
ehtiyatları”, “məşğul əhali” kateqoriyalarını bir-birindən fərqləndirmək
lazımdır;
- əhali haqqında məlumatlara tələbat vardır.
Bunun regional
səviyyədə toplanması xüsusilə böyük əhəmiyyətə malikdir;
- əhali və əmək ehtiyatları statistikası bir sıra çox mühüm vəzifələri
yerinə yetirir. Və bunların öyrənilməsi onun predmeti haqqmda
təsəvvürün formalaşmasına müsbət təsir edir;
- bir sıra hesablamaları aparmaq üçün əhalinin hər hansı bir tarixə və
orta sayının müəyyən olunması zəruriliyi meydana çıxır.
Bu məqsədlə
müxtəlif üsullardan istifadə edilir;
- əhalinin sayının düzgün müəyyən edilməsi müxtəlif şərtlərə əməl
edilməsi ilə bilavasitə əlaqədardır. Bunlara hər şeydən əvvəl daimi və
mövcud əhali kateqoriyalarının hesablanması aiddir;
- əhali qruplaşdırılarkən cins, yaş,
ailə vəziyyəti, milliyyət və s. kimi
əlamətlərdən istifadə olunur;
- qanunvericilikdə müəyyən edilmiş «əmək qabiliyyətli yaşda olan
əhalinin sayı ilə»
bu kateqoriyaya daxil olmayan, lakin iqtisadiyyatda
faktiki məşğul olan əmək qabiliyyətli yaşdan yuxarı və iqtisadiyyatda
məşğul olan yeniyetmələrin sayını müqayisə etməklə müxtəlif göstəricilər
hesablanır;
- statistikada xalis demoqrafiya əlamətləri üzrə qruplaşdırmalarla
yanaşı, bütün əhali və onun ayrı-ayrı kontingentləri üzrə bir sıra
başqa
göstəricilər də hesablanır;
- əhalinin təbii hərəkəti dedikdə doğum və ölüm halları nəticəsində
126
insan nəsillərinin dəyişməsi nəzərdə tutulur. Evlənmə və boşanma halları
da buraya daxildir;
- əhalinin təbii hərəkətinə xarakteristika vermək üçün doğum, ölüm və
təbii artım əmsalları hesablanır;
- statistikada xəstələnmə növləri üzrə Ölümün səbəbləri aydınlaşdırılır
və müxtəlif göstəricilər hesablanır. Bu məqsədlə ölüm cədvəli tərtib
olunur və həmin göstəriciləri hesablamaq
üçün ondan geniş istifadə
olunur;
- əmək ehtiyatlarının təbii hərəkəti nəticəsində onun sayının dəyiş
məsinə xarakteristika vermək üçün müxtəlif göstəricilər hesablanır;
- miqrasiya latınca “migratio” sözündən əmələ gəlmiş və yerdəyişmə
mənasını verir. Miqrasiyanın bir sıra növləri vardır;
- əhalinin yerdəyişməsinə müxtəlif amillər (iqtisadi, siyasi, sosial,
etnik və i.a.) təsir göstərir;
- əhalinin və işçi qüvvəsinin beynəlxalq miqrasiyası ayrı-ayrı
ölkələrin milli qanunvericilikləri və beynəlxalq hüquq normaları ilə
tənzimlənir;
- müxtəlif hesablamaları aparmaq üçün əhalinin və əmək ehtiyat
larının perspektiv sayı müəyyən olunur. Bu zaman müxtəlif metodlardan
istifadə edilir;
- əhaliyə sosial xarakteristika verərkən savadlılıq,
təhsil səviyyəsi,
mədəniyyət müəssisələri, tibbi heyətlə, xəstəxanalarda çarpayılarla təmin
olunması, ayrı-ayrı xəstəliklərlə xəstələnən
şəxslərin yaş strukturu, əlillik
göstəriciləri, idman və siqaretçəkmə halları və s.-dən geniş istifadə
olunur.
Dostları ilə paylaş: