Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə84/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   262
2-ci movzu demoqrafiya

Coğrafi əlamətlər 
- fərdin daimi yaşadığı, o cümlədən onun siyahıya- 
almaya bir il qalmış daimi yaşadığı yer; həmin yaşayış məntəqəsində 
yaşadığı müddət; əvvəlki yaşayış yeri; ölkəyə gəldiyi il və ya dövr.
Demoqrafik əlamətlər 
- cinsi, yaşı, nikah vəziyyəti (hüquqi / fak­
tiki), vətəndaşı olduğu ölkə, anadan olduğu ölkə, milliyyəti /etnik qrupu, 
ana dili, dinə etiqadı, diri doğulmuş uşaqların ümumi sayı.
İqtisadi əlamətlər 
- siyahıyaalma vaxtı iqtisadi fəallıq statusu, məş­
ğulluğu, iqtisadi fəaliyyət növü (sahə), məşğulluq statusu (muzdlu işçilər, 
işverənlər, istehsal kooperativlərinin üzvləri və i. a.), iş yeri, əlavə məş­
ğulluğu, işsiz qaldığı müddət, yaşamaq üçün əsas vəsait mənbəyi, 
himayənin tipi, gəliri, hər gün işə getmək üçün istifadə etdiyi nəqliyyat 
növü, iş gününün uzunluğu, iş yerinə gedib-qayıtmağa sərf olunan vaxt.
Təhsil əlamətləri 
- təhsil səviyyəsi, savadlılıq, ali məktəblərə dava­
miyyət, peşə hazırlığı, ixtisası.
Ev təsərrüfatları və ailə münasibətləri ilə əlaqədar əlamətlər -
xüsusi ev təsərrüfatında əsas şəxsə münasibəti, ailədə statusu, müəyyən 
yaşda uşaqların sayı, ailənin iqtisadi fəal üzvlərinin sayı, himayədə 
olanların sayı. Ev təsərrüfatı özünü müstəqil surətdə zəruri qida məh­
sulları ilə təmin edən, təsərrüfat yaratmaq üçün hər hansı başqa bir şəxslə 
birləşmək arzusunda olmayan bir nəfərdən, yaxud da ümumi büdcə 
əsasında öz gəlirlərini birləşdirən və təsərrüfatı birlikdə idarə edən bir 
neçə nəfərdən ibarət ola bilər. Onlar qohumluq münasibətlərində ola və 
ya olmaya bilərlər.
Xüsusi ev təsərrüfatlarının xarakteristikası 
- xüsusi ev təsərrüfatı­
nın tipi, onun həcmi, ev təsərrüfatının iqtisadi fəal üzvlərinin, müəyyən 
yaşda uşaqların, pensiya yaşda olan şəxslərin sayı, mənzildən istifadə 
forması (fərdi və ya kollektiv istifadə), mənzilə görə icarə haqqı, ev təsər­
rüfatında istifadə olunan avtomobillərin sayı, telefonun mövcud olması;

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin