Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


5.3. Siyahıyaalmanm növləri və aparılması metodikası



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə86/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   262
2-ci movzu demoqrafiya

132
5.3. Siyahıyaalmanm növləri və aparılması metodikası
Siyahıyaalma xüsusi təşkil olunmuş müşahidənin növlərindən biridir. 
Onun əsas vəzifəsi hər hansı bir toplunu əmələ gətirən vahidlərin hər bi­
rini statistik formulyarda qeyd etmək, öyrənmək və əldə edilmiş məlu­
matlara əsasən onların hamısına birlikdə xarakteristika verməkdən 
ibarətdir.
Statistik siyahıyaalmaların iki növü vardır. Bunlardan birinin mahiy­
yəti ondan ibarətdir ki, formulyar müəssisədə aparılan ilk uçot məlumat­
larına əsasən doldurulur. Və bunu bir qayda olaraq statistika orqanlarının 
rəhbərliyi ilə müəssisənin işçiləri həyata keçirirlər. Siyahıyaalmanm 
ikinci növündə isə formulyar faktlarla xüsusi təşkil olunmuş qeydəalma 
qaydasında doldurulur.
Siyahıyaalmanm ikinci növünün bariz nümunəsi əhalinin siyahıyaalın­
masıdır. Çünki əhali haqqmda məlumatın toplanması yalnız sorğu yolu 
ilə, faktların xüsusi formada qeydə alınması əsasında mümkündür.
Əhalinin siyahıya alınmasının səciyyəvi cəhətlərindən biri bu işin im­
kan daxilində hər şeydən əvvəl hər hansı bir tarixə həyata keçirilməsidir. 
Və buna görə də əhali siyahıya alınarkən ən mühüm məsələlərdən biri 
onun sayının müəyyən edildiyi “qəti zamanın” (anın) müəyyən olun­
masıdır. Qəti zaman kimi bir qayda olaraq siyahıyaalmanm aparılması 
üçün ilin ayının, ayın gününün, günün saatının müəyyən edilməsi nəzərdə 
tutulur. Məsələn, müstəqillik dövründə - 1999-cu ildə ölkəmizdə əhalinin 
siyahıya alınması aparılarkən qəti zaman kimi yanvarın 26-dan 27-nə 
keçən gecə saat 12 (24), 2009-cu ildə isə aprelin 13-dənl4-nə keçən gecə 
saat 12 (24) müəyyənləşdirilmişdi. Bu, o deməkdir ki, aprelin 13-də gecə 
saat 12-dən əvvəl ölənlər və 12-dən sonra doğulanlar siyahıya alınma­
malı, 12-dən əvvəl doğulanlar və 12-dən sonra ölənlər isə siyahıya alın­
malıdır. Bu, onunla əlaqədardır ki, həmin vaxt əhalinin böyük əksəriyyəti 
evdə olur və buna görə də onları yaşadıqları yerlərdə (müvəqqəti yaşa­
yanlar da daxil olmaqla) qeydiyyata almaq mümkündür. Bu zaman işdə 
və ümumiyyətlə evdən kənarda, lakin həmin yaşayış məntəqəsində olan 
şəxslər də yaşayış yerləri üzrə qeydiyyata alınır. Daimi yaşayış yeri 
olmayan şəxslər (köçərilər və evsizlər) isə “ələ keçdikləri” yerlərdə qey­
diyyata götürülür. Mehmanxanalarda, xəstəxanalarda, istirahət evlərində, 
sanatoriyalarda yalnız başqa yerlərdə yaşamağa yeri olmayan şəxslər 
qeydiyyata alınır. Siyahıyaalma qısa müddətdə, bir neçə gün ərzində, ilin 
insanların az hərəkətdə (yerdəyişmədə) olduğu vaxt aparılır. Bu zaman 
iqlim şəraiti də nəzərə alınır. Ölkənin təbii-iqlim şəraiti əlverişli olmayan
133


rayonlarında siyahıyaalmanın müəyyən edilmiş vaxtdan əw əl aparılması 
məqsədəuyğundur.
Dünya ölkələrinin əksəriyyətində əhalinin siyahıya alınması haqqında 
məlumatlar vərəqindən” istifadə olunmaqla ənənəvi metodla aparılır. Si- 
yahıyaalma vərəqinin doldurulmasında müxtəlif üsullardan istifadə edilir. 
Başqa sözlə, onu ya bu iş üçün ayrılmış xüsusi sayıcılar doldurur, yaxud 
da özüqeydetmə üsulundan istifadə edilir. Göründüyü kimi, sorğu üsu­
lunda siyahıyaalma vərəqi sayıcı tərəfindən doldurulur və həmin sənəd 
həmişə onda olur. Özü qeydetmə isə o deməkdir ki, siyahıyaalma vərəqi 
doldurulmaq üçün əhaliyə paylanır və sayıcılara sənədin doldurulmasına 
kömək göstərmələri tövsiyə olunur. Özüqeydetmə ucuz başa gəldiyinə və 
əməliyyatların sürətləndirilməsinə imkan verdiyinə görə daha faydalı 
hesab olunur. Lakin sorğu üsulu ölkələrin çoxunda yüksək keyfiyyətli 
siyahıyaalma materiallarının əldə olunmasını təmin edir.
Siyahıyaalma vərəqində müşahidə proqramına uyğun olaraq suallar 
nəzərdə tutulur. Siyahıyaalmanın metodundan, sorğunun və materialların 
sonrakı mərhələlərdə işlənməsi üsullarından asılı olaraq siyahıyaalma 
vərəqinin forması müxtəlif ola bilər. Fərdi siyahıyaalma vərəqi bir nəfər 
haqqında məlumatların yazılması üçün nəzərdə tutulmuşdur. Lakin 
siyahıyaalma vərəqi bir mənzildə və yaxud yaşayış binasında yaşayan, 
yaxud da ev təsərrüfatının bütün üzvləri haqqında məlumat toplanmasına 
imkan verir. Müasir siyahıyaalmalarda bir ev təsərrüfatı haqqında məlu­
mat toplanması üçün nəzərdə tutulan siyahıyaalma vərəqələrindən daha 
geniş istifadə olunur.
Suallara verilən cavabların əksəriyyəti rəqəmlərlə, bəziləri isə (milliy­
yəti, məşğulluğu, iş yeri) sözlə yazılır. Məlumatların toplanması yalnız 
əsas sualları özündə əks etdirən ixtisar olunmuş siyahıyaalma vərəqindən, 
tam (çoxsuallı) siyahıyaalma vərəqindən istifadə olunmaqla həyata 
keçirilir.
Siyahıyaalma vərəqindən istifadə olunmaqla əhalinin ənənəvi metodla 
siyahıya alınması ilə yanaşı digər metodlardan da istifadə edilir. Belə ki, 
dünyanın bir sıra ölkələrində siyahı (cədvəl), habelə digər inzibati mən­
bələrdən və müayinələrdən (başdan-başa, yaxud da seçmə müşahidəsi) 
istifadə olunur. Toplanan məlumatların hadisəni tam əhatə etməsindən və 
dəqiqliyindən asılı olmayaraq onlar tələb olunan səviyyədə “işlənmədik- 
də” keyfiyyəti xeyli aşağı düşür. Odur ki, siyahıyaalma başa çatdıqdan 
sonra müəyyən olunmuş müddətdə toplanmış məlumatların elmi əsaslarla 
işlənməsinə xüsusi diqqət yetirmək lazımdır.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin