134 5.4. Əhalinin siyahıya alınmasına nəzarətin həyata keçirilməsi, əldə edilmiş materialların işlənməsi və yayılması Siyahıyaalmanın aparılması və əldə edilmiş məlumatların keyfiyyətinə
nəzarətin həyata keçirilməsi siyahıyaalmaya hazırlıq işlərinin nəticələ
rinin qeydiyyata alınması və işlənməsinin bütün mərhələlərində çox bö
yük rol oynayır. Siyahıyaalmadan əvvəlki mərhələdə evlərin siyahısının
tərtib olunması və kartoqrafıya materiallarının hazırlanmasının keyfiyyə
tinə nəzarət olunması xüsusilə vacibdir. Siyahıyaalma özüqeydetmə üsulu
ilə aparıldıqda siyahıyaalma vərəqinin respondentlərə paylanması üzə
rində nəzarəti həyata keçirmək lazımdır. Nəzarətetmə bir qayda olaraq
siyahıyaalmanın başlandığı gündən sonrakı gün həyata keçirilməlidir. Bu,
elə başlanğıcdan yol verilən nöqsanları aradan qaldırmağa və sonrakı
günlərdə yüksək keyfiyyətə nail olunmasının təmin edilməsinə imkan
vermiş olur. Belə nəzarətetmə həmçinin təlimatların dəqiqləşdirilməsi,
bir-iki nəfər əməkdaşın hazırlanması, bəzilərinə irad tutulması və s.
tədbirlərin həyata keçirilməsinə imkan verir.
Siyahıyaalmanın gedişində məlumatların keyfiyyətinə nəzarətin ən ge
niş yayılmış metodu tam və ya seçmə yoxlamaların aparılmasıdır. Yox
lama bütün hallarda siyahıyaalmanın hər hansı bir mərhələsində həyata
keçirilən işlər üzərində nəzarət olunmasını nəzəri cəhətdən təmin edir.
Lakin belə yoxlama baha başa gələ və çox vaxt tələb edə bilər. Ona görə
də seçmə yoxlamaların aparılmasına üstünlük verilir. Seçmə yoxlama
larda məlumatlar bloklar üzrə qruplaşdırılır.
İşlər fasiləsiz xarakter daşıdıqda və nəticələrin qruplar üzrə qruplaş-
dırılması mümkün olmadıqda yoxlama üçün fasiləsiz seçmə nəzarəti
üsulundan istifadə edilə bilər. Yoxlamanın digər metodlarından (məsələn,
subyektiv üsuldan) da istifadə olunması mümkündür. Məlumatların kod-
laşdırılması mərhələsində yoxlamalara xüsusi diqqət yetirilir. Buraxılmış
nöqsanların aşkara çıxarılması və düzəldilməsində redaktə etmə başlıca
əhəmiyyət kəsb edir.
Siyahıyaalmanın gedişində və o başa çatdıqdan sonra əhalinin tama
milə uçota alınmasını yoxlamaq məqsədilə bir sıra tədbirlər həyata ke
çirilir. Bir neçə yaşayış yeri olan adamlar üçün siyahıyaalma vərəqi ilə
yanaşı xüsusi blank doldurulur və onun təkrarən siyahıya alınmaması
üçün arayış verilir. Siyahıyaalma başa çatdıqdan sonra əldə edilmiş
məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə yaşayış binalarında
(10%-də) seçmə müşahidəsi aparılır. Siyahıyaalmanın bütün mərhələlə
rində ayrılmış maliyyə vəsaitindən istifadə olunması üzərində ciddi