Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


Məşğul şəxslərin sayı və tərkibinin müəyyən edilməsi



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə95/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   262
2-ci movzu demoqrafiya

6.4. Məşğul şəxslərin sayı və tərkibinin müəyyən edilməsi
İqtisadiyyat rəsmi və qeyri-rəsmi bölmələrə ayrılır. Məşğul şəxslərin 
ümumi sayını müəyyən etmək üçün bu bölmələrdə fəaliyyət göstərən iqti­
sadi vahidlərdə çalışan işçilərin sayı haqqında məlumat toplamaq və 
onları cəmləmək lazımdır. Hər iki bölməyə daxil olan iqtisadi vahidlər 
hüquqi şəxs statusuna malik olmalıdırlar. Məşğul əhali haqqında 
məlumatlar cins, yaş, ailə vəziyyəti, təhsil səviyyəsi, şəhər və kənd əhalisi 
əlamətlərinə görə qruplaşdırılır. İqtisadiyyatda məşğul olanların sayı və 
strukturu mülkiyyət formaları üzrə də öyrənilir. Müstəqillik şəraitində 
Azərbaycan Respublikasının iqtisadiyyatında məşğul olan əhalinin sayı
156
və strukturunda əsaslı dəyişikliklər baş vermişdir. Bunu 6.2 saylı 
cədvəldəki məlumatlardan aydın görmək olar.
Cədvəl 6.2
Azərbaycan Respublikasının iqtisadiyyatında məşğul olan əhalinin 
mülkiyyətin növləri üzrə bölgüsü34
Məşğul əhalinin
mülkiyyətin növlərinə
görə bölgüsü
Min nəfər
Yekuna görə %-lə
1995-
ci il
2009-cu
il
2012-
ci il
1995-
ci il
2009-
cu il
2012-
ci il
İqtisadiyyatda
məşğuldur:
3613,0
4071,6
4445.3
100,0
100,0
100,0
Cəmi
o cümlədən m ülkiyyətin 
növləri üzrə:
Dövlət
2027,2
1149,7
1157.7
56,1
28,2
26,0
Qeyri-dövlət
1585,5
2921,9
3287.6
43,9
71,8
74,0
Ondan:
Sərbəst m əşğul əhali
604,1
706,5
989.6
16,7
П ,4
22,3
6.2 
cədvəlindəki məlumatlardan aydın görünür ki, 1995-2012-ci illərdə 
Azərbaycan iqtisadiyyatında məşğul olan əhalinin mülkiyyətin növləri 
üzrə bölgüsündə dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. Belə ki, 
həmin dövrdə iqtisadiyyatda məşğul olan əhalinin tərkibində dövlət 
bölməsinin xüsusi çəkisi 56,1%-dən 26,0%-ə enmiş, qeyri-dövlət 
bölməsinin payı isə 43,9%-dən 74,0%-ə yüksələrək 30,1 bənd artmışdır. 
Sərbəst məşğul olanların xüsusi çəkisində də demək olar ki, əhəmiyyətli 
dəyişikliklər olmuşdur.
Hazırda ölkəmizdə nəşr olunan statistik məcmuələrdə və digər sənəd­
lərdə məşğul əhali beynəlxalq standartlara uyğun olaraq təsnifləşdirilir.
İqtisadiyyatda məşğul olan şəxslər yerinə yetirdikləri işin növündən
ixtisasından asılı olaraq beynəlxalq standartlar nəzərə alınmaqla müxtəlif 
qruplara bölünür. Bu zaman iki anlayışdan istifadə olunur. Bunlardan biri 
yerinə yetirilən işin və ya məşğulluğun növü, digəri isə işçinin ixtisasıdır.
Məşğulluq aşağıdakı iriləşdirilmiş qruplara ayrılır:
1) İqtisadi subyektlərin rəhbərləri də daxil olmaqla hakimiyyətin və 
bütün səviyyələrdə idarəetmə orqanlarının rəhbərləri (nümayəndələri);
2) Yüksək ixtisasa sahib olan mütəxəssislər; 3
4

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin