Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin


 İqtisadi fəal əhali, məşğulluq və işsizlik, onları ifadə edən



Yüklə 13,21 Mb.
Pdf görüntüsü
səhifə91/262
tarix18.09.2023
ölçüsü13,21 Mb.
#145226
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   262
2-ci movzu demoqrafiya

6.2. İqtisadi fəal əhali, məşğulluq və işsizlik, onları ifadə edən
göstəricilər
Məşğul və işsiz əhali ikisi birlikdə ölkənin işçi qüvvəsini əmələ gəti­
rir. Buna iqtisadi ədəbiyyatda həm də “iqtisadi fəal əhali” deyilir. 
Fikrimizi bir qədər də sadələşdirsək, deyə bilərik ki, əhalinin, əmtəə və
147


xidmətlərin istehsalı prosesində iştirak etmək üçün öz əməyini təklif 
etmək iqtidarında olan hissəsinə iqtisadi fəal əhali deyilir. Beynəlxalq 
statistika standartlarında göstərilir ki, “iqtisadi fəal əhali” termini istifadə 
olunduğu müddətin uzunluğundan asılı olaraq iki cəhətdən nəzərdən 
keçirilə bilər: 1) bir günə və ya bir həftəyə bərabər qısa zaman kəsiyində 
mövcud olan iqtisadi fəal əhali. Bu əhali kateqoriyası həmin dövr üçün 
iqtisadi fəal əhali hesab oluna bilər və əslində “işçi qüvvəsi” anlayışına 
uyğun gəlir; 2) uzun bir müddəti əhatə edən dövr üzrə iqtisadi fəal əhali. 
Bu əhali kateqoriyasına ölkədə mövcud olan bütün iqtisadi fəal əhali 
daxildir.
Hər hansı bir konkret dövr üzrə əhalinin daha çox istifadə olunan 
hissəsini ifadə edən əsas göstərici işçi qüvvəsidir.
Ölkə əhalisinin ümumi sayında iqtisadi fəal əhalinin nə kimi rol oyna­
dığına xarakteristika vermək üçün aşağıdakı düsturla “əhalinin iqtisadi 
fəallığı” əmsalı hesablanır:
Əhalinin iqt. fəal. - İFƏ/ƏÜS x 100
Burada: Əhalinin iqt. fəal. - əhalinin iqtisadi fəallığı əmsalı;
İFƏ - iqtisadi fəal əhali;
ƏUS - əhalinin ümumi sayı deməkdir.
İqtisadi fəal əhali iki hissədən (kateqoriyadan) ibarətdir :1) məşğul 
əhali; 2) işsiz əhali.
Məşğulluq iqtisadiyyatın inkişaf etdirilməsi və əhalinin həyat səviy­
yəsinin yüksəlməsinə təsir göstərən mühüm amillərdən biri, dövlətin so­
sial siyasətinin başlıca tərkib hissəsidir. “Məşğulluq haqqında” Azərbay­
can Respublikasının qanununda onun sosial-iqtisadi mahiyyəti belə 
müəyyən edilmişdir: “Azərbaycan Respublikasında daimi yaşayan 
Azərbaycan Respublikasının vətəndaşları, vətəndaşlığı olmayan şəxslərin 
və əcnəbilərin Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olma­
yan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı bir fəa­
liyyətdir”. Qanunda məşğul əhali kateqoriyasına hansı şəxslərin aid edil­
məsi də özünün konkret və aydın ifadəsini tapmışdır. Qanunun “məşğul 
şəxslər” adlanan ikinci fəslində deyilir: “məşğul şəxslərə aşağıdakılar 
aiddir: muzdla işləyən, o cümlədən əmək müqaviləsi ilə tam və ya tam 
olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı 
ödənilən başqa işi (xidməti) olanlar; sahibkarlıq, fərdi əmək fəaliyyəti ilə 
məşğul olanlar, mülkiyyətində torpaq sahəsi olanlar; haqqı ödənilən 
vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər; Azərbaycan Respublika­
sının silahlı qüvvələrində və Azərbaycan Respublikasının qanunverici­
liyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət
148
edənlər; əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixtisasar­
tırma, tətil, istehsalatın dayanması və ya başqa səbəblərlə əlaqədar iş 
yerlərində müvəqqəti olmayanlar; Azərbaycan Respublikasının ərazisində 
daimi əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər 
və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikasının hü­
dudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan 
Azərbaycan Respublikasının vətəndaşları”.
Azərbaycan MEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor 
Ş.M.Muradov göstərilən fəaliyyət növlərini aşağıdakı üç qrupda 
birləşdirir: 1) İqtisadiyyatda haqqı ödənilən fəaliyyətlə məşğul olanlar; 2) 
Azərbaycan Respublikasının ordusunda xidmət edənlər; 3) istehsalatdan 
ayrılmadan təhsil alanlar.32
Birinci qrupa daxil olanlar cəmiyyətin maddi və mənəvi sərvətini 
yaradanlardır. İkinci qrupa aid edilən şəxslər ölkəmizin təhlükəsizliyini 
təmin etmək üçün zəruri sahələrdə məşğul olanlardır. Üçüncü qrupa 
daxil olanlar isə təbii yolla əmək qabiliyyətli yaş mərhələsini ötmüş 
əhalinin yerini doldurmaq üçün ehtiyatda olan və hazırlanan nəsildir.
Milli hesablar sistemində məşğulluq anlayışı istehsalın miqyası 
anlayışı ilə əlaqəli şəkildə şərh olunur. Məsələyə bu cür yanaşılması o 
deməkdir ki, ictimai tələbatı ödəmək üçün əmtəə və xidmətlərin istehsal 
olunduqları sahələrdə çalışan şəxsləri məşğul əhaliyə aid etmək lazımdır. 
Özlərinin şəxsi istehlakının ödənilməsi üçün əmtəə və xidmətləri istehsal 
edən ev təsərrüfatlarında çalışan şəxslər isə məşğul əhaliyə aid edilmir. 
Bu, məşğulluq və istehsal göstəricilərinin əlaqəli şəkildə təhlil olun­
masına imkan verir.
Hər hansı bir şəxsin məşğul əhaliyə aid edilib-edilməməsini müəyyən­
ləşdirərkən “bir saat” meyarından istifadə olunur. Bu, o deməkdir ki
hesabat dövründə bircə saat iqtisadi fəaliyyət sahəsində çalışan şəxs 
məşğul əhali sırasına aid edilə bilər. Beynəlxalq standartlarda hesabat 
dövrü dedikdə 
bir həftə və ya bir gün nəzərdə tutulur. Bir saat 
meyarından istifadə olunması qısamüddətli, təsadüfi və digər qeyri- 
müntəzəm məşğulluq növləri də daxil olmaqla, ölkədə mümkün ola bilən 
bütün məşğulluq növlərinin əhatə edilməsinin zəruriliyi ilə əlaqədardır. 
Bu, iqtisadi təhlildə bütün əmək məsrəflərini istehsal olunan məhsulun 
həcmi, iqtisadi fəaliyyətdən əldə edilən gəlirin ümumi məbləği və s.-lə 
müqayisə etməyə imkan verir. Bundan başqa, bir saat meyarı işsizliyin 
müəyyən edilməsinin başlıca “aləti”dir.

Yüklə 13,21 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   262




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin