5.6. Azərbaycanda əhalinin siyahıya alınması tarixindən
Məlum olduğu kimi, indiki müstəqil Azərbaycan təqribən 200 ilə ya
xın bir müddətdə əvvəlcə Çar Rusiyasının, sonra isə keçmiş Sovet İttifa
qının tərkibində olmuşdur. Odur ki, bu dövrdə əhalinin siyahıya alınması
sahəsində görülən işlərin nəzərdən keçirilməsi az əhəmiyyət kəsb etmir.
Rusiya imperiyasında əhalinin ilk dəfə siyahıya alınması 1897-ci ildə
9 fevral (28 yanvar) vəziyyətinə aparılmışdır. Siyahıyaalma zamanı
şəhərlərdə özüqeydetmə, kənd yerlərində isə sorğu üsulundan istifadə
olunmuş və aşağıdakı üç əhali kateqoriyası nəzərə alınmışdır: 1) mövcud
137
əhali; 2) daimi (oturaq) əhali; 3) təhkim olunmuş əhali. Hesablama əsas
etibarilə mövcud əhali üzrə aparılmış, üç formada siyahıyaalma vərəqin
dən istifadə olunmuşdur. “A ” formasında kənd icmalarmdakı XVIII-XIX
əsrlərdəki xəzinə torpaqlarına malik olub, yardımçı işlər görmək üçün
bütöv kəndləri ilə birlikdə xəzinə və xüsusi sənaye müəssisələrinə təhkim
olunmuş kəndlilər nəzərdə tutulmuşdur. Kəndli təsərrüfatları (bu formanı
hesablayıcı doldurmalı idi), “B” formasında kəndlərin daxilində sahibkar
təsərrüfatları, xüsusi evlər və həyətlər, “V” formasında isə şəhərlərdə
yaşayan əhali (özüqeydetmə qaydasında) siyahıya alınmışdır. Lakin əhali
siyahıyaalma ilə əlaqədar kifayət qədər maarifləndirilmədiyinə görə hə
min formaların çox hissəsi sayıcılar tərəfindən doldurulmuşdur. Siyahıya-
alma vərəqələri siyahıyaalmaya kənd yerlərində 20-30 gün, şəhərlərdə isə
5-10 gün qalmış paylanmış və doldurulmuşdur. Sonra isə şəhərlərdə
fevralın 9 və 10-da, kənd yerlərində isə 9-12-də doldurulmuş vərəqələri
sayıcılar toplamış və onlarda qəti zaman vəziyyətinə müəyyən düzəlişlər
etmişlər.
Siyahıyaalma vərəqinə aşağıdakı 14 sual daxil edilmişdi: təsərrüfat və
ailə başçısına münasibət, yaşı, cinsi, nikah vəziyyəti, hansı təbəqəyə
(zümrəyə) aid olması, ictimai vəziyyəti və ya rütbəsi (vəzifəsi, silki), ana
dan olduğu yer, qeydiyyatda olduğu yer, daimi yaşadığı yer (müvəqqəti
getmişdirsə və ya müvəqqəti yaşayırsa bu barədə qeyd aparılmaqla),
etiqad etdiyi din, ana dili, savadlılığı (oxuya bilirmi, oxumuşdurmu, təh
sillə əlaqədar kurs qurtarmışdırmı?), məşğulluğu, sənəti, vəzifəsi və ya
nəyə xidmət etməsi, ayrıca göstərilməli olan göstəricilər: əsas peşəsi, əsas
yaşayış mənbəyi, əlavə yaşayış mənbəyi). Kənd yerlərində bu suala cavab
verərkən həm də hərbi mükəlləfiyyətə münasibəti, fiziki qüsuru, yaxud da
mənəvi sarsıntı keçirib-keçirməməsinin göstərilməsi tələb olunurdu.
Proqramda milliyyət və məşğulluq məsələləri ilə əlaqədar suallar nəzərdə
tutulmamışdı. Siyahıyaalma vərəqində dini etiqadı və hərbi mükəlləfiy
yətlə əlaqədar sualların nəzərdə tutulması əhalinin müəyyən hissəsini
qorxu altında saxlayırdı.
Siyahıyaalma materialları əsas etibarilə əl ilə işlənmişdir. Bu isə onun
işlənmə müddətinin uzanmasına səbəb olmuşdu. Məşğulluq, ana dili və
savadlılıqla əlaqədar suallar çox çətinliklə işlənmişdir. Siyahıyaalmamn
materialları iki cilddə və iki dildə (rus və fransız dillərində) dərc olun
muşdu. Müəyyən nöqsanlarına baxmayaraq əhalinin 1897-ci ildə
aparılmış siyahıya alınması XIX əsrin axırlarında Rusiya əhalisinin sayı
və tərkibi haqqında yeganə düzgün mənbə olmuşdur.
Bütün ölkə əhalisini əhatə edən 1897-ci ildə aparılmış siyahıyaalma
138
ilə 1926-cı ildə aparılmış siyahıyaalma arasındakı dövrdə “kiçik” siya-
hıyaalmalar da aparılmışdır. Belə siyahıyaalmaları aparmaqda məqsəd
əhali haqqında məhdud məlumat əldə etməkdən, yaxud da ayrı-ayrı
ərazilər üzrə əhalinin sayının müəyyən edilməsindən ibarət olmuşdur.
Məsələn, 1917-ci ildə kənd təsərrüfatı və şəhər siyahıyaalmaları aparıl
mışdır. Bu siyahıyaalmalarda təsərrüfat üzvlərinin, qaçqınların, əsirlərin
sayının, əhalinin yaşı və cinsinin müəyyən edilməsi vəzifəsi qarşıya
qoyulmuşdu. 1918-ci ildə (2 iyun vəziyyətinə) Peterburq əhalisinin;
1920-ci ildə (28 avqust vəziyyətinə) Vətəndaş müharibəsi şəraitində aclıq
və dağıntıların, kənd təsərrüfatı siyahıyaalınması ilə birlikdə sənaye
müəssisələrinin qısa uçota alınması ilə yanaşı, Sovet Rusiyası əhalisinin
70%-ə qədərindən bir qədər çoxunu əhatə edən siyahıyaalma aparıl
mışdır. 1923-cü ildə (15 mart vəziyyətinə) şəhərlərdə və şəhər tipli
qəsəbələrdə əhalinin siyahıyaalınması həyata keçirilmişdir.
1926-cı ildə 17 dekabr vəziyyətinə ümumittifaq miqyasında əhalinin
siyahıya alınması aparılmışdır. Siyahıyaalmanı yaşayış evlərini gəzməklə
sayıcılar sorğu üsulu ilə aparmışlar. Əsas siyahıyaalma sənədi şəxsi
vərəqə və ailə xəritəsi olmuşdur. Şəxsi vərəqədə aşağıdakı suallar nəzərdə
tutulmuşdu: soyadı, adı, atasının adı, cinsi, yaşı, hansı xalqın nümayən
dəsi olması, ana dili, doğulduğu yer, siyahıyaalma yerində yaşadığı
müddət, nikah vəziyyəti, savadlılığı, fiziki çatışmazlığı, psixi durumu,
məşğuliyyəti (əsas və köməkçi məşğuliyyəti ayrıca göstərilməklə), çalış
dığı sahə, işsizlər üçün isə - işsiz qaldığı müddət, əvvəlki məşğulluğu,
yaşamaq üçün vəsait mənbəyi (işsizlər üçün). Şəxsi vərəqədə cəmi 15
sual, əlavə suallarla birlikdə 30-a yaxın sual nəzərdə tutulmuşdu. Əlavə
suallar əsas etibarilə əsas və əlavə məşğuliyyət, sosial vəziyyət, peşə və iş
yerləri ilə əlaqədar məsələlərə həsr edilmişdi.
Şəxsi vərəqə ilə yanaşı şəhərlərdə və şəhər tipli qəsəbələrdə ailə
xəritələri də doldurulmuşdu. O, əlahiddələşmiş təsərrüfatı olan hər bir ailə
və şəxs üzrə tərtib olunmuşdur. Bunu tərtib etməkdə məqsəd hər bir ailə
nin tərkibini və mənzil şəraitini səciyyələndirən məlumatlar toplamaqdan
ibarət olmuşdur. Ailə xəritəsində 20 sual nəzərdə tutulmuşdu. Yalnız
mövcud əhalinin qeydiyyata alındığı şəxsi vərəqədən fərqli olaraq ailə
xəritəsinə ailənin daimi üzvü olan bütün şəxslər daxil edilmişdi. Bu,
şəhərlərdə həm mövcud, həm də daimi əhalinin sayını müəyyən etməyə
imkan vermişdir. 1926-cı ildə aparılmış siyahıyaalma sənədlərindən biri
də “sahiblik cədvəli” olmuşdur. Bu sənəd şəhər tipli yaşayış yerlərində
hər bir torpaq sahəsinə və onun üzərindəki tikililərə sahib olan şəxs üzrə
ayrılıqda tərtib olunmuş və qarşıya qoyulan məqsəd torpaqdan, tiki
139
lilərdən, mənzillərdən və qeyri-yaşayış binalarından istifadə olunmasını
qeydiyyata almaq, habelə şəhərlərin abadlığına xarakteristika verməkdən
ibarət olmuşdur.
Əhali növbəti dəfə 1937-ci ildə 6 yanvar vəziyyətinə siyahıya alınmış
və bu sorğu yolu ilə aparılmışdır. Bu siyahıyaalma zamanı ilk dəfə olaraq
fərdi blanklardan (şəxsi vərəqələrdən) deyil, mənzillər üzrə, mənzillər
daxilində isə ailələr üzrə doldurulan siyahı formasında blankdan istifadə
edilmişdir. Siyahıyaalma proqramına aşağıdakı 14 sual daxil edilmişdi:
cinsi, yaşı, milliyyəti, ana dili, dini, nikah vəziyyəti, savadı, tədris müəs
sisəsinin adı (təhsil alanlar üçün), kurs və ya sinif, təhsil səviyyəsi, məş
ğuliyyəti, iş yeri, ictimai qrupu. Yalnız mövcud əhali siyahıya alınmışdır.
Siyahıyaalmanm nəticələri qabaqcadan verilmiş proqnoza uyğun gəlmə
diyinə görə qənaətləndirici, daha dəqiq desək, düzgün hesab olunmamış
dır. Lakin sonralar - 1990-cı illərin əvvəllərində 1937-ci ildə aparılmış
siyahıyaalma zamanı əhalinin sayının düzgün müəyyən olunduğu sübuta
yetirilmişdir.
1939-cu ildə əhali 17 yanvar vəziyyətinə sorğu üsulu ilə siyahıya alın
mışdır. Və bu zaman siyahıyaalma vərəqindən istifadə edilmişdir. Siya-
hıyaalma vərəqi bir neçə nəfər üçün nəzərdə tutulmuşdu. Siyahıyaalma-
nm proqramına aşağıdakı 16 sual daxil edilmişdi: ailə başçısına münasi
bəti, yaşamağın xarakteri (daimi və ya müvəqqəti), daimi yaşadığı yer və
oradan çıxdığı vaxt (müvəqqəti yaşayanlar üçün), siyahıyaalma yerində
olmayanlar (müvəqqəti olaraq başqa yaşayış məntəqələrinə getmişlər
üçün), cinsi, yaşı, nikah vəziyyəti, milliyyəti, ana dili, vətəndaşlığı,
savadı, təhsil müəssisəsinin adı və oxuduğu pillə (oxuyanlar üçün), orta
və ya ali məktəbi qurtarması, məşğulluğu və ya yaşamaq üçün digər
vəsait mənbəyi, iş yeri, ictimai qrupu. Mövcud və daimi əhali siyahıya
alınmışdır. İlk dəfə sayıcıların öz sahələrindəki evlərə baş çəkmələrinə
icazə verilmişdi. Siyahıyaalma başa çatdıqdan sonra 10 gün müddətində
nəzarət yoxlamalar aparılmışdır. 1939-cu ildə aparılmış siyahıyaalma
zamanı qəbul edilmiş qaydalar və metodoloji müddəalar sovet haki
miyyəti illərində - 1959, 1970, 1979 və 1989-cu illərdə demək olar ki,
olduğu kimi saxlanılmışdır.
1959-cu ildə əhalinin siyahıyaalınması 15 yanvar vəziyyətinə aparıl
mışdır. Əvvəlki siyahıyaalmalardan fərqli olaraq onun materiallarının
işlənməsi tamamilə mexanikləşdirilmiş və mərkəzləşdirilmiş qaydada
aparılmışdır. Bu siyahıyaalma əhalinin perspektiv sayının hesablan
masının elmi cəhətdən təşkili və əsaslandırılmasına imkan vermişdir.
1970-ci ildə də əhalinin siyahıya alınması 15 yanvar vəziyyətinə
140
aparılmışdır. O zaman ölkədə ilk dəfə əhalinin siyahıya alınmasında seç
mə üsulundan istifadə edilmişdir. İki növ siyahıyaalma vərəqindən isti
fadə olunmuşdur. Bunlardan birində 11 sual nəzərdə tutulmuş və hər dörd
yaşayış evindən 3-ü üzrə doldurulmuşdur. İkincisində isə əlavə olraq 7
sual nəzərdə tutulmaqla, hər dörd yaşayış evindən biri (25%-lik seçmə)
üzrə tərtib olunmuşdur. Bundan başqa evlərdə və şəxsi həyətyanı
təsərrüfatlarda məşğul olan əmək qabiliyyətli hər bir şəxs üçün ayrıca
sorğu vərəqi, bir sıra iri şəhərlərdə gündəlik miqrasiyanı öyrənmək üçün
işçilərin və təhsil alanların hər gün yaşadığı yerdən iş yerinə, yaxud da
təhsil aldıqları yerə gedib-qayıtmaqla əlaqədar hərəkətlərini, yəni
gündəlik miqrasiyanı özündə əks etdirən blank doldurulmuşdur.
1979-cu ildə əhali 17 yanvar vəziyyətinə siyahıya alınmışdır. Bu vaxt
tamamilə yeni siyahıyaalma vərəqindən istifadə edilmişdir. Siyahıyaalma
vərəqi həm də EHM-ə daxil edilmək üçün ilkin informasiyanın daşıyıcısı
olmuşdur ki, bu da öz növbəsində bu işlə məşğul olan heyətin yükünün
azalmasına, məlumatların müqayisə olunmasının sadələşdirilməsinə
imkan vermişdir.
1989-cu ildə əhalinin siyahıya alınması 12 yanvar vəziyyətinə aparıl
mışdır. Əvvəlki siyahıyaalmalardan fərqdi olaraq bu siyahıyaalmada ilkin
informasiyalar EHM-ə yeni optik hesablayıcı qurğudan - “Blank-6”-dan
istifadə olunmaqla daxil edilmişdir. Bu, əhalinin siyahıyaalma vərəqələ
rində nəzərdə tutulan suallara verdikləri cavablan maşının oxuya biləcəyi
rəqəm işarələri ilə kodlaşdırmağa imkan vermişdir.
SSRİ dağıldıqdan sonra indiki müstəqil dövlətlərin hamısında bir və
ya iki dəfə əhalinin siyahıya alınması aparılmışdır. Azərbaycan Respubli
kasında bu çox mühüm dövlət əhəmiyyətli tədbir 1999 və 2009-cu illərdə
bayata keçirilmişdir. Hər iki halda ailə üçün nəzərdə tutulan siyahıyaalma
vərəqindən istifadə olunmuşdur.
1999-cu ildə siyahıyaalma yanvarın 27-i vəziyyətinə aparılmış və
siyahıyaalma vərəqində aşağıdakı suallar nəzərdə tutulmuşdu: soyadı, adı,
atasının adı; ev təsərrüfatında (ailədə) birinci yazılmış şəxslə qohumluq
münasibəti (əri, arvadı, oğlu, qızı, atası, anası, qardaşı, bacısı, gəlini,
kürəkəni, qaynatası, qaynanası, babası, nənəsi, nəvəsi, digər qohumluq
münasibətləri, qohum deyildir), cinsi, müvəqqəti qaibdir, doğulduğu tarix
(tamam olmuş yaşı), doğulduğu yer (dövlət), milliyyəti, ana dili, vətən
daşlığı (dövlət göstərilir), nikah vəziyyəti; əgər oxuyursa, oxuduğu tədris
müəssisəsinin növü (ali təhsil müəssisəsi, orta ixtisas təhsili müəssisəsi,
orta ümumtəhsil məktəbi və s.), təhsili (ali, natamam ali, orta ixtisas,
ümumi orta, peşə təhsili, ibtidai, təhsili yoxdur, ancaq oxuyub yazmağı
141
bacarır), yaşamaq üçün gəlir mənbəyi və sosial vəziyyəti; işləyirsə əsas iş
yerinin adı və fəaliyyət növü, peşəsi, yaxud da vəzifəsi; işləmirsə, nə
vaxtdan işləmir və iş axtarıran, ev təsərrüfatının yerləşdiyi yaşayış bina
sının növü (fərdi evdir, fərdi evin bir hissəsidir, aynca mənzildir, ümumi
(kommunal mənzildir, yaşayış yeri yoxdur və s.), mənzilin avadanlığı
(elektriki, qaz xətti, sıxılmış (balon) qazı, mərkəzi istilik sistemi, sobası,
su xətti, kanalizasiya xətti, vanna otağı, telefonu, göstərilən şəraitin heç
biri yoxdur), mənzilin sahəsi (ümumi sahə - kv.m., yaşayış sahəsi -
kv.m., yaşayış otaqlarının sayı və i.a.).
Göründüyü kimi suallar çox əhatəlidir və siyahıyaalma vərəqində
məntiqi ardıcıllıqla düzülmüşdür. Başqa sözlə, suallar elə yerləşdirilmiş
dir ki, sonrakı suallara verilən cavabların düzgünlüyünə əvvəlki suallara
verilmiş cavablara əsasən nəzarət etmək mümkün olsun. Məsələn, nikahın
bağlanması və təhsil adamın yaşı ilə əlaqədardır. Odur ki, yaşla bağlı sual
nikah və təhsillə bağlı sualdan əvvəl qoyulmuşdur. Çünki adamın yaşı
haqqında məlumata malik olduqda onun nikaha daxil olması və təhsili
haqqında suallara verişmiş cavabların düzgün olub-olmamasına nəzarət
etmək mümkün olur. Məşğulluq (vəzifə) da öz növbəsində təhsillə
əlaqədardır. Ona görə də təhsil haqqında sualın məşğulluq haqda sualdan
əvvəl qoyulması tamamilə qanunauyğundur. Siyahıyaalma materiallarının
hər bir ailə üzrə ayrılıqda işlənməsini təmin etmək üçün ölkəmizdə 1999-
cu ildə aparılmış siyahıyaalmada siyahıyaalma vərəqinə “ailədə birinci
yazılmış şəxslə qohumluq münasibəti” sualı daxil edilmişdi.
Ölkəmizdə 2009-cu ildə siyahıyaalma aprelin 13-ü vəziyyətinə aparıl
mış, siyahıyaalma vərəqində nəzərdə tutulan sualların əhatə dairəsi
genişləndirilmiş və sualların sayı 35-ə çatdırılmışdır ki, bunların da 6-ı
insanların sırf məişət şəraiti ilə bağlı olmuşdur.
Siyahıyaalma zamanı iki sənəddən istifadə olunmuşdur. Bunlardan
biri “Sorğu vərəqəsi”, digəri isə “Siyahıyaalma vərəqəsi” adlandırıl
mışdır. Sorğu vərəqəsində aşağıdakı suallar nəzərdə tutulmuşdu: 1) ev
təsərrüfatı daxilində sıra nömrəsi, ailə daxilində sıra nömrəsi; 2) soyadı,
adı, atasının adı; 3) ev təsərrüfatında birinci yazılmış şəxslə qohumluq
münasibəti (əri, arvadı, oğlu, qızı, atası, anası, qardaşı, bacısı, gəlini,
kürəkəni, qaynatası, qaynanası, babası, nənəsi, nəvəsi, nəticəsi, digər
qohumu, qohum deyil); 4) cinsi; 5) doğulduğu tarix; 6) doğulduğu yer; 7)
vətəndaşlığı; 8) milliyyəti; 9) ana dili; 10) nikah vəziyyəti; 11) 15 və
yuxarı yaşlı qadınlar üçün: a) nikaha neçə yaşında daxil olub; b)
siyahıyaalmaya qədər neçə uşaq doğub; c) onların neçəsi sağdır; 12)
müvəqqəti qaibdir. Qaibolmanın səbəbi və qaibolma müddəti; 13) bu
142
yaşayış məntəqəsində daimi yaşayır; 14) bu yaşayış məntəqəsində nə
vaxtdan yaşayır; 15) bundan əvvəl yaşadığı yer harada yerləşir - Azər
baycan Respublikasının ərazisindəmi yerləşir, əgər Azərbaycan Respub
likası ərazisində yerləşmirsə Azərbaycana gəlməkdə məqsəd - işləməyə,
təhsil almağa, əvvəlki yaşayış yerinə qayıtmışdır, digər səbəblər; 16)
qaçqın, yaxud da məcburi köçkün olması; 17) 2008-ci ilin aprel ayında
yaşadığı rayonun, şəhərin, başqa ölkədirsə ölkənin adı; 18) təhsili (ibtidai
ümumi, əsas ümumi, orta ümumi, texniki peşə, orta ixtisas, natamam ali,
ali, diplomdan sonrakı təhsil, digər, diplom üzrə ixtisası, təhsili yoxdur);
19) oxuyub-yazmağı bacarırmı; 20) hal-hazırda oxuyursa, oxuduğu tədris
müəssisəsinin növü (ibtidai ümumtəhsil məktəbi, əsas ümumtəhsil
məktəbi, orta ümumtəhsil məktəbi, peşə məktəbi, lisey, orta ixtisas təhsili
müəssisəsi, ali təhsil müəssisəsi, aspirantura, doktorantura, digər təhsil
müəssisəsi, heç yerdə oxumur); 21) məktəbəqədər müəssisəyə (uşaq
bağçasına) gedirmi (məktəbə getməyən 3-5 yaşlı uşaqlar üçün); 22)
yaşayış üçün gəlir mənbəyi (əmək fəaliyyəti nəticəsində əldə olunan
gəlirlər, təqaüd, pensiya, əlilliyə görə pensiya, müavinətlər, işsizliyə görə
müavinətlər, digər dövlət təminatı, əmanətlər, əmlakın icarəyə, yaxud
kirayə verilməsindən əldə edilən gəlir, himayədədir, digər gəlir mənbə
ləri; 23) siyahıyaalmaya bir həftə qalmış gəlir gətirən hər hansı bir fəaliy
yətlə məşğul olması, yəni işləməsi; 24) iqtisadiyyatın hansı sahəsində
çalışması (kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı, sənaye, tikinti,
ticarət, nəqliyyat, rabitə və informasiya texnologiyaları, maliyyə fəaliy
yəti, təhsil, elm, səhiyyə və sosial xidmətlərin göstərilməsi, dövlət ida
rəetməsi, müdafiə və sosial təminat, mədəniyyət və incəsənət, digər sahə);
25) məşğulluq statusu (muzdla işləyən, muzdsuz işləyən - şəxsi müəs
sisədə: ailə, kəndli və ev təsərrüfatında. Fərdi qaydada, əmək haqqı
almadan ailəyə məxsus müəssisədə; sahibkar - muzdla işçi cəlb etməklə,
muzdla işçi cəlb etmədən; yuxarıda göstərilən məşğulluq statusuna uyğun
deyildir; 26) məşğuliyyəti (hazırkı iş yeri üzrə peşəsi, vəzifəsi, yaxud
yerinə yetirdiyi işin adı); 27) iş yerinin yaşadığı rayonun (şəhərin, qəsəbə
nin, kəndin) ərazisində yerləşməsi; 28) işləmirsə, son bir ay ərzində iş
axtarıbmı; 29) münasib iş təklif olunarsa yaxın iki həftə ərzində işə
başlaya bilərmi?
“ Siyahıyaalma vərəqəsi”ndə (l№ -li forma) evdə yaşayanların siyahısı
verilmiş və əslində əhalinin mənzil şəraiti öyrənilmişdir. Bununla əlaqə
dar olaraq “Siyahıyaalma vərəqəsin”ndə aşağıdakı suallar nəzərdə tutul
muşdur: 1) ev təsərrüfatının yerləşdiyi yaşayış binasının növü (fərdi ev
dir, fərdi evin hissəsidir, ayrıca mənzildir, ümumi (kommunal) mənzildir,
143
idarə, müəssisə və təşkilatın inzibati binasıdır, internat evidir, uşaq evidir,
yataqxanadır, mehmanxana otağıdır, digər yaşayış binasıdır, yaşayış üçün
istifadə olunan qeyri-yaşayış binasıdır, çadırdır, vaqondur, yaşayış yeri
yoxdur); 2) yaşayış binasının (mənzilin) mənsubiyyəti (şəxsi mülkdür,
dövlət mülkiyyətidir, bələdiyyə mülkiyyətidir, mənzil və ya mənzil-tikinti
kooperativinə və digər hüquqi şəxslərə məxsusdur, nazirliyə, idarəyə və
təşkilata məxsusdur, başqa şəxslərdən icarəyə götürülmüşdür); 3) evin
bayır divarlarının materialı (daş, panel, dəmir-beton, monolit-beton, kər
pic, çiy kərpic, qarışıq materiallar, digər; 4) mənzilin abadlığı (elektrik,
şəbəkə qazı, sıxılmış balon qazı, elektrik plitəsi, şəbəkə istilik sistemi,
soba-qaz, odun, kömür, su xətti, digər su mənbəyi, şəbəkədən verilən isti
su, fərdi qızdırıcı ilə verilən isti su, kanalizasiya xətti, vanna otağı, yaxud
duş, mətbəx, telefon vasitəsi, kompüter, internetə çıxış, göstərilənlərin
heç biri yoxdur; 5) mənzil sahəsi (ümumi sahə kv.m.), yaşayış sahəsi
(kv.m.), yaşayış otaqlarının sayı); 6) ev təsərrüfatı (ailə) üzvlərinə məxsus
başqa yaşayış evinin (mənzilin) mövcudluğu (ev təsərrüfatı üzvlərindən
hər hansı birinin hazırda yaşadığı evdən başqa evi (mənzili) varmı, əgər
varsa, onlardan neçəsi şəxsi mülkdür, sayı göstərilir.
Nəticə
- Əhalinin siyahıya alınması statistika orqanlarının ən mühüm vəzifə
lərindən biridir. Əhalinin siyahıya alınmasının özünə məxsus bir sıra
səciyyəvi cəhətləri vardır;
- Siyahıyaalma başdan-başa, yaxud da seçmə müşahidəsi formasında
aparıla bilər. Çünki bunlar bir sıra sosial-iqtisadi və demoqrafik vəzifələri
yerinə yetirməyə imkan verir;
- Əhalinin siyahıya alınması ilə əlaqədar hazırlıq işləri müxtəlif mər
hələlərə bölünür. Bunların da hər birində müxtəlif vəzifələrin yerinə
yetirilməsi qarşıya qoyulur;
- B i r sıra məsələləri bir daha nəzərdən keçirmək, onları təkmilləş
dirmək məqsədilə siyahıya almadan çox-çox əvvəl sınaq siyahıyaalmaları
aparılır. Bir növ baş məşq həyata keçirilir;
- Siyahıyaalmanı uğurla başa çatdırmaq üçün ən mühüm məsələlərdən
biri də kütləvi informasiya vasitələrində məqsədyönlü izahat işlərinin
aparılmasıdır;
- Statistik siyahıyaalmaların iki növü vardır. Onun birinci növündə
formulyar müəssisədə aparılan ilk uçot məlumatlarına əsasən doldurulur.
İkinci növündə isə formulyar qeydəalma qaydasında doldurulur. Əhalinin
144
siyahıya alınmasında ikincidən istifadə olunur;
- Əhalinin siyahıya alınmasının başlıca məsələlərindən biri də “qəti
zaman”m müəyyən edilməsidir. Qəti zaman dedikdə ilin ayının, ayın
gününün, günün saatının müəyyən edilməsi başa düşülür;
- Ölkələrin əksəriyyətində əhalinin siyahıya alınmasında xüsusi bir
sənəddən - “siyahıyaalma vərəqi”ndən istifadə olunur. Həmin sənədin
doldurulmasında iki üsuldan istifadə edilə bilər: 1) sənədi sayıcılar
doldurur; 2) sənədi özüqeydetmə qaydasında şəxsin özü doldurur;
- Siyahıyaalmanın gedişində və o, başa çatdıqdan soma bu işin nə
dərəcədə müvəffəqiyyətlə aparıldığını müəyyənləşdirmək üçün seçmə
qaydasında nəzarət yoxlamalar aparılır;
- Əhalinin siyahıya alınmasının təşkili sahəsində beynəlxalq miqyasda
müsbət təcrübə toplanmışdır. Bu təcrübədən istifadə edən ölkələrdə siya-
hıyaalma daha uğurla həyata keçirilir;
- Azərbaycan Respublikasının da tərkibinə daxil olduğu çar Rusiya
sında və keçmiş Sovet İttifaqında 1897, 1926, 1937, 1939, 1959, 1970,
1979 və 1989-cu illərdə geniş proqram əsasında əhalinin siyahıya
alınması aparılmış və bunlar bir-birindən bir sıra cəhətlərinə görə
fərqlənmişdir;
-M üstəqil Azərbaycan Respublikasında əhalinin siyahıya alınması
1999 və 2009-cu illərdə aparılmış və bu zaman beynəlxalq təcrübədən
istifadə olunmuşdur.
Dostları ilə paylaş: |