yətçilər kollektivinin üzvü olan şəxslər aiddir. Kollektiv müəssisəsinin
hər bir üzvü istehsal, satış, gəlirlərin bölüşdürülməsi və s. məsələlərin həll
edilməsində onun digər üzvləri ilə eyni hüquqa malikdir. Lakin kollektiv
müəssisədə çalışan muzdlu işçilər bu qrupa daxil edilmir;
6)
Məşğulluq statusu üzrə təsnifləşdirməyə düşməyən şəxslər. Bun
lara haqqında kifayət qədər məlumat olmadığına görə yuxarıda göstərilən
kateqoriyalardan hər hansı birinə aid edilməsi mümkün olmayan şəxslər
aid edilir.
Məşğul əhali ilə yanaşı işsiz əhali də təsnifləşdirilir. Bu zaman da
hazırda işsiz olan şəxslərin statusu müəyyən olunarkən onların axırıncı iş
yeri əsas götürülür. Ümumiyyətlə, heç bir əmək fəaliyyəti ilə məşğul
olmamış şəxslər isə axırıncı (6-cı) qrupa aid edilir.
Əhalinin məşğulluq
statusuna görə təsnifləşdirilməsi siyahıyaalmalann gedişində məşğulluq
problemləri həll olunarkən və sosial-demoqrafık vəziyyət öyrənilərkən
həyata keçirilir. Əhalinin məşğulluğa görə təsnifləşdirilməsi haqqında
məlumatlardan cəmiyyətin sosial strukturunu təhlil edərkən istifadə
olunur.
Əhali məşğulluğa görə təsnifləşdirilərkən işçilərin əsas iş yerində
tutduqları vəzifə əsas götürülür. Əgər işçi nəzərdən keçirilən dövrdə bir
neçə yerdə işləyirsə, onda əsas və əlavə iş yerləri müəyyən edilir. Birdən
çox iş yeri dedikdə tədqiqat aparılan dövrdə əsas iş yeri ilə yanaşı,
başqa
bir işi yerinə yetirən, yaxud da gəlir gətirən digər bir işlə məşğul olan
şəxslər nəzərdə tutulur. Bunlar əvəzçiliklə işləyən, hüquqi şəxs yarat
madan sahibkarlıq fəaliyyəti, yaxud da fərdi işlə məşğul olan şəxslər ola
bilər. Əsas iş yeri dedikdə işçinin özü üçün əsas hesab etdiyi, əmək kitab
çasının saxlandığı iş yeri nəzərdə tutulur. Hər hansı bir şəxsin nəzərdən
keçirilən dövrdə məşğul olduğu başqa bir iş yeri əlavə hesab edilir.
Dostları ilə paylaş: