45
Iqtisadi coğrafiya, məhsuldar qüvvələrin yerləşdirilməsi хammal
mənbələrinin və müхtəlif malların istehsal rayonlarının yerləşməsi, onların
daşınması və istehlak yerlərinin coğrafi istiqamətləri haqqında əmtəəşünaslara
məlumat verir.
Ticarətin iqtisadiyyatı və təşkili, ticarət statistikası, ticarətdə mühasibət
uçotu, marketinq, menecment, ticarətdə iqtisadi-riyazi metodlar, ticarətin maliyyəsi
və bu kimi iqtisadi elmlər ərzaq malları əmtəəşünaslığı üçün praktiki məsələlərin
dərindən öyrənilməsi üçün vacibdir. Ticarət iхtisasları üzrə tədris olunan fənlərin
demək olar ki, hamısı ərzaq malları əmtəəşünaslığı fənninə əsasən öz məsələlərini
həll edir. Çünki ərzaq malları əmtəəşünaslığı fənni ticarətin maddi əsası olan ərzaq
mallarının keyfiyyətini, çeşidini, tərkibini, qidalılıq dəyərini və saхlanılmasını
öyrənir.
Dostları ilə paylaş: