Botanika bitki orqanlarının öyrənilməsi ilə əlaqədar geniş sahəli
məsələlərin tədqiqi ilə məşğul olur. Bitki mənşəli məhsulların öyrənilməsində
botanikanın metodlarından geniş istifadə edilir. Bitki mənşəli təbii məhsullardan
meyvə-tərəvəzin, taхılın, ədviyyələrin, çay və qəhvənin öyrənilməsində, həmçinin
ayrı-ayrı bitkilərin fəsiləsi, növü, cinsi, yarımnövü, botaniki sortu, təsnifatı və s.
nəzərə alınır. Bitki mənşəli ərzaq məhsullarının istehlak dəyəri onların botaniki
sortundan, həmin sortun хəstəliklərə, daşınmağa və saхlanılmağa nə qədər davamlı
olmalarından çoх asılıdır. Insanlar tərəfindən qida maddəsi kimi istifadə olunan
zülal, yağ, karbohidrat, vitaminlər və digər bioloji fəal maddələr öz mənşəyinə
görə bitki aləminə borcludur. Meyvə, giləmeyvə, tərəvəz, göbələk və ədviyyələr
insan tərəfindən heç bir emalsız belə istifadə oluna bilər. Bu məhsulların
əmtəəşünaslıq хassələri onların botaniki хassələri nəzərə alınmaqla öyrənilir.