Fizioloji qida norması - sağlam insanların həyat fəaliyyəti üçün tələb
olunan maddələr və enerjinin tam ödənilməsində istehlakı elmi cəhətdən
əsaslandırılmış və qanuni qaydada təsdiq edilmiş qida məhsullarının miqdarı.
Ərzaq təchizatına dövlət zəmanəti - ölkənin iqtisadi qüdrəti və
aqrarsənayeticarət kompleksinin inkişafı elə səviyyədə olmalıdır ki, əhalinin ərzağa
olan tələbatının ən azı 80%-i ölkə daхilində hasil edilsin və vətəndaşların maddi
imkanları fəal, sağlam həyat fəaliyyəti üçün tələb olunan miqdarda, çeşiddə və
keyfiyyətdə ərzaq almağa imkar versin.