Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə39/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   35   36   37   38   39   40   41   42   ...   250
Makroelementlər – Fe, P, K, Ca, Na, Cl, S, Si və b.; 
2.
 
Mikroelementlər – Ba, Br, B, J, Co, Mn, Cu, Mo, Pb, F, Zn, Cr və b.; 
3.
 
Ultramikroelementlər – uran (U), torium (Th), radium (Ra), titan (Ti), 
samarium (Sm), serium (Ce), lantan (La) və b. 


 
 
 
58
Makroelementlərdən orqanizm üçün Ca, Mg, P, K və Fe əhəmiyyəti 
böyükdür. 
Kalsium (Ca)  duzları sümük toхumasında ehtiyat şəklində yerləşir və 
sümüyün  əsasını  təşkil edir. Yaşlı insan orqanizmində 2 kq-dan artıq kalsium 
duzları olur. Insan orqanizminin kalsium duzlarına qarşı gündəlik tələbatı  bədən 
çəkisinin hər kq-da 10 mq, uşaqlarda isə 50 mq-dır. Qidalanma üçün kalsiumun 
yüksək keyfiyyətli mənbəyi süddür. 500 ml süd və ya 100 q pendir yaşlı insanın 
kalsiuma olan sutkalıq tələbini ödəyir. 
Kalsium birləşmələri, CaCl
2
 istisna olmaqla, suda çətin həll olduğundan 
orqanizmdə pis mənimsənilir. Kalsiumun orqanizmdə  mənimsənilməsi qidanın 
tərkibində fosfor, yağ, maqnezium birləşmələri və D vitamini olmasından asılıdır. 
Ərzaq məhsullarında kalsiumun miqdarı mq%-lə belədir: arıq mal əti – 7; 
yumurta – 54; süd – 118; pendir – 930; kəsmik – 140; vələmir yarması – 65; buğda 
unu – 15; düyü – 9; alma – 7; portağal – 45; qoz ləpəsi – 89; çuğundur – 29; gül 
kələm – 89; ağbaş  kələm – 45; yerkökü – 56; kartof – 14. Süd və süd 
məhsullarında, eləcə  də meyvə-tərəvəzlərdə olan kalsium orqanizmdə asan 
mənimsənilir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin