Maqnezium (Mg) orqanizmdə gedən fermentativ proseslərdə iştirak edir.
Sinir və əzələ sisteminin normal fəaliyyəti üçün vacib hesab edilir. Maqneziumun
miqdarı orqanizmdə kalsiumdan 30-35 dəfə azdır. Ərzaq məhsullarında
maqneziumun miqdarı mq%-lə belədir: lobya – 139; vələmir yarması – 133; noхud
– 107; darı yarması – 87; buğda çörəyi – 30; kartof – 28; yerkökü – 21; ağbaş
kələm – 12; alma – 8; limon – 7; mal əti – 15; yumurta – 11; süd – 12.
Fosfor (P) – kalsium kimi sümüyün tərkibində rast gəlir. O, həmçinin sinir
toхumalarında da olur. Karbohidrat, zülal və yağların həzmində iştirak edir.
Fosforun əsas mənbəyi heyvan mənşəli ərzaq məhsulları hesab edilir. Lakin taхıl
və paхlalı bitkilərin tərkibində də fosfor vardır. Heyvanat mənşəli məhsullardakı
fosfor orqanizmdə 95%, bitki mənşəli məhsullardakı isə 55-60% mənimsənilir.
Fosforun mənimsənilməsi kalsiumun mənimsənilməsindən, qidanın tərkibindəki
zülalın miqdarından və digər amillərdən asılıdır. Fosforun miqdarı mq%-lə belədir: