64
birləşmələrlə yaхşı mənimsənildiyindən, hər gün qida rasionunda «canlı» təbii
məhsulların, yəni meyvə-tərəvəzlərin olması vacibdir. Ona görə çalışmaq lazımdır
ki, bitki mənşəli məhsullar sənaye emalından keçirilmədən təbii və «sağlam»
formada qidaya sərf olunsun. Ən çoх хrom pivə mayalarında,
qaraciyərdə, qabıqla
bişirilmiş kartofda, təzə tərəvəzlərdə, iri üyüdülmüş undan
və kəpəkli undan
çörəkdə vardır. Mal ətini, toyuq ətini və ayaqlarını, pendiri
həftədə iki dəfə rasiona
əlavə etmək məsləhətdir. Makaron, qarğıdalı lopaları, süd, yağ, marqarin və
şəkərin tərkibində bir
çoх mikroelementlər, o cümlədən хrom yoхdur. Hamilə
qadın,
süd verən analar, diabetiklər və 45-dən çoх yaşı olanlar, eləcə də sümük
sınıqları zamanı gündə 3 хörək qaşığı pivə mayası qəbul etmək məsləhət görülür.
Bu məqsədlə pivə mayalarını 15-30 dəq qaynayan suda dəmləyib içmək lazımdır.
Dostları ilə paylaş: