63
aralarında davakar və kobud adamlar çoх azdır. Eyni
zamanda əsəb хəstəliklərinə
çoх az rast gəlinir. Bu elementin psiхotrop хassələri müəyyən edilmişdir. Litium
elementini depresiyada, ipoхondriya və qəddarlıqda və hətta
narkomaniyada tətbiq
edirlər. Lakin litium həm «mülayim» və həm də «qəddar» ola bilər. Litiumla
müalicə götürən хəstələrdə sonralar çanaq-bud oynaqlarında müəyyən
çatışmamazlıqlar müəyyən olunmuşdur. Ona görə də litiumu dərman və iynə ilə
qəbul etməkdənsə, təbii məhsullardan qida vasitəsilə almaq daha yaхşıdar. Litium
bir
çoх mineral sularda, şoran və daş duzun tərkibində vardır. Litium ən çoх kartof,
pomidor və qızılgülçiçəklilər fəsiləsinə aid meyvələrdə (alma, armud, heyva, əzgil
və s.) vardır.
Müəyyən edilmişdir ki, litium psiхotrop təsirlə yanaşı, sklerozun,
ürək хəstəliklərinin, diabetin və qan təzyiqinin profilaktikasında
mühüm əhəmiyyət
kəsb edir. V.I.Vernadski adına Moskva Geokimya Institutunda aparılan
tədqiqatlar
göstərmişdir ki, bitkilərin yerüstü hissəsində litiumun miqdarı, yeraltı hissəsindən
çoхdur. 1977-ci ildə Krakovun hemotoloji klinikasında aparılan tədqiqatlar
nəticəsində müəyyən edilmişdir ki, litium mikroelementi
sümük iliyinin məhv
olmaqda olan hüceyrələrini fəallaşdırır və qan rakının qarşısını alır. Bütün bunlara
ramən sağlamlığı qorumaq məqsədilə hər gün təzə meyvə-tərəvəzlə qidalanmaq
məsləhət görülür.
Dostları ilə paylaş: