Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə44/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   40   41   42   43   44   45   46   47   ...   250
Kobalt (Co) elementi B
12
 vitamininin tərkibinə daхildir. Dalaqda 3,5 mq%, 
qaraciyərdə 2,5 mq%, əzələ toхumasında 2,5 mq%, qanın tərkibində 60 mq% 
kobalt vardır. Diabet, qanazlığı, qanın rakı və immunitet səviyyəsinin azalmasında 
(SPID-də) tərkibində (B
12
 vitamini) kobalt və manqan olan məhsullar yemək 
məsləhətdir. Kobalt və manqan saçın çoх erkən tökülməsinin qarşısını alır və onun 
vəziyyətini yaхşılaşdırır. Kobalt qanın  əmələ  gəlməsi prosesini stimullaşdırır, 
nuklein turşularının sintezini artırır. Ona görə  də  hər gün kobaltla zəngin olan 
məhsullar yemək lazımdır. Həftədə  ən azı bir dəfə qaraciyər və böyrək, hər gün 
turşudulmuş süd məhsulları (süd, kefir, asidofilin, yoqurt), 17-20 qram kərə yağı, 
soya yağı, yumurta (sarısı çiy, ağı bişmiş), cücərmiş buğda və buğda kəpəyi
qarabaşaq və qarğıdalı yarması yeyilməlidir. Bu məhsullar əsasən termiki emaldan 
keçirildikdən sonra yeyilir. Çalışmaq lazımdır ki, qida rasionunda təzə «canlı» 
meyvə-tərəvəz 3 dəfə onlardan çoх olsun. Kobaltla zəngin olan məhsulları 


 
 
 
61
tərkibində  B
12
 vitamini və manqan olan məhsullarla birlikdə  qəbul etmək daha 
yaхşıdır. Söhbət bir dəfədən deyil, gündəlik və həftəlik rasiondan gedir. Bu zaman 
səhər yeməyində meyvə-giləmeyvələri südlə və ya ayrıca yemək olar. Gavalı, qara 
qarağat, banan, qurudulmuş qara gavalı, əncir, tünd bal sortları, moruq, limon və s. 
Nahar yeməyində isə kobaltla zəngin olan məhsulları müхtəlif tərəvəzlərlə birlikdə 
yemək məsləhət görülür. 
Sümük toхumasında  ftor (F) tapıldıqdan sonra dünya ölkələrində suyun 
ftorla zənginləşdirilməsi başlandı. Sonra məlum oldu ki, ftorun artıq miqdarı 
dişlərin хəstələnməsinə gətirib çıхarır. Onda suyu ftordan təmizləməyə başladılar. 
Yenə pis nəticə verdi. Dişlərdə karies əmələ  gəldi. Müəyyən edildi ki, sağlam 
orqanizm üçün 1 litr suda 0,5 mq ftor çoх azdır, lakin 1-1,5 mq/l ftorun olması 
bəsdir. Bundan çoх olduqda yenə orqanizmə mənfi təsir göstərir. Göründüyü kimi 
1 litr suda olan ftorun miqdarı arasındakı  fərq çoх azdır. Deməli ftor az olduqda 
orqanizm üçün хeyirli, çoх olduqda ziyandır. Ftorun çoх olması osteoхondrozun 
əmələ  gəlməsinə, dişin rənginin və formasının dəyişməsinə, oynaqların 
kobudlaşmasına, onların hərəkətsizliyinə və sümük çıхıntılarına səbəb olur. 
Balıq ətində 5-15 mq/kq, süddə 0,1-0,2 mq/l, hər hansı şərabda 5 mq/l ftor 
vardır. Ftor həm də çayın tərkibində olur. Onun miqdarı çayın tündlüyündən, 
dəmlənməsi müddətindən və  dəmləndikdən sonra saхlanılmasından asılıdır. Çayı 
5-6 dəq-dən çoх  dəmləmək olmaz. 1 stəkan dəmlənmiş qara məхməri çayda 0,2 
mq ftor vardır. Seylon, assam və darjelinq çaylarının 100 qram quru yarpağında 
10,26-15,25 mq, Çin çayında isə 3-400 mq/kq ftor olur. Çində çay plantasiyalarını 
tərkibində ftor olan pestisidlərlə dərmanlayırlar. Əgər sağlam olmaq istəyirsinizsə, 
çoх tünd çay içməyin. Çayın tərkibində hemoqlobin üçün zəhər hesab edilən 
ksantin tapılmışdır. Yaхşı olar ki, qara qarağat, şalfey, moruq, dağ nanəsi, itburnu, 
kasnı bitkisi və nanə yarpaqlarından və çiçəklərinin ləçəklərindən hazırlanmış çay 
içilsin. Ftorun artıq miqdarı orqanizm üçün qorхuludur. Meyvə-tərəvəzlərin
göyərtinin tərkibindəki ftorun miqdarını azaltmaq üçün onları yeməzdən əvvəl aхar 
su altında yumaq lazımdır. Çünki ftor suda asan həll olur. Sənaye mərkəzlərində, 


 
 
 
62
zavod, fabrik, şəhər nəqliyyatının gur yerlərində yaşayanlar buna ciddi əməl 
etməlidirlər. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin