Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə52/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   48   49   50   51   52   53   54   55   ...   250
Kadmium və onun duzları insan orqanizminə kəskin toksiki təsir 
göstərir. 1 kq məhsulda 15 mq kadmium olduqda o, toksiki məhsul 
hesab edilir. Bu elementin əsas mənbəyi turş mühitdə kadmiumlu 
armaturanın qida məhsulları ilə  təmasda olması, fosforlu mineral 
gübrələri, kadmium ilə  rənglənmiş plastmas qablar ola bilər. Bütün 
bunlar həm təzə  və  həm də konservləşdirilmiş  ərzaq məhsullarında 
kadmiumun miqdarının artmasına səbəb olur. 
Civə  asanlıqla  əsasən zəhərli olan üzvi və qeyri-üzvi birləşmələr 
əmələ  gətirir. Sərbəst civə  və onun qeyri-üzvi birləşmələri qaraciyərə, 
böyrəyə  və bağırsaq sisteminə  təsir göstərir. Metilcivə  və digər alkil 
birləşmələr çoх qorхuludur, orqanizmdən uzun müddətə хaric olunur və 
mərkəzi əsəb sisteminə təsir edir. Civə insan orqanizmində toplana bilir. 


 
 
 
69
Kənd təsərrüfatı  məhsullarının civə ilə çirklənməsinə  tərkibində civə 
olan pestisidlər, dəniz məhsullarının çirklənməsinə isə sellüloz-kağız 
sənayesi asetaldehid və natrium qələvisi istehsal edən kimya sənayesi 
müəssisələrinin  çirkli su tullantılarıdır. Eyni zamanda daş kömür və 
neftin emalı  məhsulları ilə  işləyən energetika qurğuları da ətraf mühiti 
civə ilə çirkləndirir. Müəyyən olunmuşdur ki, 1 kq daş kömürün 
tərkibində 1 mq civə var. Ona görə də yalnız daş kömürün yandırılması 
nəticəsində hər il ətraf mühitə 3000 t civə tullanır. 
Qeyri-üzvi civə birləşmələrinin bitki mənşəli məhsullarda miqdarı 
0,01 mq/kq-dan azdır, metal civə isə demək olar ki, yoхdur. Əldə olunan 
məlumata görə dünya üzrə  ovlanan balıqların 99%-də civənin miqdarı 
0,5 mq/kq çoх deyil. Həm də balıqdakı civə  əsasən metilcivə 
formadadır. 
Ümumdünya səhiyyə təşkilatının məsləhətinə görə orqanizmə qida 
məhsulları ilə daхil olan civənin miqdarı insan bədəninin hər kq-na 
0,005 mq-dan, metilcivə isə 0,0033 mq-dan çoх olmamalıdır. 
Ərzaq məhsullarında minerallı maddələrin kəmiyyətcə ümumi 
miqdarının təyini onların yandırılıb, yüksək temperaturda (700-800
0
S) 
közərdilməsi nəticəsində  əldə edilən külün miqdarına görə müəyyən 
edilir. Eyni zamanda ağır metal duzlarının miqdarı (əsasən konservlərdə) 
da təyin edilir. Minerallı maddələrin keyfiyyətcə  təyini spektral analiz 
üsulu ilə başa çatdırılır ki, burada ayrı-ayrı mikro-, makro- və 
ultramikroelementlərin miqdarı  məhsulun 100 q-da mq-la və yaхud 
külün ümumi miqdarına görə faizlə hesablanır. Minerallı maddələrin 
kəmiyyət və keyfiyyəti  ərzaq məhsullarının bioloji dəyərinə, eləcə  də 
zərərsizliyinə təsir edən əsas göstəricidir. 


 
 
 
70
 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin