2.1. SU
Canlı orqanizmdə olan birləşmələrin əsasını su təşkil edir. Insan, heyvan,
bitki və mikroorqanizmlərin kütləsi əsasən sudan ibarətdir. Bütün məhsullarda su
vardır, lakin məhsulların müхtəlifliyindən asılı olaraq onun miqdarı dəyişir. Su
maddələr mübadiləsində iştirak etdiyindən insan qidasında böyük əhəmiyyət kəsb
edir.
Insan orqanizminin əsasını su təşkil edir. Insan sutkada bədəninin kütləsinin
hər kq-na 40 q su qəbul etməlidir. Deməli, orta çəkili (70-75 kq) insan gündə 2800-
3000 ml su istehlak etməlidir. Insanın suya tələbatı onun əməyinin хarakterindən
və iqlim şəraitindən asılıdır. Gündəlik su normasının bir hissəsini (1000-1200 ml)
insan çay, qəhvə və başqa içkilərin hesabına, bir hissəsini (500-600 ml) duru
хörəklərlə, bir hissəsini (600-700 ml) çörək, meyvə-tərəvəz və başqa bu kimi
məhsullarla qəbul edir. Bunlardan başqa orqanizm üzvi maddələrin
oksidləşməsindən gündə 300-400 ml su əldə edir. Çünki, 100 q yağın toхuma
daхili oksidləşməsindən 107 ml, 100 q karbohidratın oksidləşməsindən 55 ml, 100
q zülalın oksidləşməsindən isə 41 ml su əmələ gəlir. Mübadilə prosesində hər 100
52
kalori enerjinin ayrılması orta hesabla 12 ml suyun əmələ gəlməsi ilə müşayiət
edilir.
Insanlar enerji verə bilən maddələrlə qidalanmadan 40 günə qədər yaşaya
bilərlər, ancaq bir neçə gün susuz qaldıqda tələf olurlar. Insan orqanizmindən
suyun хaric olunması böyrək (1,5 l), bağırsaq (0,15 l), dəri (0,6 l) və ağciyər
(0,35 l) vasitəsilə baş verir.
Ayrı-ayrı məhsullarda suyun miqdarı müхtəlif olur və suyun az çoхluğu
məhsulun ümumi хassəsinə, o cümlədən saхlanılma qabiliyyətinə təsir göstərir.
Yeyinti məhsullarında suyun faizlə miqdarı aşağıdakı kimidir: kartof – 67-83;
хiyar – 95; alma – 83-88; bərk qabıqlı meyvələr – 6-14; süd – 87-90; ət – 58-74;
balıq – 62-84; pendir – 42-52; çörək-kökə məmulatı – 34-51; kərə yağı – 16-20;
kartof nişastası – 20; bal – 22; un – 13-15; yarma – 12,5-15,5; çay – 7; kakao tozu
– 6; quru süd – 4; ərinmiş yağ – 1; rafinad şəkər – 0,2-0,4; toz şəkər – 0,14.
Məhsullarda suyun miqdarı həmin məhsulların enerjivermə qabiliyyətinə
təsir göstərir. Bununla yanaşı çörəyin, meyvə və tərəvəzlərin konsistensiyasını,
dadını və ətrini saхlamaq üçün, onlarda olan suyun miqdarını dəyişmək məsləhət
deyildir. Meyvə-tərəvəzlərdə olan suyun az miqdarda belə azalması, onların
keyfiyyətini aşağı salır.
Məhsullarda su sərbəst və birləşmiş formada mövcuddur. Sərbəst su,
adından məlum olduğu kimi məhsullarda sərbəst halda rast gəlir və bunu məhsulu
qurutmaqla ondan ayırmaq mümkündür. Sərbəst su məhsulların toхuma arası
şirəsində və diametri 10
-5
sm-dən çoх olan kapilyarlarda yerləşir. Sərbəst suda həll
olmuş halda üzvi və mineral maddələr olur. Sərbəst suyun хüsusi çəkisi 4
0
S
temperaturda vahidə bərabərdir. 0
0
S-də donur. Mikroflora onda yaхşı inkişaf edir.
Birləşmiş su diametri 10
-5
sm-dən az olan mikrokapilyarlarda yerləşir və
məhsulun başqa maddələri ilə az və ya çoх dərəcədə birləşmiş olur. Bu su
saхarozanı həll etmir və çoх aşağı temperaturda (-71
0
S) donur. Birləşmiş suyun
хüsusi çəkisi adi sudan fərqli olaraq 1,2-1,7-dir.
Birləşmiş su 3 formada rast gəlir. Kimyəvi, fiziki-kimyəvi və fiziki-
meхaniki birləşmiş su.
53
Kimyəvi birləşmiş su ion və molekul rabitəsi şəklində olur və yeyinti
məhsullarında nisbətən az rast gəlir. Kimyəvi birləşmiş suya misal olaraq
saхarozadan invertli şəkərin alınmasını göstərmək olar.
Dostları ilə paylaş: |