Dövlətin ərzaq müstəqilliyi - хaricdən qida məhsullarının göndərilməsi
dayandırıldıqda, ölkənin ərzaq təchizatında böhran baş vermir.
Dövlətin ərzaq ehtiyatı - miqdarı azalmayan və ərzaq böhranı şəraitində
istifadə edilməsi nəzərdə tutulan ərzaq ehtiyatı.
Bir qayda olaraq beş əsas qida məhsulu (taхıl, ət, yağ, şəkər və konservlər)
üzrə dövlətin ərzaq ehtiyatı olmalıdır. Ərzaq böhranı şəraitində ordu, uşaq
müəssisələri və digər vacib obyektlər həmin ehtiyatla stabil təmin olunur.