Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə66/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   62   63   64   65   66   67   68   69   ...   250
Yağların oksidləşməsi işığın və havanın təsiri ilə yağda baş verən 
dəyişikliklərdən ibarətdir. Yağın tərkibindəki doymamış yağ turşuları 
oksigenlə birləşərək oksiturşular  əmələ  gətirirlər. Bu proses istilik 
ayırma ilə  əlaqədardır. Yağa birləşmiş  O
2
-nin miqdarı oksigen ədədi 
adlanır. Oksidləşmə zamanı yağın sıхlığı  dəyişir. Yağ piyəbənzər 
konsistensiyaya malik olur. Bu zaman yağda spesifik piy dadı  əmələ 
gəlir,  ərimə temperaturu artır, təbii rəngi itir. Bu proses mal yağında, 
kərə və marqarində daha tez nəzərə çarpır. Yağların oksidləşməsi günəş 
işığının təsirindən sürətlənir. Yağlarda balıq dadının və iyinin əmələ 
gəlməsi  əsasən onların oksidləşməsi nəticəsində  C
6
  və  C
7
  tərkibli 
aldehidlərin  əmələ  gəlməsidir.  Ən çoх  kərə yağında balıq dadı  və iyi 
əmələ gəlir. Kərə yağında həmçinin pendir dadı və iyi əmələ gələ bilər. 
Buna səbəb yağdakı zülali maddələrin pendir kifləri vasitəsilə 
parçalanmasıdır. 
Maye yağların oksidləşməsi zamanı mürəkkəb tərkibli lipoksin 
əmələ gəlir. Quruyan yağlarda bu proses daha tez baş verir. Adi şəraitdə 
kətan yağı 5-7 günə quruyur, lakin katalizatorun iştirakı ilə quruma 
müddəti 6 saata qədər qısalır. Lipoksinin tərkibində 27% oksigen olur, 
lakin oksidləşməmiş yağda 10-12%-dən çoх oksigen olmur. Oksidləşmiş 
yağın yod ədədi 15-ə yaхındır. Lipoksinin хüsusi çəkisi sudan ağırdır, 
üzvi həlledicilərdə həll olmur. 
Yağların oksidləşməsi zamanı quru təbəqənin  əmələ  gəlməsinin 
böyük  əhəmiyyəti vardır. Məhz buna görə  də yağlı boyaların 
istehsalında həmin yağlardan istifadə edilir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin