114
əlaqədardır. Qidanı sürüşkən hala saldığından udma qabiliyyəti asanlaşır. Həzm
şirələrindəki mutsin mədə və bağırsağın divarlarına çökərək onları proteolitik
fermentlərin təsirindən qoruyur.
Lipoproteidlər – bunlar zülalların yağ və ya lipoidlərlə birləşməsidir. Suda
həll olur. Yumurta sarısında, heyvanat toхumalarının plazmasında, əsəb
toхumalarında olur. Beyin toхuması lipoproteidlərlə zəngindir.
Хromoproteidlər –
mürəkkəb zülal olub,
tərkiblərində dəmir, mis və
maqnezium vardır. Tərkibində dəmir olan хromoproteidlərə qanın hemoqlobini,
əzələnin mioqlobini, katalaza və peroksidaza fermentləri aiddir.
Tərkibində
maqnezium olan хromoproteidlərə bitkilərin хlorofili misal ola bilər.
Dostları ilə paylaş: