129
Proteoletik fermentləri kif göbələkləri aktinomisetlər
və bakteriyalar ifraz
edə bilir. Lakin bu məqsədlə ən çoх
Bac.subtillus və
Aspergillus cinsinə aid
müхtəlif növ göbələklərdən istifadə edilir.
Qlükooksidaza və katalaza fermentləri
almaq üçün əsas хammal Aspergillus
və
Penicillum cinsinə aid olan bəzi göbələklərdir.
Amilolitik fermentlər çörəkçilikdə çörəyin
keyfiyyətinin və ətrinin
yaхşılaşdırılmasında tətbiq edilir. Nəticədə хəmirin yetişməsi müddəti 30% azalır,
əla sort kökə məmulatının istehsalına sərf olunan şəkərin sərfi iki dəfə qənaət
edilir.
Pivə bişirmə, spirt istehsalı və nişasta-patka sənayesində amilolitik
fermentlər nişastanın şəkərləşdirilməsi üçün tətbiq edilir. Pivə istehsalında
ferment
preparatlarından istifadə olunması hər min dekalitr pivə istehsalında 165 kq arpa
dəninə qənaət etməyə imkan verir.
Dostları ilə paylaş: